Bizə yazın

Baku

-°C

USD

-

“Soyunmaq nə vaxtdan iddia sayılır?” – Rəqsanənin fotosessiyasına sərt reaksiya

Sənət aləmi 19 Yanvar 2026, 22:07

243

Müğənni Rəqsanə İsmayılova həbsxanadan sonra yeni fotosessiyası üçün kamera qarşısına keçib.

Citypost.az xəbər verir ki, onun cəsarətli və iddialı görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub. Fotosessiya ilə bağlı səsləndirilən fikirlər ictimai müzakirələrə səbəb olub.

Mövzuya münasibət bildirən teleaparıcı Səidə Bəkirqızı sosial şəbəkə hesabında paylaşdığı videoda müğənninin yeni imicini kəskin tənqid edib. O, bildirib ki, gündəmə gəlmək üçün açıq-saçıq geyimə üstünlük verilməsi düzgün yanaşma deyil və bu cür fotosessiya sənət adamına yaraşmır.

Teleaparıcı qeyd edib ki, Rəqsanə İsmayılovanın təqdim etdiyi görüntülər nə estetik, nə də iddialı təsir bağışlayır. Onun sözlərinə görə, müğənninin üzərində işləyən stilist və ya imic qurucuları sənətçini düzgün istiqamətləndirməyiblər.

Səidə Bəkirqızı əlavə edib ki, sənət adamları cəmiyyətə açıq-saçıq görüntülərlə deyil, yaradıcılıqları və maarifləndirici fəaliyyəti ilə nümunə olmalıdırlar. O, Rəqsanə İsmayılovadan sənətinə uyğun daha dolğun və məzmunlu işlər gözlədiyini vurğulayıb.

Teleaparıcının fikrincə, bəzən dərs vermək istəyənlər əvvəlcə özlərinin öyrənməyə ehtiyacı olduğunu dərk etməlidirlər.

Turan 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nazilə Səfərli: Yas mərasimlərində hamı yeyir..."

Şairə Nazilə Səfərli sosial şəbəkə hesabında  yaslarda ehsan adətləri ilə bağlı fikirlərini bölüşdüCitypost.az xəbər verir ki, şairə Nazilə Səfərli son paylaşımında yas mərasimlərində yeməklərin yığışdırılması və bu mərasimlərin gedişatı ilə bağlı düşüncələrini diqqətə çatdırıb. O bildirib ki, illərdir yas yerlərində yeməklərlə bağlı müzakirələr aparılır:“Hadisəyə gələnin gözündən baxsaq, insanlar uzaqdan, yaxından gəlir, bir çay içib, bir halva yeyir. Biz buna öyrəşmişik, illərdir bu ehsana alışmışıq. Sonra bizim beynimizə yeridiblər ki, ehsanı yemək savabdır, buna da inanmışıq və əlimizə gələni yeyirik. Lakin hadisəyə yas yiyəsinin – yəni ölünün yaxınlarının – gözü ilə baxsaq, bu mənzərə çox aqressiv və qıcıq vericidir,” – deyə...

19 Yanvar 2026, 14:00

Aşıq Mübarizdən xanım müğənniyə HƏDƏ: “Açacam sandığı..”  

Aşıq Mübarizlə müğənni Arzu Mələk arasında yaşanan qalmaqal getdikcə böyüyür.Citypost.az xəbər verir ki, ötən gün ARB TV-də yayımlanan səhər verilişi zamanı Aşıq Mübariz və müğənni Arzu Mələk arasında yaranan mübahisə qısa müddətdə kəskinləşib. Qarşılıqlı ittihamlar və emosional çıxışlar studiyada gərgin anlara səbəb olub. Vəziyyət o həddə çatıb ki, Aşıq Mübariz efiri tərk etmək qərarına gəlib.Hadisədən sonra müğənni Arzu Mələk ARB TV-də yayımlanan Elgiz Əkbərin aparıcılığı ilə “Elgizlə izlə” verilişinin qonağı olub. O, veriliş zamanı Aşıq Mübarizlə aralarında yaranan problemdən söz açaraq mövqeyini açıqlayıb.Canlı yayıma telefon bağlantısı ilə qoşulan Aşıq Mübariz isə müğənniyə qarşı sərt ifadələr işlədib. O, Arzu Mələyin səsləndirdiyi...

17 Yanvar 2026, 16:45

Hikmət Rəhimov “Səkkiz” serialının dayandırılmasına münasibət bildirdi  

Tanınmış aktyor və rejissor Hikmət Rəhimov baş rolda oynadığı “Səkkiz” çoxseriyalı filmin kinoteatrlarda yayımının dayandırılması və sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.Citypost.az xəbər verir ki, Hikmət Rəhimov Facebook səhifəsində açıqlamasında qeyd edib ki,çoxsaylı suallara və zənglərə cavab vermək məcburiyyətində qalıb:“Ən əvvəl bütün Azərbaycanlılara, həm burada, həm də xaricdə yaşayan həmyerlilərimizə ‘Səkkiz’ serialına göstərdikləri diqqət və marağa görə təşəkkür edirəm. Dünən dövlət qurumuna serial ilə bağlı görüşə dəvət edildim. Orada keçən söhbət haqqında açıqlama vermək düzgün olmadığından, məlumat məxfi saxlanılıb. Mənə və gördüyümüz işə çox hörmətlə yanaşdılar, sağ olsunlar.”O bildirib ki, “Səkkiz” serialı yaş həddi +18 olan tamaşalara aiddir və ARB...

17 Yanvar 2026, 14:26

“Səninlə qürur duyuruq” – aktrisadan həyat yoldaşına yubiley təbriki  

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova həyat yoldaşı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının  aktyoru Ədalət Əbdülsəmədovun yubileyi münasibətilə sosial şəbəkə hesabında paylaşım edib.Citypost.az xəbər verir ki, aktrisa paylaşımında Ədalət Əbdülsəmədovu təbrik edərək ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıb. Zemfira Əbdülsəmədova statusunda “Ədalət Əbdülsəmədov, yubileyin mübarək! Sənə möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. Nə ki arzuların var, həyata keçsin. Başımızın üstündən əskik olmayasan. Biz səninlə qürur duyuruq”, – deyə qeyd edib.Qeyd edək ki, Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olub. O, M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Teatr və kino sənəti” fakültəsini...

17 Yanvar 2026, 11:26

Samir Piriyev: “Toydan əvvəl 2 boşqab makaron...” 

Tanınmış müğənni Samir Piriyev Xəzər TV-nin “Qonaq canlı” proqramında maraqlı açıqlama verib. Citypost.az xəbər verir ki, sənətçi bildirib ki, hər dəfə toya getməzdən 2–3 saat əvvəl iki boşqab makaron yeyir.Piriyev qeyd edib ki, bu ona güc və enerji verir:“Bu mənə o qədər güc, enerji verir ki, hətta toyda içdiyim kokteyllər belə mənim gümrah olmağıma mane olmur. Təbii ki, toya gedəndə bu iki şey mənə o qədər enerji verir ki, heç toyda yorulmuram.”Müğənni əlavə edib ki, bu üsulu ona görkəmli sənətçi Samir Cəfərov məsləhət görüb:“Əgər Samir müəllim bunu zarafatla deyibsə də, mən özümü ona inandırmışam.”Yeganə ...

16 Yanvar 2026, 19:56

Xalq artisti ov edərkən – fotolar yayıldı

Görkəmli Xalq artisti Nurəddin Mehdixanlı və yazıçı, AYB sədrinin müşaviri Sayman Aruz ov zamanı çəkilən fotolarını sosial şəbəkədə paylaşıblar.Citypost.az xəbər verir ki, kadrlar sənətçi və yazıçının təbiət qoynunda istirahət anlarını əks etdirir. Fotolarda həm ov fəaliyyəti, həm də birlikdə keçirdikləri zamanın zövqlü anları diqqət çəkir. Paylaşım qısa müddətdə izləyicilər arasında geniş maraq doğurub və müxtəlif şərhlərə səbəb olub.Əli

16 Yanvar 2026, 19:30