Uşaqla ünsiyyət hüququ qanunla qorunur: Nənə və babalar nə bilməlidir?
Hüquq 21 Yanvar 2026, 16:30
242
Azərbaycanda ailə münasibətlərində ən həssas mövzulardan biri uşağın valideyn və yaxın qohumlarla ünsiyyət hüququdur. Qanunvericiliyə görə, valideynlərin boşanması, ayrı yaşaması və ya şəxsi münaqişələri uşağın bu hüququnu məhdudlaşdıra bilməz. Əsas prinsip isə hər zaman uşağın maraqlarının qorunmasıdır.
Citypost.az xəbər verir ki, Ailə Məcəlləsinin 50 və 61-ci maddələrinə əsasən, uşaq həm ata və ana ilə, həm də nənə, baba, bacı, qardaş və digər yaxın qohumlarla ünsiyyət saxlamaq hüququna malikdir. Valideynlər boşansalar belə, uşaq hər iki valideyni ilə görüşməli və münasibət qurmalıdır. Uşaqdan ayrı yaşayan valideynin – xüsusilə atanın – övladı ilə görüşmək, onun tərbiyə və təhsili ilə maraqlanmaq hüququ qanunla qorunur.
Qanun eyni zamanda uşaqla yaşayan valideynin digər valideynlə ünsiyyətə mane olmasını qadağan edir. Yalnız qarşı tərəfin uşağın fiziki və ya psixoloji sağlamlığı üçün real təhlükə yaratdığı sübuta yetirilərsə, məhdudiyyət tətbiq oluna bilər.
Uşaqla görüş qaydaları ilkin olaraq valideynlər arasında razılaşma yolu ilə müəyyən edilməlidir. Razılaşma mümkün olmadıqda, tərəflər əvvəlcə mediasiyaya, nəticə əldə olunmazsa isə qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə görüşün vaxtını, yerini və qaydasını konkret şəkildə müəyyən edir və qərar çıxararkən uşağın yaşını, psixoloji vəziyyətini və maraqlarını əsas götürür. Uşaq 10 yaşdan yuxarıdırsa, onun fikri də mütləq nəzərə alınır.
Ali Məhkəmənin 2011-ci il Plenum Qərarında da vurğulanır ki, valideynlərin və yaxın qohumların uşaqla ünsiyyət hüquqları geniş şəkildə qorunmalı, şəxsi incikliklər uşağın rifahından üstün tutulmamalıdır.
Həmçinin oxuyun
Qanuna əsasən, nənə və baba, eləcə də digər yaxın qohumlar da uşaqla ünsiyyət hüququna malikdirlər. Bu hüququn təmin olunması üçün əvvəlcə qəyyumluq və himayə orqanına, sonra mediasiyaya, ən son mərhələdə isə məhkəməyə müraciət edilməlidir.
Məhkəmə qərarının qəsdən icra edilməməsi isə ciddi hüquqi məsuliyyət yaradır – cərimə, inzibati həbs və hətta cinayət məsuliyyəti ilə nəticələnə bilər.
Qısası, qanun açıq şəkildə bildirir: uşaq valideynlərin mübahisəsinin tərəfi deyil. Onun ailə ilə ünsiyyət hüququ toxunulmazdır və bütün qərarlarda əsas meyar uşağın mənafeyidir.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əlillik üçün müraciətinizə imtina verilibsə, nə etməlisiniz? - QANUN NƏ DEYİR
Əlilliyin təyin edilməsindən imtina cavabı alan vətəndaşlar bu qərarla razılaşmadıqda qanunvericilik onlara həm inzibati, həm də məhkəmə qaydasında şikayət vermək hüququ tanıyır. Əlillik orqanizmin funksiyalarının 31 faizdən çox pozulması hallarında müəyyən edilir və qiymətləndirmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-ləri tərəfindən elektron qaydada, əsasən Forma-88 göndərişi əsasında aparılır.TSEK göndəriş daxil olduqdan sonra 10 iş günü (zərurət olduqda 15 gün) ərzində əlilliyin təyin edilməsi və ya imtina barədə qərar qəbul edir və nəticə vətəndaşa SMS vasitəsilə bildirilir. Qərarla razılaşmayan şəxslər Mərkəzi TSEK-ə və ya ərazi üzrə TSEK-ə müraciət edərək yenidən qiymətləndirmə tələb edə,...
21 Yanvar 2026, 15:19
Məhkəmə hökmü olmadan işdən çıxarmaq olar? QANUN nə deyir?
İşçinin həbs olunması həm işəgötürənlər, həm də əmək kollektivləri üçün ən çox sual doğuran hüquqi vəziyyətlərdən biridir. Cəmiyyətdə tez-tez belə bir yanlış təsəvvür formalaşır ki, işçi barəsində həbs qətimkan tədbiri seçildiyi an onun əmək müqaviləsinə xitam verilə bilər. Lakin əmək və cinayət-prosessual qanunvericilik bu məsələyə daha fərqli yanaşır.Citypost.az-ın məlumatına görə əmək Məcəlləsinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam yalnız konkret hüquqi əsaslar olduqda mümkündür. Bu əsaslardan biri işçinin müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və bu barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsidir. Yəni, işçi sadəcə həbs edilibsə və barəsində yalnız həbs qətimkan...
21 Yanvar 2026, 10:19
Sahibkar satdığı məhsulun pulunu ala bilmirsə, nə etməlidir?
Sahibkarlıq fəaliyyəti zamanı satılan malın və ya göstərilən xidmətin ödənişinin edilməməsi tez-tez rast gəlinən kommersiya mübahisələrindəndir. Belə hallarda sahibkarın hüquqlarını qorumaq üçün qanunvericilik konkret mexanizmlər müəyyən edib.İlk mərhələdə qarşı tərəfə pretenziya (xəbərdarlıq) məktubu göndərilməlidir. Bu məktubda borcun məbləği, ödənişin hansı müqavilə və ya razılaşmaya əsasən tələb edildiyi və könüllü ödəmə üçün verilən müddət göstərilir. Pretenziya göndərilmədən məhkəməyə müraciət edildikdə iddia ərizəsi geri qaytarıla bilər.Əgər qarşı tərəf xəbərdarlığa baxmayaraq ödənişi etmirsə, sahibkar kommersiya məhkəməsinə müraciət edə bilər. Kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan əmlak və iqtisadi mübahisələrə baxır. İddia ərizəsi yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, cavabdehin hüquqi ünvanı üzrə...
19 Yanvar 2026, 20:53
Ana uşaqla görüşə icazə vermir: Ata nə etməlidir?
Boşanma və ya ayrı yaşama valideynlik hüquqlarını ləğv etmir. Uşaqla ünsiyyət həm ana, həm də atanın qanunla qorunan əsas hüquqlarından biridir. Təəssüf ki, praktikada bu hüquq tez-tez pozulur, uşaqlar valideynlər arasında mübahisənin alətinə çevrilir. Qanunvericilik isə bu cür hallara kifayət qədər sərt yanaşma ortaya qoyur. Valideynlər uşaqla görüş və ünsiyyət qaydaları ilə bağlı razılığa gələ bilmədikdə, qanuna əsasən ilk mərhələ mediasiyadır. Mediasiya prosesində razılıq əldə olunmazsa, uşaqla ünsiyyət hüququnu tələb edən tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə uşağın mənafeyini əsas götürərək görüş günlərini, saatlarını, müddətini və şərtlərini müəyyən edir. Qərar qəbul edilərkən uşağın yaşı, psixoloji vəziyyəti, valideynlərə bağlılığı...
19 Yanvar 2026, 15:38
Xarici diplom tələsi: 5 il həbs, minlərlə manat cərimə
Son illər xaricdə təhsil alıb diplomunu Azərbaycanda tanıtmaq istəyənlərin sayı artdıqca, bu sahədə həm hüquqi suallar, həm də sui-istifadə halları gündəmə gəlir. Xüsusilə qiyabi və distant təhsil əsasında əldə olunmuş diplomların tanınması cəmiyyət üçün həssas mövzuya çevrilib. Məhz bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsi xarici diplomların tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm hüquqi mövqe ortaya qoyub.Citypost.az-ın məlumatına görə, Ali Məhkəmənin mövqeyinə əsasən, xaricdə əldə edilmiş bakalavriat və magistratura diplomlarının tanınması avtomatik xarakter daşımır. Həlledici amil təhsilin forması, tədris yükü, auditoriya dərslərində faktiki iştirak və bu göstəricilərin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğudur. Qiyabi təhsil üzrə əsas...
19 Yanvar 2026, 14:30
Təhqir ve böhtan zarafat deyil – Qanun nə deyir?
Məni təhqir edən şəxsdən təzminat ala bilərəm?Sosial şəbəkələrin və rəqəmsal medianın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə söz azadlığı ilə məsuliyyət arasındakı sərhəd getdikcə daha çox pozulur. Bir çox hallarda şəxsi münasibətlər, emosional çıxışlar və ya qərəzli yanaşmalar ictimai məkana daşınaraq insanların şərəf və ləyaqətinə zərbə vurur. Halbuki, ifadə azadlığı heç vaxt başqasının nüfuzunu ləkələmək, şəxsiyyətini alçaltmaq və ya cəmiyyətdə hörmətdən salmaq hüququ anlamına gəlmir. Məhz bu nöqtədə qanun işə düşür və şərəf, ləyaqət və nüfuzun müdafiəsini təmin edir.Citypost.az-ın məlumatına görə, şərəf, ləyaqət və nüfuz insanın cəmiyyətdəki mənəvi dəyərini müəyyən edən əsas anlayışlardır və Azərbaycan Respublikasında bu dəyərlər dövlət tərəfindən...
19 Yanvar 2026, 11:35