Bizə yazın

Baku

-°C

USD

-

Sabah Bakıda yolları buz bağlayacaq 

Cəmiyyət 22 Yanvar 2026, 12:18

142

Yanvarın 23-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək.

Gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə 12-16 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bəzi ərazilərdə elektrik enerjisi olmayacaq 

Xəzər rayonunun bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq."Azərişıq"dan Citypost-a verilən məlumata görə, yanvarın 22-də Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 14:00-dək Binə qəsəbəsi Binə Atçılıq yaşayış massivi, Buzovna qəsəbəsi Məmməd Hüseyn, Qasım bəy Zakir, Sabir Ələkbərov, Hüseyn Allahverdiyev, Əziz Məmmədov, Şəhid İbarət Məmmədov, Abşeron küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq."Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur....

22 Yanvar 2026, 11:15

Buraxılış və qəbul imtahanlarının vaxtı AÇIQLANDI 

Buraxılış imtahanlarının və qəbul imtahanlarının qeydiyyat tarixi açıqlanıb.Bu barədə Citypost-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı ildə keçiriləcək bəzi imtahanların qrafiki ilə verilmiş cədvəldə tanış ola bilərsiniz.İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilir. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur.Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 9 və 15 mart tarixlərində keçiriləcək. Zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla da cədvəldə tanış ola bilərsiniz. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin...

22 Yanvar 2026, 11:14

Mirşahin Ağayev jurnalist oğlundan danışdı: “Qarışıq, amma istedadlıdır”  

 “Real” Təhlil-İnformasiya Mərkəzinin baş direktoru  Mirşahin Ağayev Ulvira Qarayevanın “AStar” yutub layihəsinin qonağıolarkən  oğlu, jurnalist Mir Çingiz Ağayev haqqında açıqlamalar verib.Citypost.az xəbər verir ki, Əməkdar jurnalist bildirib ki, Mir Çingiz düşüncə tərzi bir qədər qarışıqdır:"Oğlumun fikirləri elə bir qarışıqlıq içindədir ki, atamın bizə saxladığı bandakı kitablar qədər düzdür. Konkret tapşırıqları tam sərraz yerinə yetirməkdə hələ təcrübəsi çatmır. Beynində həm filosof, həm publicist, həm şair, həm yazıçı, həm jurnalist, həm tərcüməçi, həm də fantaziyaçı kimi tərəflər var. Bəzən ona verdiyim tapşırığın nəticəsi gözlədiyimdən fərqli olur, amma bu onun informasiya gücünü və yaradıcılığını əks etdirmir."Mirşahin Ağayev oğlunun bacarıqlarını da qeyd edib:"Mir Çingiz...

22 Yanvar 2026, 11:10

Xocavənddə buz bağlayan yollarda köməksiz qalanlara yardım edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şuşa, Xankəndi şəhərləri və Xocavənd rayonu ərazilərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobillərdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Xankəndi Şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Qarabağ Regional Mərkəzinin xilasetmə qrupu əraziyə cəlb edilib.Xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən 2 ədəd “Mercedes" markalı avtomobil və 1 ədəd motosikletin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib....

22 Yanvar 2026, 11:02

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib, ölən var 

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.Onlardan 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.Dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılanlar- 1987-ci il təvəllüdlü Pənah İsmayılov, 2005-ci il təvəllüdlü İsmayıl İsmayılzadə, 1982-ci il təvəllüdlü Mahir İsmayılzadə və 2007-ci il təvəllüdlü Gülnar İsmayılzadədir. Onlara tibbi yardım göstərilib, birinin vəziyyəti ağır qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.

22 Yanvar 2026, 10:28

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb 

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,44 ABŞ dolları və ya 2,07 % azalaraq 67,95 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin mart fyuçerslərinin qiyməti 67,43 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,49 ABŞ dolları və ya 2,23 % azalaraq 65,44 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu...

22 Yanvar 2026, 10:12