Gəncə Dövlət Universitetində imtahan sessiyası ictimaiyyətə açıq şəkildə izlənilib
Cəmiyyət 22 Yanvar 2026, 17:43
145
Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına ictimai baxış məqsədilə mediatur təşkil edilib.
Citypost.az xəbər verir ki, Mediaturda Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri, millət vəkili Pərvin Kərimzadə, “Gəncənin səsi” və “Novosti Gyanja” qəzetlərinin məsul əməkdaşları, digər kütləvi informasiya vasitələrinin nümayəndələri, universitetin professor-müəllim heyəti və tələbə valideynləri iştirak ediblər.
Əvvəlcə iştirakçılara imtahan prosesinin təşkili və keçirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrin tələbləri nəzərə alınmaqla bütün texniki və təşkilati işlər vaxtında icra olunub. İmtahan prosesinə kənar müdaxilənin qarşısının alınması və tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb, auditoriyalar müasir müşahidə kameraları ilə təchiz edilib.
Qeyd olunub ki, imtahanların keçirilməsinə dair təlimat hazırlanaraq Gəncə Dövlət Universitetinin rəsmi internet saytında (gdu.edu.az) yerləşdirilib. Tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin olunması məqsədilə universitetdə İmtahan Qərargahı, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərir.
Diqqətə çatdırılıb ki, payız semestrinin imtahan sessiyasında “Ultra” şirkəti ilə bağlanmış müqaviləyə əsasən “EduMan Platforması”nın elektron jurnal, elektron imtahan idarəetmə və digər modulları mərkəzləşdirilmiş formada tətbiq olunur. Eyni zamanda, Test İmtahan Sisteminin işlənib hazırlanması üzrə texniki tapşırığa uyğun olaraq “Elektron İmtahan Sistemi” proqramında imtahan prosesində istifadə olunan sual və test bazası, imtahan cədvəlləri və keçirilmiş imtahanlara dair məlumatlar saxlanılır.
Daha sonra mediatur iştirakçıları auditoriyalarda imtahanların gedişini yaxından izləyib, həmçinin imtahan prosesinə nəzarət üçün xüsusi monitorlarla təchiz olunmuş müşahidə otağı ilə tanış olublar.
Sonda mediatur iştirakçıları imtahanların təşkili və keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Tələbə valideynləri isə imtahanlarda obyektivliyin və şəffaflığın təmin olunmasına, imtahanların ədalətli şəkildə təşkilinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibova təşəkkürlərini bildiriblər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Şəmkirdə keçmiş məhkum 7 kiloqrama yaxın narkotiklə saxlanılıb
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 60 yaşlı Sabir Abbasov saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Citypost.az-a verilən məlumata görə, həmin şəxsdən 6 kiloqram 633 qram heroin və tiryək aşkarlanıb.Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.Faktla bağlı cinayət işi başlanılıb. S.Abbasov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
22 Yanvar 2026, 18:00
Azərbaycanda ilk dəfə xüsusi ümumtəhsil məktəbində peşə təmayüllü sinif təşkil edilib
Azərbaycanda ilk dəfə Bakı şəhəri 11 nömrəli xüsusi ümumtəhsil məktəbində peşə təmayüllü sinif təşkil edilib. 2025-2026-cı tədris ilindən etibarən yaradılan sinfin təşkili üçün xüsusi işçi qrupu formalaşdırılıb, peşə ixtisası müəyyən edilib və tədris proqramı hazırlanıb.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Citypost.az-a bildirilib ki, tədris prosesinin effektiv təşkili məqsədilə məktəbdə xüsusi emalatxana yaradılıb və zəruri maddi-texniki baza ilə təmin edilib.Peşə təmayüllü sinif sağlamlıq imkanları məhdud olan 8 şagirdin təhsil aldığı 10-cu sinif üzrə komplektləşdirilib. Sinifdə şagirdlərə tikişçi ixtisası üzrə bilik və bacarıqlar öyrədilir.Peşə sinfinin fəaliyyəti ilə tanışlıq zamanı dərslər və praktiki məşğələlər izlənilib, şagirdlərin bacarıqları nümayiş etdirilib, tədris planı və...
22 Yanvar 2026, 17:50
Azərbaycanda İLK - robot cərrahi əməliyyat keçirib
Azərbaycanda TƏBİB tabeli tibb müəssisəsində ilk dəfə robotik cərrahi əməliyyat uğurla icra olunub.Citypost.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata dair keçirilən brifinqdə deyib.Onun sözlərinə görə, bu ölkə üçün qürurverici hadisədir:"Əməliyyat zamanı hansısa texniki və cərrahi çətinlik yaranmayıb. Əgər ehtiyac olarsa əməkdaşlıq etdiyimiz xarici həkimlər sistemə müdaxilə edə bilirlər. Onu da bildirim ki, robotik cərrahiyyə sistemi özü heç bir qərar qəbul etmir. Robotik cərrahi əməliyyatı qan itkisini minimuma endirməyə də kömək edir. Bu ölkədə səhiyyə sisteminin inkişafına, eləcə də gələcəkdə daha çətin əməliyyatların icrasına töhfə verəcək".V.Qurbanov vurğulayıb ki, sabah...
22 Yanvar 2026, 17:25
YAP Veteranlar Şurasının iclası keçirilib
Yanvarın 22-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.Bu barədə Citypost.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə gündəlikdə duran məsələlər haqqında məlumat verərək, Şuranın 2025-ci ildə də öz fəaliyyətini partiyanın Proqram və Nizamnaməsi çərçivəsində, müvafiq Tədbirlər Planına uyğun şəkildə davam etdirdiyini vurğulayıb.Görülən işlərdən bəhs edən A.Rəhimzadə 2026-cı ilin Tədbirlər Planında nəzərdə tutulan məsələlərə nəzər yetirərək, ideoloji işin, o cümlədən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsinin diqqət mərkəzində olacağını vurğulayıb.İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Tahir Rzayev, Elbay Qasımzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli...
22 Yanvar 2026, 17:15
"QHT işi" üzrə Məmməd Alpayın məhkəməsi başlayıb
"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadənin (Məmməd Alpay) məhkəməsi başlayıb.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.Təqsirləndirilən şəxsin vəkili Rövşanə Rəhimlinin M.Məmmədzadə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilməsi, bu da mümkün olmasa, vəkilinin yanında əyləşməsi və prosesdə çəkiliş aparılması barədə verdiyi vəsatətlər təmin edilməyib.Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası fevralın 5-nə təyin edilib.Qeyd edək ki, Məmməd Məmmədzadə Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihanm...
22 Yanvar 2026, 16:52
Misir Mərdanovun bu vəzifəyə təyinatı təsdiqləndi
Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.Citypost.az xəbər verir ki, bu barədə modern.az-a fakültədən bildirilib.Məlumata görə, M.Mərdanov hazırda Ali riyaziyyat kafedrasının müdiri kimi fəaliyyət göstərir.BDU-dan o da bildirilib ki, Mexaniki-riyaziyyat fakültəsində bir sıra kafedraların birləşdiriləcəyi və onların adlarının dəyişdiriləcəyi gözlənilir.Misir Mərdanov 1998–2013-cü illərdə təhsil naziri, 2013–2025-ci illərdə isə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışıb....
22 Yanvar 2026, 16:22