Bizə yazın

Baku

-°C

USD

-

Şirkət açmaq və nizamnamə tələbləri: qanun nə deyir?

Hüquq 22 Yanvar 2026, 12:16

150

Azərbaycanda biznes qurmaq istəyən şəxsləri ilk maraqlandıran suallardan biri şirkətin hansı qaydada yaradılması və bunun üçün hansı hüquqi addımların atılmalı olmasıdır. Qanunvericiliyə əsasən, şirkətlərin yaradılması bir neçə üsulla mümkündür və bu proses müəyyən mərhələlər üzrə həyata keçirilir.

Citypost.az-ın məlumatına əsasən Azərbaycanda şirkət əsasən iki formada yaradıla bilər. Birinci üsul təsisçi qərarı ilə yaradılma formasıdır ki, bu zaman tamamilə yeni, hər hansı digər hüquqi şəxsin hüquqi varisi olmayan şirkət formalaşır. İkinci üsul isə yenidən təşkil olunma yolu ilə həyata keçirilir. Bu halda birləşmə, qoşulma, ayrılma, bölünmə və ya çevrilmə nəticəsində yaranan yeni şirkət əvvəlki hüquqi şəxslərin varisi hesab olunur.

Şirkət açılması prosesi ümumilikdə üç əsas mərhələdən ibarətdir. İlk mərhələdə təsis sənədləri hazırlanır, daha sonra nizamnamə kapitalı formalaşdırılır və nəhayət, hüquqi şəxsin dövlət qeydiyyatı həyata keçirilir. Bu mərhələlər şirkətin hüquqi status qazanması üçün əsas şərtlərdir.

Təsisçilər şirkətin yaradılması ilə bağlı bir sıra məsələlər üzrə yekdil qərar qəbul etməlidirlər. Buraya şirkətin təsis edilməsi, nizamnamənin təsdiqi, payların əvəzinə qoyulan əmlakın və digər hüquqların pul dəyərinin müəyyən edilməsi, eləcə də idarəetmə orqanlarının seçilməsi daxildir. Əgər şirkət iki və ya daha çox təsisçi tərəfindən yaradılırsa, bu zaman təsis müqaviləsinin bağlanması zəruridir.

Təsis müqaviləsi şirkətin fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən mühüm sənəddir. Müqavilədə təsisçilərin şirkətin yaradılması üzrə birgə fəaliyyəti, nizamnamə ilə bağlı şərtlər, əmlakın şirkətə ötürülməsi qaydası, pay və ya səhmlərin ödənilmə müddəti, hüquqi şəxsin təşkilati-hüquqi forması, idarəetmə mexanizmi və təsisçilərin şirkətdən çıxma qaydası kimi məsələlər əksini tapır. Eyni zamanda, idarəetmə orqanlarının tərkibi və səlahiyyətləri də bu sənəddə müəyyən edilir.

Şirkətin əsas təsis sənədlərindən biri də nizamnamədir. Nizamnamə şirkətin hüquqi vəziyyətini müəyyən edir və səhmdarlarla şirkət arasında münasibətləri tənzimləyir. O, təkcə daxili münasibətləri deyil, eyni zamanda şirkətin üçüncü şəxslərlə olan hüquqi əlaqələrini də əhatə edir. Bu baxımdan nizamnamə klassik müqavilə deyil, korporativ normativ akt kimi qəbul olunur və ümumi hüquqi nəticələr doğurur.

Səhmdar Cəmiyyətinin nizamnaməsində şirkətin adı, hüquqi ünvanı, açıq və ya qapalı tipdə olması, yerləşdirilən səhmlərin sayı və nominal dəyəri, səhmlərin kateqoriyaları, səhmdarların hüquqları, nizamnamə kapitalının həcmi, eləcə də idarəetmə orqanlarının strukturu və qərar qəbuletmə mexanizmi mütləq göstərilməlidir.

Məhdud Məsuliyyətli Cəmiyyətlərin nizamnaməsində isə əlavə olaraq iştirakçının şirkətdən çıxma qaydası və bunun nəticələri, nizamnamə kapitalındakı payın digər şəxsə ötürülmə mexanizmi əks olunmalıdır. Qanunvericiliyə zidd olmayan digər müddəaların da nizamnaməyə daxil edilməsi mümkündür.

Qanuna əsasən şirkətlər ümumi fəaliyyət qabiliyyətinə malik olsalar da, təsisçilər bu qabiliyyəti müəyyən çərçivədə məhdudlaşdıra bilərlər. Bəzi sahələr üzrə fəaliyyət isə qanunvericiliklə xüsusi icazə və ya məhdudiyyətlərə tabe ola bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uşaqla ünsiyyət hüququ qanunla qorunur: Nənə və babalar nə bilməlidir?  

Azərbaycanda ailə münasibətlərində ən həssas mövzulardan biri uşağın valideyn və yaxın qohumlarla ünsiyyət hüququdur. Qanunvericiliyə görə, valideynlərin boşanması, ayrı yaşaması və ya şəxsi münaqişələri uşağın bu hüququnu məhdudlaşdıra bilməz. Əsas prinsip isə hər zaman uşağın maraqlarının qorunmasıdır.Citypost.az xəbər verir ki, Ailə Məcəlləsinin 50 və 61-ci maddələrinə əsasən, uşaq həm ata və ana ilə, həm də nənə, baba, bacı, qardaş və digər yaxın qohumlarla ünsiyyət saxlamaq hüququna malikdir. Valideynlər boşansalar belə, uşaq hər iki valideyni ilə görüşməli və münasibət qurmalıdır. Uşaqdan ayrı yaşayan valideynin – xüsusilə atanın – övladı ilə görüşmək, onun tərbiyə və təhsili ilə maraqlanmaq hüququ qanunla qorunur.Qanun eyni...

21 Yanvar 2026, 16:30

Əlillik üçün müraciətinizə imtina verilibsə, nə etməlisiniz? - QANUN NƏ DEYİR

Əlilliyin təyin edilməsindən imtina cavabı alan vətəndaşlar bu qərarla razılaşmadıqda qanunvericilik onlara həm inzibati, həm də məhkəmə qaydasında şikayət vermək hüququ tanıyır. Əlillik orqanizmin funksiyalarının 31 faizdən çox pozulması hallarında müəyyən edilir və qiymətləndirmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK-ləri tərəfindən elektron qaydada, əsasən Forma-88 göndərişi əsasında aparılır.TSEK göndəriş daxil olduqdan sonra 10 iş günü (zərurət olduqda 15 gün) ərzində əlilliyin təyin edilməsi və ya imtina barədə qərar qəbul edir və nəticə vətəndaşa SMS vasitəsilə bildirilir. Qərarla razılaşmayan şəxslər Mərkəzi TSEK-ə və ya ərazi üzrə TSEK-ə müraciət edərək yenidən qiymətləndirmə tələb edə,...

21 Yanvar 2026, 15:19

Məhkəmə hökmü olmadan işdən çıxarmaq olar? QANUN nə deyir?

İşçinin həbs olunması həm işəgötürənlər, həm də əmək kollektivləri üçün ən çox sual doğuran hüquqi vəziyyətlərdən biridir. Cəmiyyətdə tez-tez belə bir yanlış təsəvvür formalaşır ki, işçi barəsində həbs qətimkan tədbiri seçildiyi an onun əmək müqaviləsinə xitam verilə bilər. Lakin əmək və cinayət-prosessual qanunvericilik bu məsələyə daha fərqli yanaşır.Citypost.az-ın məlumatına görə əmək Məcəlləsinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam yalnız konkret hüquqi əsaslar olduqda mümkündür. Bu əsaslardan biri işçinin müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və bu barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsidir. Yəni, işçi sadəcə həbs edilibsə və barəsində yalnız həbs qətimkan...

21 Yanvar 2026, 10:19

Sahibkar satdığı məhsulun pulunu ala bilmirsə, nə etməlidir?  

Sahibkarlıq fəaliyyəti zamanı satılan malın və ya göstərilən xidmətin ödənişinin edilməməsi tez-tez rast gəlinən kommersiya mübahisələrindəndir. Belə hallarda sahibkarın hüquqlarını qorumaq üçün qanunvericilik konkret mexanizmlər müəyyən edib.İlk mərhələdə qarşı tərəfə pretenziya (xəbərdarlıq) məktubu göndərilməlidir. Bu məktubda borcun məbləği, ödənişin hansı müqavilə və ya razılaşmaya əsasən tələb edildiyi və könüllü ödəmə üçün verilən müddət göstərilir. Pretenziya göndərilmədən məhkəməyə müraciət edildikdə iddia ərizəsi geri qaytarıla bilər.Əgər qarşı tərəf xəbərdarlığa baxmayaraq ödənişi etmirsə, sahibkar kommersiya məhkəməsinə müraciət edə bilər. Kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan əmlak və iqtisadi mübahisələrə baxır. İddia ərizəsi yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, cavabdehin hüquqi ünvanı üzrə...

19 Yanvar 2026, 20:53

Ana uşaqla görüşə icazə vermir: Ata nə etməlidir?

Boşanma və ya ayrı yaşama valideynlik hüquqlarını ləğv etmir. Uşaqla ünsiyyət həm ana, həm də atanın qanunla qorunan əsas hüquqlarından biridir. Təəssüf ki, praktikada bu hüquq tez-tez pozulur, uşaqlar valideynlər arasında mübahisənin alətinə çevrilir. Qanunvericilik isə bu cür hallara kifayət qədər sərt yanaşma ortaya qoyur. Valideynlər uşaqla görüş və ünsiyyət qaydaları ilə bağlı razılığa gələ bilmədikdə, qanuna əsasən ilk mərhələ mediasiyadır. Mediasiya prosesində razılıq əldə olunmazsa, uşaqla ünsiyyət hüququnu tələb edən tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə uşağın mənafeyini əsas götürərək görüş günlərini, saatlarını, müddətini və şərtlərini müəyyən edir. Qərar qəbul edilərkən uşağın yaşı, psixoloji vəziyyəti, valideynlərə bağlılığı...

19 Yanvar 2026, 15:38

Xarici diplom tələsi: 5 il həbs, minlərlə manat cərimə

Son illər xaricdə təhsil alıb diplomunu Azərbaycanda tanıtmaq istəyənlərin sayı artdıqca, bu sahədə həm hüquqi suallar, həm də sui-istifadə halları gündəmə gəlir. Xüsusilə qiyabi və distant təhsil əsasında əldə olunmuş diplomların tanınması cəmiyyət üçün həssas mövzuya çevrilib. Məhz bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsi xarici diplomların tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm hüquqi mövqe ortaya qoyub.Citypost.az-ın məlumatına görə, Ali Məhkəmənin mövqeyinə əsasən, xaricdə əldə edilmiş bakalavriat və magistratura diplomlarının tanınması avtomatik xarakter daşımır. Həlledici amil təhsilin forması, tədris yükü, auditoriya dərslərində faktiki iştirak və bu göstəricilərin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğudur. Qiyabi təhsil üzrə əsas...

19 Yanvar 2026, 14:30