Bizə yazın

Baku

-°C

USD

-

Pərvanə Vəliyeva: "Davosda Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın beynəlxalq mövqeyini gücləndirdi"

Siyasət 21 Yanvar 2026, 14:39

362

Prezident İlham Əliyevin Davos İqtisadi Forumuna səfəri beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Dövlət başçısının keçirdiyi yüksək səviyyəli görüşlər, verdiyi mühüm mesajlar və əldə olunan razılaşmalar Azərbaycanın qlobal iqtisadi və siyasi sistemdə artan rolunu bir daha ortaya qoydu. Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva Prezidentin Davos gündəliyini dəyərləndirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Davos çərçivəsində proqramı olduqca sıx və məzmunlu olub:“Dövlət başçımızın Davos gündəliyi dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və aparıcı özəl sektor nümayəndələri ilə görüşlər, panel müzakirələri və nüfuzlu xarici televiziya kanallarına müsahibələrlə zəngin idi. Bu, onu göstərir ki, Prezident İlham Əliyev dəyişən dünya nizamında Azərbaycanın milli maraqlara əsaslanan mövqeyini beynəlxalq ictimaiyyətə ardıcıl və sistemli şəkildə çatdırır.”

Pərvanə Vəliyeva qeyd edib ki, Davos çərçivəsində aparılan müzakirələr Azərbaycanın iqtisadi cəlbediciliyini bir daha təsdiqləyib:“İqtisadi əlaqələr, investisiya imkanları və yeni əməkdaşlıqlar baxımından Azərbaycan xarici şirkətlər və beynəlxalq banklar üçün etibarlı və cəlbedici tərəfdaş kimi çıxış edir. Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizdə bir sıra layihələri, o cümlədən su infrastrukturunun modernləşdirilməsi üzrə təşəbbüsləri maliyyələşdirməsi bunun bariz nümunəsidir.”

Deputatın sözlərinə görə, AYİB tərəfindən Gəncə və Şəki daxil olmaqla bir sıra regionlarda su sektorunda layihələrin icrası planlaşdırılır. Eyni zamanda Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində layihələrin maliyyələşdirilməsi məsələsi də müzakirə olunub. Bu mövzuda Prezident İlham Əliyevin yanvarın 20-də Davosda AYİB-in prezidenti Odile Reno-Basso ilə görüşü xüsusi əhəmiyyət daşıyır.

Pərvanə Vəliyeva vurğulayıb ki, Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi tanınması Davosda keçirilən görüşlərdə tez-tez səsləndirilən əsas reallıqlardan biri olub:

“Valyuta ehtiyatlarımız xarici borcumuzu 17 dəfə üstələyir. ‘Moody’s’ və ‘Fitch’ kimi aparıcı reytinq agentliklərinin kredit reytinqimizi yeniləməsi Azərbaycana investisiya etməyin təhlükəsiz və risksiz olduğunu açıq şəkildə göstərir. Etibarlı tərəfdaş imici isə istənilən iqtisadi reytinqdən daha önəmlidir.”

Deputat xatırladıb ki, Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxış edib. Paneldə Serbiya Prezidenti Aleksandar Vuçiç, Türkiyənin “Limak Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Prezidenti Vaaqn Xaçaturyan da iştirak ediblər.

“Dövlət başçımız panel müzakirəsində Azərbaycanın mövqeyi, sülh prosesində əldə olunan irəliləyişlər və ölkəmizin gələcək inkişaf vizyonu barədə geniş məlumat verdi. Paraflanmış sülh sazişinin artıq praktik nəticələr doğurduğunu konkret faktlarla diqqətə çatdırdı,” – deyə Pərvanə Vəliyeva bildirib.

Onun sözlərinə görə, konkret iqtisadi addımlar sülhün artıq real mərhələyə keçdiyini göstərir:“Azərbaycan Ermənistanın kommersiya yükləri üçün tranziti açıb, Qazaxıstan və Rusiya buğdasının Gürcüstan üzərindən Ermənistana çatdırılmasına imkan yaradılıb. Ermənistan isə Türkiyə malları üçün tranziti açıb. Hətta Azərbaycan neft məhsullarının Ermənistana ixracı da artıq gündəmdədir. Bu, iki ölkə arasında sıfırdan formalaşan tamamilə yeni iqtisadi münasibətlər sistemidir.”

Deputat əlavə edib ki, normallaşma prosesi yalnız diplomatik müstəvi ilə məhdudlaşmır, eyni zamanda ictimai dəstək, vətəndaş cəmiyyəti mübadilələri və etimadın qurulması da davamlı sülhün əsas dayaqlarındandır.

Pərvanə Vəliyeva Zəngəzur dəhlizinin regional transformasiyada strateji roluna da toxunub:“Bu dəhliz istismara verildikdən sonra Şərq–Qərb marşrutu üzrə yeni logistika imkanları yaradacaq, Orta Dəhliz çərçivəsində Avropa ilə Asiyanı birləşdirən əsas alternativlərdən birinə çevriləcək. Həm Azərbaycan, həm də Ermənistan tranzit ölkə kimi ciddi iqtisadi fayda əldə edəcək.”

Deputat bildirib ki, normallaşmanın genişlənməsi fonunda gələcəkdə infrastruktur sərmayələri, enerji və tranzit dəhlizləri, rəqəmsal bağlantılar, dəmir yolu və avtomobil yollarının inteqrasiyası üzrə yeni layihələr də reallaşa bilər.

Sonda Pərvanə Vəliyeva Prezident İlham Əliyevin beynəlxalq müstəvidə yüksək qiymətləndirilməsini xüsusi qeyd edib:

“Prezident İlham Əliyevin Zayed İnsan Qardaşlığı Mükafatına layiq görülməsi Azərbaycanın Cənubi Qafqazda davamlı sülhün təmin olunmasındakı rolunun beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Eyni zamanda, Azərbaycanın Prezident Donald Tramp tərəfindən yaradılmış Sülh Şurasına üzv seçilməsi ölkəmizin sülh quruculuğunda ‘ən yaxşı nümunə’ kimi qəbul edildiyini təsdiqləyir. Bu, dövlət başçımızın qətiyyəti, prinsipial mövqeyi və xalq-iqtidar birliyinin məntiqi nəticəsidir.”

Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

ABŞ niyə Qrenlandiyanı önəmli hesab edir? Politoloq AÇIQLADI

ABŞ-ın Qrenlandiyaya göstərdiyi maraq son dövrlərdə dünya mediasının diqqət mərkəzinə çıxıb. Tramp administrasiyasının bu addımı təkcə coğrafi maraqlarla izah edilmir; ekspertlər bunu daha geniş geosiyasi və iqtisadi proseslərin fonunda qiymətləndirirlər.Politoloq Tural İsmayılov Citypost-a açıqlamasında bildirib ki, Qrenlandiya ətrafında artan ABŞ fəallığı ani maraq partlayışı deyil, uzun müddətdir yetişən geosiyasi prosesin açıq fazaya keçməsidir. Arktika regionu iqlim dəyişiklikləri fonunda tədricən əlçatan olduqca, burada yerləşən ərazilər təkcə coğrafi deyil, strateji dəyər də qazanır. ABŞ-ın Qrenlandiya ilə bağlı maraqlarını açıq şəkildə ifadə etməsi də bu kontekstdə başa düşülməlidir.Tural İsmayılov əlavə edib ki, Vaşinqton üçün məsələ yalnız bir ada deyil, Arktikada formalaşan yeni təhlükəsizlik...

21 Yanvar 2026, 15:39

Əməkdar artist Mövsüm Hüseynovun məzarı ziyarət olunub  

Yanvarın 19-da Əməkdar artist Mövsüm Hüseynovun vəfatının birinci ildönümü münasibətilə Sumqayıt Dövlət Dram Teatrının kollektivi və sənət dostları Sumqayıt qəbiristanlığında mərhum sənətkarın məzarını ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı teatrın direktoru Samir Şəfiyev, direktor müavini, əməkdar artist Vidadi Məmmədov,baş rejissoru Xalq artisti Firudin Məhərrəmov  və aktyor İlham Səfərli Mövsüm Hüseynovun həyat və yaradıcılıq yolundan söz açıb, onunla bağlı xatirələrini bölüşüblər. Daha sonra Fatihə surəsi oxunub, mərhumun ruhuna dualar edilib.Qeyd edək ki, Hüseynov Mövsüm Türbəndə oğlu 1958-ci il iyunun 13-də Laçın rayonunda anadan olub. O, 1980–1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb. 1982–1995-ci illərdə Sumqayıt Dövlət Musiqili...

19 Yanvar 2026, 21:07

Baş nazirdən YENİ QƏRAR

Nazirlər Kabineti 13 aprel 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"na dəyişiklik edib.CityPost.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.Qərara əsasən, bundan sonra, dövlət reyesterində qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, benefisiar mülkiyyətçinin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar əks olunacaq...

19 Yanvar 2026, 09:52

İmamoğlu həbsxanadan xalqa SƏSLƏNDİ

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri və CHP-nin prezidentliyə namizədi Ekrem İmamoğlu Silivridəki Marmara Həbsxanasından təqaüdçülərə müraciət edib.Citypost.az xəbər verir ki,bu barədə "X" platformasından açıqlama yayıb. İmamoğlu bildirib ki, hakimiyyətləri dövründə təqaüdçülər rahat həyat sürəcək: “Təqaüd sistemində edəcəyimiz islahatlarla vaxtında ödədiyiniz sosial sığorta haqlarının qarşılığını alacaqsınız. Aylıq bağlama məbləğləri artırılacaq, ölkənin inkişafından haqqınız olan payı əldə edəcəksiniz. Ölkə üzrə təmin olunacaq pulsuz xidmətlər sosial həyata qatılmağınızı asanlaşdıracaq. Təqaüdçülərin geçim dərdini bitirəcəyik.”Turan...

16 Yanvar 2026, 20:24

İlber Ortaylıdan Trampa sərt XƏBƏRDARLIQ: “Amerikalılar cahildir!"

Tanınmış tarixçi, professor İlber Ortaylı ABŞ Prezidenti Donald Trampın İranla bağlı mümkün hərbi müdaxiləsini kəskin tənqid edib. Sözcü Televiziyasında çıxış edən Ortaylı “amerikalılar cahildir” ifadəsini işlədərək, İranın etnik və tarixi reallıqlarının ABŞ tərəfindən düzgün qiymətləndirilmədiyini bildirib.Citypost.az xəbər verir ki, Ortaylı  qeyd edib ki, İran əhalisinin təxminən yarısı türkcə danışan türk mənşəlilərdən ibarətdir və xüsusilə Təbriz kimi şəhərlərə hərbi zərbə böyük faciəyə yol aça bilər. O, Trampın bu məsələdə məsuliyyətsiz davranmasının bölgəni daha da xaosa sürükləyəcəyini vurğulayıb.Tarixçi xatırladıb ki, İran uzun illər Səfəvi, Əfşar və Qacar kimi türk mənşəli sülalələr tərəfindən idarə olunub və bu ölkənin türk tarixi ilə sıx bağlı...

16 Yanvar 2026, 10:21

Parlamentdə DAVA düşdü: deputatlar arasında GƏRGİNLİK

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında DEM Partiya ilə İYİ Partiya deputatları arasında gərginlik yaşanıb. Gərginliyə DEM Partiyanın Ağrıdan olan deputatı Sırrı Sakıkın çıxışı səbəb olub.Citypost.az xəbər verir ki, S.Sakık Yaxın Şərqdəki proseslər və kürd məsələsi ilə bağlı səsləndirdiyi fikirlər zamanı İYİ Partiya sıralarından etirazlarla üzləşib. Qarşılıqlı ittihamlar və sərt ifadələrdən sonra tərəflər arasında mübahisə böyüyüb.TBMM sədrinin müavini Pərvin Buldan dəfələrlə müdaxilə edərək deputatları sakitləşdirməyə çalışsa da, gərginlik azalmayıb. Nəticədə Buldan Baş Assambleyanın iclasına beş dəqiqəlik fasilə elan edib....

15 Yanvar 2026, 11:13