Bizə yazın

Baku

-°C

USD

-

“Anar AYB-nin adına müxtəlif yerlərdən torpaq alıb faizlə satır” 

Cəmiyyət 19 Yanvar 2026, 22:50

341

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri məhkəmədə iştirak etmədikləri üçün proses fevralın 9-da davam etdiriləcək”.

Bunu Musavat.com-a açıqlamasında şair İlham Qəhrəman AYB ilə davam edən məhkəmə çəkişməsi barədə danışarkən deyib.

Şair bildirib ki, Sabunçu Rayon Məhkəməsinin AYB-nin iddiası üzrə çıxardığı qərardan apellyasiya şikayəti verib və fevral ayında işə yenidən baxılacaq:

“Hakim və onun köməkçiləri məni dinlədilər. Dedilər ki, AYB-nin nümayəndəsi məhkəmədə iştirak etmədiyinə görə proses təxirə salınır”.

İlham Qəhrəman deyib ki, birinci instansiya məhkəməsində linqvistik ekspertiza onun yazısının araşdırılmalı olduğunu göstərsə də, bu istiqamətdə hər hansı addım atılmayıb:

“Yazıçı Anarın ətrafında ədəbiyyatın xırmanında olmayıb, təhnəsindən yeyən xeyli adam var. Elə şəxslər var ki, AYB-dən bir neçə mənzil alıblar. Onların adları yenə siyahılara düşüb, amma biz zirzəmidə yaşaya-yaşaya siyahıdan kənarda qalmışıq. Anar AYB-nin adına müxtəlif yerlərdən torpaq alıb kiməsə verir və faizini götürür. Birinci instansiya məhkəməsində linqvistik ekspertiza mənim yazımın araşdırılmalı olduğunu desə də, bunu edən olmadı”.

Şairin sözlərinə görə, hakim ona bütün bu iddiaları bilə-bilə niyə vaxtında məhkəməyə müraciət etmədiyini də sual edib:

“Belə çıxır ki, AYB məni qabaqlayıb”.

Qeyd edək ki, ötən il oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə AYB-nin iddiası qismən təmin olunub.

Qərara əsasən, İlham Qəhrəman 500 manat məbləğində təzminat ödəməli, yazının dərc olunduğu saytda təkzib və üzr dərc edilməli, material isə saytdan silinməlidir. Şair “Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, şərəf və ləyaqətini alçaldan yazı” ittihamı ilə məhkəməyə verilmişdi.

İlham Qəhrəman bu qərardan narazı qaldığı üçün Apellyasiya Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, ötən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı proseslərdə haqsızlığa məruz qaldığını açıqlamışdı. Məqalədə səsləndirilən iddialarla bağlı AYB və qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib 

Prezident İlham Əliyev 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.CityPost.az paylaşımı təqdim edir: View this post on Instagram A post shared by @presidentaz

20 Yanvar 2026, 00:07

20 Yanvar faciəsindən 36 il ötür 

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.CityPost.az-ın  məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb....

20 Yanvar 2026, 00:05

Mehriban Əliyeva 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.CityPost.az paylaşımı təqdim edir: View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

20 Yanvar 2026, 00:01

Prezident Davosda daha bir görüş keçirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.Citypost.az  xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi.Görüşdə Azərbaycan ilə “Vestas Wind Systems” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı....

19 Yanvar 2026, 20:59

Elgün Əhmədov yeni vəzifəyə təyin olundu 

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib. CityPost.az   teleqraf-a istinadən bildirir ki, 25 iyun 2024-cü il tarixindən etibarən hissə rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovnik-leytenantı Əhmədov Elgün Vahid oğlu 29 dekabr 2025-ci il tarixdən rəsmi olaraq İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə təyin olunub.

19 Yanvar 2026, 20:54

Zərəfan yaddaşı dəstəkləyə bilər  

Alimlər müəyyən ediblər ki, zəfəran ekstraktı yaddaşı qorumağa, narahatlığı azaltmağa və yaşlılıq dövründə maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edə bilər. Nəticələr Nutrients jurnalında dərc olunmuş doklinik araşdırmada yer alıb.Citypost.az-ın məlumatına görə tədqiqatda zəfəranın əsas aktiv birləşmələri — safranal və krozinləri dəqiq dozada ehtiva edən standartlaşdırılmış ekstrakt istifadə olunub. Araşdırmalar yaddaşın pozulması, narahatlığın artması və metabolik pozuntuların müşahidə olunduğu yaşlı siçanlar üzərində aparılıb. Məlum olub ki, safranal qəbuldan sonra qana keçir, bu da onun bioloji əlçatanlığını göstərir.Yüksək doza ekstrakt narahat davranışı azaldıb və yeni obyektləri tanıma qabiliyyətini yaxşılaşdırıb, bu da yaddaş funksiyasının artdığını göstərir. Bu təsirlər stress, emosiyalar və neyroplastikliklə bağlı beyin...

19 Yanvar 2026, 20:46