Ürək tutmaları niyə “cavanlaşır”? Kardioloqdan CİDDİ XƏBƏRDARLIQ
Tibb 22 Yanvar 2026, 15:55
1394
Son illər ürək tutması nəticəsində həyatını itirənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur. Əvvəllər əsasən yaşlı insanlarda rast gəlinən bu hallar artıq 40 yaşdan aşağı, hətta 30 yaşına çatmamış gənclər arasında da qeydə alınır. Mütəxəssislər bu tendensiyanı ciddi siqnal kimi dəyərləndirir və əsas səbəblərin vaxtında aradan qaldırılmasının vacibliyini vurğulayırlar.
Mövzu ilə bağlı kardioloq Emil Hasilov saytımıza açıqlama verib. Onun sözlərinə görə, son dövrlərdə gənc yaşlarda ürək-damar xəstəlikləri ilə xəstəxanaya müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə artıb.
“Son zamanlar 30–40 yaş arası ürək-damar xəstəlikləri ilə təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya gətirilən pasiyentlərin sayında artım müşahidə edirik. Bunun əsas səbəblərindən biri COVID-19 pandemiyasının yaratdığı fəsadlardır. Pandemiya dövründə stressin artması, virusun ürək-damar sisteminə təsiri və psixoloji gərginlik bu prosesə ciddi təsir göstərib,” – deyə Emil Hasilova bildirib.
Kardioloq gənclər arasında zərərli vərdişlərin artmasını da əsas risk faktorlarından biri kimi qiymətləndirib:“Gənclərdə energetik içkilərin gündəlik və həddindən artıq istifadəsi, fiziki aktivliyin azalması, idmanla məşğul olmamaq, sosial faktorlar və ən əsası texnologiyanın sürətli inkişafı nəticəsində hərəkətsiz həyat tərzi geniş yayılıb. Təəssüf ki, gənclər real həyatdan daha çox virtual aləmdə vaxt keçirirlər. Bu isə ürək sağlamlığı üçün ciddi təhlükə yaradır,” – deyə o vurğulayıb.
Həkimin sözlərinə görə, artıq 20–30 yaş arası gənclər arasında piylənmə, şəkərli diabet və arterial hipertenziya halları adi mənzərəyə çevrilib:“Bu gün bizə piylənmə, şəkərli diabet və yüksək təzyiq diaqnozu ilə onlarla gənc müraciət edir. Təəssüf ki, onların əksəriyyəti həkim tərəfindən təyin edilən müalicə və tövsiyələrə əməl etmir. Gənclərdə xolesterin mübadiləsinin pozulması, az hərəkətli həyat tərzi və yanaşı xəstəliklər artıq miokard infarktı, ürək çatışmazlığı, ürək-damar və beyin hadisələri – beyin qanaması və ya işemik insult nəticəsində ölüm hallarının artmasına səbəb olur,” – deyə Emil Hasilova qeyd edib.
Kardioloq real bir hadisəni də xatırladaraq vəziyyətin nə qədər ciddi olduğunu diqqətə çatdırıb:“35 yaşlı bir gənc pasiyent üç koronar damarın tam tıxanması və infarktdan sonra inkişaf edən ağır ürək çatışmazlığı səbəbindən dünyasını dəyişdi. Bu cür hallar bizim üçün açıq xəbərdarlıqdır,” – deyə o bildirib.
Sonda Emil Hasilova gənclərə çağırış edib:
“Gənc pasiyentlərə tövsiyəm budur ki, çəkinizi nəzarətdə saxlayın, təzyiqinizi vaxtaşırı ölçdürün, hər hansı problem olduqda vaxtında həkimə müraciət edin. Sağlam həyat tərzinə diqqət yetirin ki, ömrünüz həm keyfiyyətli, həm də uzun olsun.”
Söhbətləşdi - Turan Etibaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Stressli ailə əlaqələri qocalmanı sürətləndirir
Mütəxəssislər bildirirlər ki, emosional baxımdan çətin və gərgin münasibətlər insan sağlamlığına ciddi təsir göstərə bilər. Xüsusilə “qıcıqlandırıcı” və ya psixoloji cəhətdən ağır münasibətlərin müntəzəm davam etməsi bioloji qocalmanı təxminən 1,5 faiz sürətləndirə bilər.Citypost.az xəbər verir ki, mənfi sosial münasibətlərdən yaranan davamlı stress orqanizmə xroniki gərginlik kimi təsir edir. Bu vəziyyət sinir sisteminə əlavə yük yaradır, yuxu pozuntularına səbəb olur və orqanizmdə iltihabi prosesləri artırır. Uzun müddətdə isə bu amillər hüceyrələrin qocalma sürətinə təsir edə bilər.Aparılan araşdırmalar göstərir ki, insanın yaxın sosial mühitində olan hər bir “zəhərli” münasibət bioloji yaşlanmanın sürətlənməsi ilə əlaqələndirilir. Belə sosial münasibətləri davam etdirməyə məcbur olan şəxslərin...
10 Mart 2026, 12:05
İnfarktdan sonra ürək üçün yeni müalicə üsulu
Ürək tutmasından sonra ürək toxumasının bərpasını sürətləndirmək və orqanın üzərinə düşən yükü azaltmaq məqsədilə yeni inyeksiya üsulu hazırlanıb. Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu yanaşma ürəyin təbii müdafiə mexanizmini gücləndirməyə yönəlib.Bildirilir ki, infarktdan sonra ürək əzələsi zədələnir və normal fəaliyyətini davam etdirmək üçün daha çox işləməli olur. Bu zaman orqanizmdə ürəyi qoruyan və onun üzərinə düşən yükü azaldan qulaqcıq natriuretik peptid (ANP) adlı hormon ifraz olunur. Lakin təbii şəraitdə bu hormonun miqdarı çox vaxt ürək toxumasının bərpasını əhəmiyyətli dərəcədə sürətləndirmək üçün kifayət etmir.Hazırlanan yeni inyeksiya məhz bu mexanizmi gücləndirməyə hesablanıb. Dərman skelet əzələsinə yeridildikdən sonra hüceyrələrə müvəqqəti olaraq...
10 Mart 2026, 09:00
Xroniki bel ağrısı beynin səsləri qavrama tərzinə təsir edir
Mütəxəssislərin fikrincə, xroniki bel ağrısı yalnız fiziki narahatlıq yaratmır, həm də beynin ətraf mühitdəki səsləri qavrama tərzinə ciddi təsir göstərir. Yeni tədqiqatlar göstərir ki, xroniki ağrısı olan insanlar gündəlik səsləri daha kəskin, daha güclü və daha xoşagəlməz şəkildə qəbul edirlər.Citypost.az xəbər verir ki, tədqiqat zamanı iştirakçıların beyni neyrogörüntüləmə üsulu ilə skan edilib və onların müxtəlif səslərə verdiyi reaksiyalar qiymətləndirilib. Nəticələr göstərib ki, xroniki ağrısı olan şəxslər səslərə daha güclü emosional reaksiya verirlər. Beynin eşitmə və tonla bağlı bölgələrində artan aktivlik müşahidə olunub, eyni zamanda medial prefrontal korteksdə aktivliyin azalması qeydə alınıb ki, bu da mənfi emosiyaların tənzimlənməsini zəiflədir.Mütəxəssislər bildirirlər ki,...
09 Mart 2026, 11:10
Araşdırma: Hamiləlik qadın beyninin strukturunu dəyişdirir
Mütəxəssislərin fikrincə, hamiləlik dövrü qadın beynində mühüm və genişmiqyaslı dəyişikliklərlə müşayiət olunur. Araşdırmalar göstərir ki, bu proses beyin fəaliyyətində “U formalı” trayektoriya üzrə baş verən plastik transformasiya ilə xarakterizə olunur.Citypost.az xəbər verir ki, tədqiqatlar zamanı aparılan MRT müayinələrinin nəticələrinə əsasən müəyyən edilib ki, hamiləlik dövründə beyin qabığında yerləşən boz maddənin həcmi nəzərəçarpacaq dərəcədə azalır. Müşahidələr göstərir ki, doğuşa qədər bu azalma orta hesabla təxminən 5 faiz təşkil edir. Doğuşdan sonra isə beyin strukturlarında tədricən bərpa prosesi başlayır, lakin bəzi hallarda göstəricilər tam olaraq əvvəlki səviyyəyə qayıtmaya bilər.Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklər əsasən hamiləlik dövründə estrogen hormonunun səviyyəsində baş verən kəskin...
09 Mart 2026, 10:57
Ekspert rəyi: Yuxunun ümumi sağlamlıq üçün rolu
Mütəxəssislərin açıqlamasına görə, fiziki sağlamlıq təkcə görünüş və ya laborator göstəricilərlə ölçülmür. Uzun müddət pozulmuş yuxu rejimi və düzgün qidalanmama insanın ümumi immun sistemini zəiflədə bilər. COVID-19 dövründə belə müşahidə edildi ki, bəzi insanlar özlərini sağlam hesab etsələr də, immun sistemi zəif olduqda xəstəliyi daha ağır keçirirdilər.Həkimlər bildirir ki, yuxu orqanizmin təmir və bərpa prosesində vacib rol oynayır. Yuxu zamanı toksinlər və radikallar bədəndən çıxarılır, zədələnmiş hüceyrələr yenilənir və avtofagiya prosesi aktivləşir. Bu, yalnız xəstələr üçün deyil, ümumi sistemin güclü qalması üçün də həyati önəm daşıyır.Ekspertlər vurğulayır ki, uzunmüddətli yuxu pozuntuları, düzgün qidalanmama və stress orqanizmin müdafiə qabiliyyətini zəiflədir, nəticədə...
06 Mart 2026, 14:43
DİQQƏT - Arıqlama iynələri dayandırıldıqdan sonra çəkinin 60%-i geri qayıda bilər
Arıqlama iynələri dayandırıldıqdan sonra itirilən çəkinin təxminən 60 faizi geri qayıda bilərCitypost.az xəbər verir kİ, mütəxəssislər bildirirlər ki, arıqlamaq üçün istifadə olunan GLP-1 reseptor agonistləri qrupuna aid preparatların qəbulunu dayandırdıqdan sonra itirilmiş çəkinin əhəmiyyətli hissəsi yenidən qayıda bilər. Araşdırmalar göstərir ki, müalicə dayandırıldıqdan sonra bir il ərzində insanlar orta hesabla itirdikləri çəkinin təxminən 60 faizini yenidən qazanırlar.Mütəxəssislərin sözlərinə görə, çəkinin artımı sonsuz şəkildə davam etmir. Zaman keçdikcə çəki artımının sürəti azalır və müəyyən mərhələdə sabitləşir. Hətta bir il sonra belə, insanların əksəriyyəti ilkin olaraq itirdikləri çəkinin təxminən dörddə birini qoruyub saxlaya bilir.Qeyd olunur ki, bu preparatlar orqanizmdə toxluq hissini və...
06 Mart 2026, 11:50