Azərbaycan mədəniyyətinə AĞIR İTKİ üz verib
Sənət aləmi 22 Yanvar 2026, 11:44
177
Uzun illər Akademik Milli Dram Teatrında rejissor köməkçisi kimi fəaliyyət göstərmiş Dilbər İsmayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.
Citypost.az xəbər verir ki, bu barədə məlumat Akademik Milli Dram Teatrının əməkdaşları tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Məlumat üçün bildirək ki, Dilbər İsmayılova 1959-cu ildə müəllim ailəsində anadan olub. O, 1976-cı ildə əmək fəaliyyətinə Dövlət Gənc Tamaşaçılar Teatrında başlayıb. Daha sonra bir müddət Azərbaycan Televiziyasında müxtəlif vəzifələrdə çalışıb.
Dilbər İsmayılova təxminən 30 ilə yaxın Akademik Milli Dram Teatrında rejissor köməkçisi kimi fəaliyyət göstərib. Bu illər ərzində Azər Paşa Nemətov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Mehriban Ələkbərzadə və digər tanınmış rejissorlarla birgə çalışıb, teatrın sevilən və yaddaqalan tamaşalarının ərsəyə gəlməsində əvəzsiz zəhmət göstərib.Peşəkarlığı, məsuliyyəti və səmimiyyəti ilə həmkarlarının hörmətini qazanan Dilbər İsmayılova bir neçə il əvvəl təqaüdə çıxmışdı.
Həmçinin oxuyun
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sevilən müğənnilərin 45 il əvvəlki FOTOsu
Əməkdar artistlər Nuriyyə Hüseynova və Aybəniz Haşımovanın 45 il əvvəl çəkilmiş fotosu yayılıb.Citypost.az-ın məlumatına görə, Əməkdar artist Nuriyyə Hüseynova həmkarı ilə 1981-ci ildə lentə alınan şəkili sosial şəbəkə hesabında paylaşıbTuran
21 Yanvar 2026, 21:20
Brilliant Dadaşovanın əməkdar artistlə səmimi FOTOsu
Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Nüşabə Ələsgərlinin səmimi görüşüXalq artisti Brilliant Dadaşova və Əməkdar artist Nüşabə Ələsgərli yaxın dostluq münasibətlərini sosial şəbəkədə nümayiş etdiriblər. Nüşabə Ələsgərli şəxsi Instagram hesabında Brilliant Dadaşova ilə birlikdə çəkilən səmimi fotosunu paylaşaraq onu “Sənətkarım” sözləri ilə qeyd edib və bir neçə gül emoji əlavə edib.Şəkil izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və qısa zamanda çoxsaylı bəyənmə toplayıb.Əli...
21 Yanvar 2026, 15:12
Həyat yoldaşından MƏKTUB alan Rəqsanə efirdə AĞLADI
Həyat yoldaşının səmimi etirafı müğənni Rəqsanə İsmayılovanı kövrəldib.Citypost.az xəbər verir ki, Müğənni ATV kanalında yayımlanan “Rəngarəng” verilişinin qonağı olarkən ötən günlərdə ayrılıq yaşadığı deyilən həyat yoldaşı Fazil bəydən məktub və videomüraciət alıb. Canlı yayım zamanı təqdim olunan müraciət Rəqsanə İsmayılovanın duyğulanmasına səbəb olub.Videomüraciətdə Fazil bəy müğənniyə səslənərək, “Sən çox ağıllı qadınsan. Həyatım, səni çox sevirəm. Həmişə də sənin yanındayam” sözlərini deyib.Bu sözlərdən təsirlənən Rəqsanə İsmayılova da eyni səmimi ifadələrlə həyat yoldaşına qarşı olan sevgisini dilə gətirib. Verilişdə yaşanan bu duyğusal anlar studiyada və ekran başında olan tamaşaçıların da diqqətini cəlb edib.Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520...
21 Yanvar 2026, 12:00
“Soyunmaq nə vaxtdan iddia sayılır?” – Rəqsanənin fotosessiyasına sərt reaksiya
Müğənni Rəqsanə İsmayılova həbsxanadan sonra yeni fotosessiyası üçün kamera qarşısına keçib.Citypost.az xəbər verir ki, onun cəsarətli və iddialı görüntüləri sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub. Fotosessiya ilə bağlı səsləndirilən fikirlər ictimai müzakirələrə səbəb olub.Mövzuya münasibət bildirən teleaparıcı Səidə Bəkirqızı sosial şəbəkə hesabında paylaşdığı videoda müğənninin yeni imicini kəskin tənqid edib. O, bildirib ki, gündəmə gəlmək üçün açıq-saçıq geyimə üstünlük verilməsi düzgün yanaşma deyil və bu cür fotosessiya sənət adamına yaraşmır.Teleaparıcı qeyd edib ki, Rəqsanə İsmayılovanın təqdim etdiyi görüntülər nə estetik, nə də iddialı təsir bağışlayır. Onun sözlərinə görə, müğənninin üzərində işləyən stilist və ya imic qurucuları sənətçini düzgün istiqamətləndirməyiblər.Səidə...
19 Yanvar 2026, 22:07
Nazilə Səfərli: Yas mərasimlərində hamı yeyir..."
Şairə Nazilə Səfərli sosial şəbəkə hesabında yaslarda ehsan adətləri ilə bağlı fikirlərini bölüşdüCitypost.az xəbər verir ki, şairə Nazilə Səfərli son paylaşımında yas mərasimlərində yeməklərin yığışdırılması və bu mərasimlərin gedişatı ilə bağlı düşüncələrini diqqətə çatdırıb. O bildirib ki, illərdir yas yerlərində yeməklərlə bağlı müzakirələr aparılır:“Hadisəyə gələnin gözündən baxsaq, insanlar uzaqdan, yaxından gəlir, bir çay içib, bir halva yeyir. Biz buna öyrəşmişik, illərdir bu ehsana alışmışıq. Sonra bizim beynimizə yeridiblər ki, ehsanı yemək savabdır, buna da inanmışıq və əlimizə gələni yeyirik. Lakin hadisəyə yas yiyəsinin – yəni ölünün yaxınlarının – gözü ilə baxsaq, bu mənzərə çox aqressiv və qıcıq vericidir,” – deyə...
19 Yanvar 2026, 14:00
Aşıq Mübarizdən xanım müğənniyə HƏDƏ: “Açacam sandığı..”
Aşıq Mübarizlə müğənni Arzu Mələk arasında yaşanan qalmaqal getdikcə böyüyür.Citypost.az xəbər verir ki, ötən gün ARB TV-də yayımlanan səhər verilişi zamanı Aşıq Mübariz və müğənni Arzu Mələk arasında yaranan mübahisə qısa müddətdə kəskinləşib. Qarşılıqlı ittihamlar və emosional çıxışlar studiyada gərgin anlara səbəb olub. Vəziyyət o həddə çatıb ki, Aşıq Mübariz efiri tərk etmək qərarına gəlib.Hadisədən sonra müğənni Arzu Mələk ARB TV-də yayımlanan Elgiz Əkbərin aparıcılığı ilə “Elgizlə izlə” verilişinin qonağı olub. O, veriliş zamanı Aşıq Mübarizlə aralarında yaranan problemdən söz açaraq mövqeyini açıqlayıb.Canlı yayıma telefon bağlantısı ilə qoşulan Aşıq Mübariz isə müğənniyə qarşı sərt ifadələr işlədib. O, Arzu Mələyin səsləndirdiyi...
17 Yanvar 2026, 16:45