Bizə yazın

Baku

-°C

USD

-

Agentlik: Məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar verilməyib 

Cəmiyyət 21 Yanvar 2026, 20:46

210

Məktəblərdə dərslərin dayandırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib.

CityPost.az  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Qeyd edilib ki, son günlər ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar ucqar dağlıq kəndlərdə yerləşən bir sıra məktəblərdə şagirdlərin davamiyyətində fasilələr müşahidə edilir. Bəzi ərazilərdə yolların buz bağlaması, eləcə də nəqliyyat vasitələrinin hərəkətinin nisbətən çətinləşməsi səbəbindən şagirdlərin və pedaqoji kollektivin təhlükəsizliyinin təmin edilməsi prioritetdir. Bu səbəbdən çətin relyefə malik bölgələrdə yerləşən az sayda təhsil müəssisəsində davamiyyətdə qısamüddətli fasilələrin yaranması anlayışla qarşılanır:

"Təlim-tədris prosesi ölkə üzrə mövcud qaydalara uyğun şəkildə davam etdirilir. Davamiyyətdə qısamüddətli fasilələrin müşahidə edildiyi təhsil müəssisələrində keçirilməyən dərslərin dərs cədvəlinə uyğun şəkildə kompensasiya edilməsi istiqamətində zəruri tədbirlər görüləcək. Bununla yanaşı, bildiririk ki, əlverişsiz hava şəraitində təhsil müəssisələrinin istiliklə təchizatı diqqətdə saxlanılır".

Agentliyin məlumatında vurğulanıb ki, gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlər ilə bağlı aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb:

"Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Hazırda ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik təminatı normal qaydada həyata keçirilir".

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ət qutabında at DNT-si aşkarlanıb 

Daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Əmircan şəhər tipli qəsəbə, Q. Quliyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Cavanşir Tair oğlu Quliyevə məxsus unlu qənnadı məmulatlarının emalı və satışı obyektində yoxlama keçiriblər.Bu barədə AZƏRTAC-a Citypost.az-a İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.Bildirilib ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu məlum olub.Obyektdə texnoloji ardıcıllıq prinsipinə və qida məhsullarının saxlanma şəraitinə əməl edilmədiyi, unlu qənnadı məhsullarının antisanitar şəraitdə emal olunduğu və mənşəyi məlum olmayan xammallardan istifadə edildiyi, qida ilə təmasda olan səthlərin, işçi masaların və...

21 Yanvar 2026, 18:00

Cəbrayılın Horovlu kəndindən maraqlı FOTOLAR 

Cəbrayıl rayonunun Horovlu kəndindən maraqlı fotolar çəkilib.Citypost.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən lentə alınan görüntülərdə sakinləri yenicə qayıdan kəndin ağ örpəyə büründüyü əks olunur.Qeyd edək ki, Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışı 2025-ci il oktyabrın 28-də olub..İlk mərhələdə Horovlu kəndinə 37 ailə (160 nəfər) köçürülüb.Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub.Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri...

21 Yanvar 2026, 17:33

Ötən il Bakıda 14104 cinayət hadisəsi, 39 qətl törədilib 

2025-ci il ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 14.104 cinayət hadisəsi törədilib. Onların 93,4 %-nin açılması təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində bildirilib.Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətlərindən və 19 qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.Qeyd olunub ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən...

21 Yanvar 2026, 16:39

"Azər-Türk Bank"a sədr təyin edilib 

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının qərarı ilə Bankın İdarə Heyətinin (İH) üzvü Günel Nəbiyeva sədr təyin edilib.Citypost.az-a bu barədə Bankdan məlumat verilibMəlumata görə, G. Nəbiyeva 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2008-ci ildə isə magistr pilləsində bitirib.O, bank sektorunda 15 ildən artıq təcrübəyə malikdir, 2006-cı ildən "Unibank" ASC-də, ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif rəhbər vəzifələr tutub, 2020-ci ildən Azərbaycan İnvestisiya Holdinqində (AİH) Baş hüquq inzibatçısı və digər rəhbər vəzifələrdə çalışıb, 2022-2025-ci illərdə "Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində yer alıb, 2025-ci ilin dekabr ayından İH-nin üzvü seçilib.G.Nəbiyeva AİH-dəki fəaliyyəti dövründə ölkə Prezidentinin müvafiq sərəncamları ilə...

21 Yanvar 2026, 14:20

Millət vəkili oğlunun doğum gününü belə təbrik etdi

Milli Məclisin deputatı Elnarə Akimova oğlunun doğum günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə xanım deputat sosial şəbəklərdə paylaşım edib. O oğlu ilə birgə fotolarını paylaşaraq ürək sözlərini yazıb: "Təbriklər, ağıllı oğlum! Qürurum, fərəhim, sevgimin adı"- deyə o qeyd edib.Yeganə

21 Yanvar 2026, 14:05

Bakı-Sumqayıt ekspres qatarlarında YENİ QƏRAR

Bu gündən Sumqayıt–Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.Cityposta-a bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.Məlumata görə, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.

21 Yanvar 2026, 13:44