Bizə yazın

Baku

-°C

USD

-

Metro – şəhərlərin yerin alt qatındakı əfsanəsi  

Maraqlı 22 Yanvar 2026, 14:49

10049

Metro ilk dəfə 1863-cü ildə İngiltərənin paytaxtı London şəhərində yaranıb. O vaxt metro elektrik ilə deyil, buxar qazından istifadə etməklə hərəkətə gətirilirdi. Tunelin içində qatar hərəkət edir, tüstünü isə xüsusi hazırlanmış balonlara toplayırdılar. İnsanlar metro vaqonlarını tərk edib yerin üstünə çıxanda üst-başlarından tüstü iyi gəlirdi, üz-gözləri his-pas içində olurdu. Bütün bunlar sərnişinlərin metroya olan marağını heç də azaltmırdı. Çünki bu yerdən nə az, nə çox düz 6 metr aşağıda hərəkət edən ilk ictimai nəqliyyat vasitəsi idi. 

Ən maraqlısı isə odur ki, metro ideyası ilk əvvəllər ciddi qəbul edilmirdi. Söyləyirdilər ki, insan yerin altında havasız şəraitdə necə yaşaya bilər. O, boğular, qorxar və dəli olar... Hətta bəziləri inanırdı ki, torpağın altından keçən qatarlar binaların bünövrəsini dağıdar və ya evlərə ciddi ziyan vura bilər. Amma, ilk gün metrodan 40.000-dən çox insan istifadə etdi və beləliklə bütün qorxular alt-üst olub, puça çıxdı... 

Metrolar haqqında bilinməyən faktlardan biri də budur ki, ilk tunellər kanalizasiya texnologiyası ilə qazılıb, inşa edilirdi. Yəni – bu o deməkdir ki, metro tikintisi əslində tullantı sistemlərindən bir növ faydalanırdı. Daha sonra bu sistem inkişaf etdi, təkmilləşdi. Beləliklə, tunellər dərinləşdi. 

Ən maraqlı fakt odur ki, bəzi şəhərlərdə metro yeraltı bunker kimi tikilib və dizayn olunub. Məsələn, Rusiyanın paytaxtı Moskva şəhərində metrolar müharibə şəraitində minlərlə şəhər sakinini qorumaq üçün sığınacaq rolunu oynayır. Londonda isə İkinci Dünya savaşında insanlar bomba yağışından qorunmaq üçün gecələri metro stansiyalarında keçirməli olurdular. Bu gün metrolar nəinki dəqiqələr, hətta saniyələrlə ölçülən dəqiqliklə işləyir. Hər şey tüstülü, qaranlıq olan tunellərlə başladı. Bu gün metro sadəcə nəqliyyat vasitəsi deyil, o, şəhərlərin  yerin alt qatındakı həyatıdır. 

Müşərrəfxanım.    

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Robotun insanabənzər olması niyə bizi narahat edir? SƏBƏB AÇIQLANDI 

İnsan üzünə və bədəninə çox bənzəyən, amma tam olaraq insan olmayan bir varlıq görəndə niyə içimizdə izah edə bilmədiyimiz narahatlıq yaranır? Bəzən bu hiss o qədər güclü olur ki, qarşımızdakı obyekt sadəcə robot, maneken və ya kompüter qrafikası olsa belə, ondan uzaqlaşmaq istəyirik.Citypost.az xəbər verir ki o psixologiyada bu hadisə “qəribə vadi” (uncanny valley) effekti kimi tanınır. Bu anlayışa görə, süni varlıq insanabənzər olduqca ona qarşı yaxınlıq və rahatlıq hissimiz arta bilər. Lakin həmin varlıq müəyyən nöqtədə insana həddindən artıq bənzəyir, amma tam insan təsiri yaratmırsa, reaksiyamız qəfil dəyişə bilər. Üz ifadəsindəki kiçik uyğunsuzluq, qeyri-təbii hərəkət, baxışların sabitliyi və ya...

04 Sentyabr 2026, 11:30

Okeanda yaşayan qeyri-adi “şüşə” canlı

İlk baxışdan şüşədən hazırlanmış incə və dekorativ bir sənət əsərinə bənzəyən bu canlı əslində təbiətin yaratdığı ən qeyri-adi dəniz orqanizmlərindən biridir. Söhbət Venus çiçək səbəti kimi tanınan dərin dəniz süngərindən gedir. Elmi adı Euplectella olan bu süngərlər okeanın qaranlıq və yüksək təzyiqli dərinliklərində yaşayır.Citypost.az xəbər verir ki , Venus çiçək səbətinin ən diqqətçəkən xüsusiyyəti onun skeletidir. Bu skelet adi canlılarda olduğu kimi sümükdən və ya sərt toxumadan deyil, əsasən silisium dioksiddən, yəni şüşənin əsasını təşkil edən maddələrdən birindən formalaşır. Məhz buna görə süngərin skeleti insan gözünə şəffaf və şüşəbənzər quruluş kimi görünür.Lakin bu quruluş yalnız gözəllik yaratmır. Süngərin skeleti olduqca...

04 Sentyabr 2026, 10:25

Günəbaxan gecə nə edir? – Alimləri heyrətləndirən mexanizm

Heç düşünmüsünüzmü, günəbaxanlar gecə qaranlığında sabah günəşin haradan doğacağını necə “bilirlər”? Gün ərzində günəşə doğru istiqamətlənən bu bitkilərin gecə vaxtı da təsadüfi şəkildə dayanmadığı, səhərə yaxın yenidən şərq istiqamətinə yönəldiyi müşahidə olunur. Sanki bitki hələ günəş doğmamış onun haradan çıxacağını bilir və özünü əvvəlcədən həmin istiqamətə hazırlayır.Əslində isə günəbaxanın gələcəyi “görməsi” və ya günəşin haradan doğacağını şüurlu şəkildə bilməsi mümkün deyil. Burada milyonlarla il ərzində formalaşmış mürəkkəb bioloji mexanizmlər və bitkinin daxili ritmi rol oynayır.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gənc günəbaxanlarda işıq və zamanla əlaqəli prosesləri idarə edən daxili bioloji saat mövcuddur. Bu daxili saat bitkinin gün ərzində müxtəlif...

03 Sentyabr 2026, 12:38

Balıqların sirli “radarı” necə işləyir? MARAQLI FAKT

Heç düşünmüsünüzmü, balıqlar qaranlıq və bulanıq sularda, bəzən isə demək olar ki, heç nə görmədikləri şəraitdə necə bir-birinə çarpmadan hərəkət edə bilirlər? Xüsusilə minlərlə balığın eyni istiqamətdə, sıx sürü halında hərəkət etdiyini gördükdə bu sual daha da maraqlı görünür. Onlar saniyənin kiçik bir hissəsində istiqamətlərini dəyişir, bir-birinə çox yaxın üzür, lakin demək olar ki, heç vaxt toqquşmurlar.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bunun əsas səbəblərindən biri balıqların bədənində yerləşən və yan xətt sistemi  adlandırılan xüsusi hissiyyat sistemidir. Bu sistem balıqlara ətraflarındakı suyun hərəkətini və təzyiq dəyişikliklərini hiss etməyə imkan verir. Başqa sözlə, balıq yalnız gözləri ilə “görmür”. O, ətrafında...

03 Sentyabr 2026, 11:57

Pulcuqları zireh kimidir – Amazonun qeyri-adi balığı

Dünyanın ən möhkəm təbii qoruyucu sistemlərindən birinin adi bir şirin su balığının üzərində yerləşdiyini təsəvvür etmək ilk baxışdan inanılmaz görünə bilər. Lakin Amazon hövzəsində yaşayan bəzi qədim balıq növləri, xüsusilə arapaima kimi nəhəng şirin su balıqları, elm adamlarının uzun illərdir diqqət mərkəzindədir. Səbəb isə onların sadəcə böyük və güclü olması deyil. Bu canlıların bədənini örtən pulcuqlar təbiətin yaratdığı ən maraqlı bioloji müdafiə sistemlərindən biri hesab olunur.Citypost.az xəbər verir ki, Amazon çayının təhlükəli sularında yaşamaq asan deyil. Burada müxtəlif yırtıcılar, piranyalar və digər təhlükələr mövcuddur. Belə bir mühitdə milyonlarla il ərzində davam edən təkamül bəzi canlılara qeyri-adi müdafiə mexanizmləri qazandırıb. Arapaima...

03 Sentyabr 2026, 11:43

Barmaqları çırtlatmaq həqiqətən zərərlidirmi? – Sümüklər arasında nə baş verir?

Barmaqları çırtlatmaq bir çox insanın fərqinə varmadan etdiyi vərdişlərdən biridir. Kimisi bunu gərginliyi azaltmaq üçün edir, kimisi isə sadəcə səsindən zövq alır. Ancaq illərdir cəmiyyətdə bu vərdişlə bağlı müxtəlif fikirlər dolaşır. Xüsusilə uşaqlara “barmaqlarını çırtlatma, yoxsa oynaqlarında kalsium yığılacaq”, “sonra artrit olacaqsan” və ya “sümüklərin bir-birinə sürtünəcək” kimi xəbərdarlıqlar edilir.Bəs həqiqətən barmaqlarımızı çırtlatdıqda oynaqlarda nə baş verir? Eşitdiyimiz həmin kəskin səs sümüyün sınması, qırılması və ya sümüklərin bir-birinə sürtünməsi ilə bağlıdırmı?Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, adi barmaq çırtlaması zamanı baş verən proses insanların təsəvvür etdiyi qədər qorxulu deyil. Barmaq oynaqlarında sümüklərin ucları birbaşa bir-birinə toxunmur. Onların arasında sinovial maye...

03 Sentyabr 2026, 11:28