Daxili Qoşunların 2025-ci ildə fəaliyyətinə dair müşavirə keçirilib
Cəmiyyət 19 Yanvar 2026, 17:35
192
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə Daxili Qoşunların 2025-ci ildə xidməti fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.
DİN-dən verilən xəbərə görə, müşavirəni giriş sözü ilə açan general-polkovnik Vilayət Eyvazov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, şəxsi heyətin sosial və maddi-texniki təminatının, xidmət şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərdiyini vurğulayıb.
Sonra daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov xidməti fəaliyyətin yekunları barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, hesabat ilində Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edib. İşğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçmələrin qarşısının alınması istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyıb.
Həmçinin oxuyun
Məruzələrdə şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən xüsusi-taktiki təlimlərin həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini daha da artırdığı diqqətə çatdırılıb.
Müşavirədə beynəlxalq əhəmiyyətli idman yarışları və kütləvi tədbirlər zamanı polis və Daxili Qoşunların şəxsi heyətinin peşəkar fəaliyyəti xüsusi qeyd olunub. Vurğulanıb ki, ölkəmizdə keçirilən mötəbər idman turnirləri, beynəlxalq forumlar və digər irimiqyaslı tədbirlər dövründə ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə təmin edilib.
Müşavirəyə yekun vuran nazir V.Eyvazov ötən hesabat ilində DİN-in Daxili Qoşunlarının fəaliyyətini yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışaraq konkret tapşırıq və tövsiyələrini verib. Eyni zamanda əmin olduğunu bildirib ki, şəxsi heyət qarşıya qoyulan bütün vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, müavinlər, müşavirlər və struktur bölmə rəhbərlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Bildirilib ki, şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
19 Yanvar 2026, 17:55
DSX-də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib
Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.Bu barədə Citypost.az-a DSX-dən məlumat verilib.Bildirilib ki, DSX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.Ümumxalq hüzn günü ilə əlaqədar DSX aparatında keçirilən tədbirdə faciədən lentə alınan fotoşəkillərdən ibarət sərgiyə baxış keçirilib.Tədbirdə 20 Yanvar hadisələrinin Azərbaycan tarixində qanla yazılan qəhrəmanlıq və milli dirçəliş səhifəsi, müstəqil dövlətçilik yolunda sarsılmaz iradənin təcəssümü olduğu, həmin qanlı gecədə xalqın göstərdiyi cəsarət və birliyin bu gün müstəqil Azərbaycanın...
19 Yanvar 2026, 17:50
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilibCitypost.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti yanvarın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Neftçala və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun...
19 Yanvar 2026, 17:35
Məhşur reabilitasiya mərkəzinə cinayət işi açıldı
Sumqayıt şəhərində fəaliyyət göstərən "Qurtuluş" reabilitasiya mərkəzi barədə cinayət işi başlanılıb.Modern.az xəbər verir ki, reabilitasiya mərkəzi barədə araşdırma aparılıb.Şikayət əsasında Sumqayıt Şəhər Prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı reabilitasiya mərkəzində qanunsuzluqlar aşkar edilib. Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir.Xatırladaq ki, adıçəkilən reabilitasiya mərkəzi bir müddət öncə Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadənin müalicəsi ilə bağlı gündəmə gəlmişdi. N.Nəbizadə bir neçə gün öncə mərkəzi tərk edib. (Mənbə Oxu.az)...
19 Yanvar 2026, 17:33
10 gün komada olan qazi vəfat etdi
Vətən müharibəsi qazisi Əsgər Hüseynov bu gün Bakıda xəstəxanaların birində vəfat edib.Citypost.az xəbər verir ki, 10 gündür komada olan qazinin həyatını xilas etmək mümkün olmayıb.Bildirilib ki, Ə.Hüseynov 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. O, yanvarın əvvəlində sətəlcəm (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilib və vəziyyətinin daha da ağırlaşması səbəbindən komaya düşüb.Əsgər Hüseynov bu gün Yeni Suraxanı qəbiristanlığında dəfn olunub. (Modern.az)
19 Yanvar 2026, 17:20
Baş nazir həkimlərlə bağlı QƏRAR imzaladı
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi aprel ayınadək uzadılıb.
19 Yanvar 2026, 17:19