Bizə yazın

Baku

-°C

USD

-

Almaniyada 13 il haqsız həbs olunan şəxsə 1,3 milyon avro təzminat verildi

Dünya 19 Yanvar 2026, 16:39

210

Almaniyanın Bavariya şəhərində 13 il haqsız yerə həbsdə saxlanılan Manfred Genditskinin günahsız olduğu sübuta yetirilib. Bavariya şəhər rəhbərliyi ictimaiyyətdə “vanna cinayəti” kimi tanınan iş üzrə məhkum edilmiş Genditskiyə 1 milyon 310 min avro təzminat ödənilməsi barədə qərar qəbul edib.

Citypost.az Almaniya mediasına istinadən xəbər verir ki, sözügedən iş üzrə Genditski 2010-cu ildə Münhen II Əyalət Məhkəməsi tərəfindən Rottax-Egern qəsəbəsində yaşayan yaşlı qadını vannada boğaraq öldürməkdə təqsirli bilinmişdi. Apellyasiya şikayətindən sonra işə yenidən baxılsa da, 2012-ci ildə başqa bir məhkəmə tərkibi onun barəsində yenidən ömürlük həbs cəzası çıxarmışdı. Sonrakı illərdə edilən kassasiya müraciətləri də nəticəsiz qalmışdı.

Məhkəmə yeniləndi, hökm ləğv olundu. Genditski 2023-cü ildə məhkəmə prosesinin yenilənməsi nəticəsində bəraət alıb. İş materiallarına əlavə edilən yeni ekspertiza rəyləri yaşlı qadının ölümünün cinayət deyil, bədbəxt hadisə nəticəsində baş verdiyini üzə çıxarıb. Bununla da uzun illər mübahisə doğuran iş Genditskinin xeyrinə yekunlaşıb.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rusiyada ABŞ vətəndaşına qanunsuz silah daşıdığına görə 5 il həbs cəzası verilib 

Soçidə ABŞ vətəndaşı yaxtasında qanunsuz olaraq odlu silah və döyüş sursatı daşımaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.Citypost.az xəbər verir ki, bu barədə “Noviy Den” Krasnodar diyarı məhkəməsinə istinadən məlumat yayıb.Məlumata görə, ABŞ vətəndaşı Karolina ştatından yaxta ilə yola çıxaraq bir sıra Avropa ölkələrindən keçib və 2025-ci ilin iyun ayında Soçi limanına daxil olub. Sərhəd nəzarətindən keçərkən o, yaxtada odlu silah olduğunu gizlədib.Aparılan yoxlama zamanı yaxtada odlu silah və döyüş sursatı aşkar edilərək müsadirə olunub.Soçi Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə ABŞ vətəndaşı odlu silahın və sursatın qanunsuz daşınmasında təqsirli bilinib və ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il müddətinə...

19 Yanvar 2026, 17:45

Hollandiyada canavar hücumları rekord həddə çatıb  

Hollandiya’da canavarların təsərrüfat heyvanlarına hücumlarının sayı 2024-cü ildə kəskin artaraq rekord səviyyəyə yüksəlib. Rəsmi məlumatlara görə, oktyabr ayının sonunadək ölkə üzrə 840 hücum faktı qeydə alınıb. Bu göstərici ötən il ərzində qeydə alınmış 770 hadisəlik əvvəlki rekordu vaxtından əvvəl geridə qoyub.Citypost.az Hollandiya xəbər agentliyinə istnədən xəbər verir ki,  ANP-nin, əyalətlər adından canavar hadisələrini izləyən BIJ12 qurumunun məlumatlarına istinadən yaydığı xəbərə görə, hücumların artması həm səlahiyyətli qurumlar, həm də heyvandarlıqla məşğul olan fermerlər üçün ciddi narahatlıq doğurur. Xüsusilə ilin son rübündə hücumların sayında nəzərəçarpacaq artım müşahidə olunur.Noyabr ayı üzrə hələ tam dəqiqləşdirilməmiş məlumatlara əsasən, bildirilən 48 hadisənin birbaşa canavar hücumu olduğu...

19 Yanvar 2026, 16:30

İsrail İordan çayının qərb sahilində genişmiqyaslı əməliyyata başlayıb 

İsrail Müdafiə Ordusu ötən gecə İordan çayının qərb sahilindəki Xevron şəhərində genişmiqyaslı antiterror əməliyyatına başladığını bəyan edib.Bu barədə Citypost.az  "The Times of Israel"ə istinadən xəbər verir.Məlumata görə, şəhərin Cəbəl Cohar rayonunda keçirilən reyd terrorçuların infrastrukturunu dağıtmaq, qanunsuz şəkildə saxlanılan silahları müsadirə etmək və ərazidə təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.Müdafiə Ordusu əməliyyatın bir neçə gün davam edəcəyini bildirib.(Mənbə:Report)

19 Yanvar 2026, 11:15

Bu ölkədə əhali azaldı

Çində 2025-ci ildə ölkə əhalisinin sayı 3,39 milyon nəfər azalaraq 1 milyard 404,89 milyon nəfər təşkil edib.CityPost.az  xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi məlumat yayıb.Məlumata əsasən, hesabat dövründə Çində 7,92 milyon körpə dünyaya gəlib, 11,31 milyon nəfər isə vəfat edib.

19 Yanvar 2026, 09:20

Bessent: ABŞ NATO-da qalacaq 

Biz, şübhəsiz ki, NATO-nun bir hissəsi olaraq qalmaq niyyətindəyik.Bunu ABŞ maliyyə naziri Skott Bessent NBC News-a verdiyi müsahibədə bildirib.Eyni zamanda, bildirilir ki, Bessent Vaşinqton üçün daha vacib olan suala birbaşa cavab verməyib: Qrenlandiyanın ilhaqı, yoxsa NATO: "Bu, səhv seçimdir. Avropa liderləri özlərinə gələcəklər və ABŞ-ın təhlükəsizlik çətiri altında olmalı olduqlarını anlayacaqlar", - deyə ABŞ maliyyə naziri vurğulayıb.

18 Yanvar 2026, 22:26

Almaniya hərbçiləri Qrenlandiyanı tərk edib 

Almaniya Silahlı Qüvvələri (Bundesver) iddia edir ki, alman qoşunları Qrenlandiyadakı missiyanın bir hissəsi olaraq öz vəzifələrini yerinə yetiriblər.Bunu Almaniya Silahlı Qüvvələri missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk "Funke" media qrupuna verdiyi müsahibədə bildirib."Təlim və məşq təşəbbüsünün bir hissəsi olaraq vəziyyəti araşdırmaq üzrə ilkin tapşırığımızı yerinə yetirdik", - deyə o bildirib.O, danimarkalı həmkarları ilə əməkdaşlığı çox müsbət və konstruktiv adlandırıb: "Dediyim kimi, əvvəlcə buradakı vəziyyəti araşdırdıq və əsasən tapşırığı yerinə yetirdik. İndi nəticələrlə evə qayıdacağıq".Daha əvvəl "Bild" qəzeti Bundesver qoşunlarının təcili olaraq Qrenlandiyanı tərk etdiyini bildirib. Sözügedən 15 əsgər və zabitə admiral Stefan Pauli rəhbərlik edib....

18 Yanvar 2026, 22:16