Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Hüquq 22 Yanvar 2026, 15:08
6942
Yollarda avtomobillə heyvan vurulması halları əsasən Mülki Məcəllə və “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Qəsdən vurma halı yoxdursa, sürücü cinayət və ya inzibati məsuliyyət daşımır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvanın sahibinə məxsus mal-qara nəqliyyat vasitəsinə zərər vurarsa, həmin zərər heyvanın sahibi tərəfindən ödənilməlidir. Heyvanın nəzarətsiz qalması və ya qaçması məsuliyyəti aradan qaldırmır.
“Yol hərəkəti haqqında” qanuna görə mal-qara asfalt örtüklü yollardan ötürülməməli, qaranlıq vaxtı və məhdud görünmə şəraitində isə yolun hərəkət hissəsinə buraxılmamalıdır. Bu tələblərin pozulması sürü sahibinin məsuliyyətini yaradır.
Əgər avtomobillə vurulan heyvanın sahibi müəyyən edilərsə və zərəri könüllü ödəməzsə, hadisə Dövlət Yol Polisi tərəfindən rəsmiləşdirilir və sürücü məhkəməyə müraciət edə bilər. Zərər məbləği 1000 manatadək olduqda dövlət rüsumu 30 manatdır.
Heyvanın sahibi məlum olmadıqda isə Mülki Məcəllənin 177-ci maddəsinə əsasən heyvan “itirilmiş heyvan” sayılır və sonradan sahibi tapıldıqda sürücü dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Həmçinin oxuyun
“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ
Buqələmun - Şahin Qurbanovu da Vilyam Hacıyevin taleyi gözləyir?
Şahin Qurbanov yaxşı kabab bişirir... Xəstəxana direktoru ifşa olundu
Deputat Zaur Şükürov: "Azərbaycan cənub marşrutlarındakı riskləri balanslaşdıran əsas qovşaqdır"
Sahibsiz itlər və çöl heyvanları vurulduqda avtomobilə dəyən zərər yalnız kasko sığorta olduqda sığorta şirkəti tərəfindən ödənilir.
Qeyd olunur ki, heyvanların nəzarətsiz şəkildə yola çıxması nəticəsində ağır xəsarət və ya ölüm halları baş verərsə, sürü sahibi inzibati deyil, cinayət məsuliyyəti daşıya bilər. Belə hallarda məsuliyyət həm sürücü, həm də heyvan sahibi arasında bölüşdürülə bilər.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ev sahibi qeydiyyatda olan şəxsi istədiyi vaxt evdən çıxara bilərmi?
Mənzil sahiblərini və vətəndaşları maraqlandıran məsələlərdən biri də qeydiyyatda olan şəxsin evdən çıxarılması ilə bağlıdır. Bir çoxları düşünür ki, mənzilin sahibi istədiyi zaman qeydiyyatda olan şəxsi evdən çıxara bilər. Lakin qanunvericilik bu məsələyə daha fərqli yanaşır.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, ev sahibinin qeydiyyatda olan şəxsi istənilən vaxt və öz istəyi ilə qeydiyyatdan çıxarması hər zaman mümkün deyil. Burada əsas məsələ həmin şəxsin mənzildən istifadə və yaşayış hüququnun olub-olmamasıdır.Əgər qeydiyyatda olan şəxsin həmin evdə yaşamaq və ondan istifadə etmək hüququ mövcuddursa, onun qeydiyyatdan çıxarılması yalnız qanunla müəyyən edilmiş qaydada və əksər hallarda məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Bu...
03 İyun 2026, 10:49
Boş mənzilə görə kommunal ödəniş edilməlidirmi?
Çoxmənzilli binada mənzil sahibi olan, lakin həmin mənzildə yaşamayan şəxslər arasında ən çox müzakirə olunan məsələlərdən biri kommunal və xidmət haqları ilə bağlıdır. Bir çox hallarda vətəndaşlar hesab edirlər ki, mənzildə yaşamadıqları üçün heç bir ödəniş etməməlidirlər. Lakin məsələ tam olaraq belə deyil.Citypost.az-ın məlumatına görə mütəxəssislərin sözlərinə görə, mənzil sahibi binada yaşasa da, yaşamasa da, binanın ümumi saxlanılması ilə bağlı müəyyən ödənişləri həyata keçirməyə borcludur. Çünki yaşayış binasının girişləri, liftləri, dəhlizləri, həyəti, təhlükəsizlik sistemləri, işıqlandırılması və digər ümumi istifadədə olan sahələrinin saxlanılması üçün mütəmadi xərclər çəkilir. Bu xərclərin qarşılanması isə bütün mənzil sahiblərinin vəzifəsi hesab olunur.Başqa sözlə, mənzilin boş qalması...
03 İyun 2026, 08:57
Konstitusiya Məhkəməsi: Hamiləliyin pozulması məhkumu cəzadan azad etmir
Hamiləliyin pozulması məhkumun cəzadan azad edilməsinə səbəb ola bilməz.Citypost.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin Plenumun iclasında qərar qəbul olunub.Belə ki, məhkəmə iclasında Azərbaycan Konstitusiyasının 80-ci maddəsi baxımından Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin məcəllənin 41.2-ci maddəsi və Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.Qərara əsasən, Azərbaycan Konstitusiyasının 80-ci maddəsinin, həmçinin Cinayət Məcəlləsinin 5.1, 8.1, 41.2-ci və Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin...
02 İyun 2026, 10:54
İcra məmuru evə daxil ola bilərmi? Hansı əmlaklar müsadirə oluna bilməz?
İcra sənədlərinin yerinə yetirilməsi zamanı vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də icra məmurlarının yaşayış sahələrinə daxil olmaq səlahiyyətinin olub-olmamasıdır. Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, məhkəmə qərarlarının və digər icra sənədlərinin icrası məqsədilə icra məmurlarına qanunla müəyyən səlahiyyətlər verilib.Qanunvericiliyə əsasən, icra məmuru icra hərəkətlərinin həyata keçirilməsi məqsədilə borcluya məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinə daxil ola bilər. Bu, xüsusilə məhkəmə qərarının predmeti mənzildən çıxarılma, əmlakın təhvil verilməsi, əşyaların götürülməsi və ya digər icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı olduqda mümkündür.Mütəxəssislər bildirirlər ki, icra məmurunun yaşayış sahəsinə daxil olması özbaşına deyil, qanunvericiliklə müəyyən edilmiş prosedurlara uyğun şəkildə həyata keçirilir. Məqsəd...
02 İyun 2026, 10:37
Məhkəmə işi nə qədər müddətdə yekunlaşır?
Vətəndaşları ən çox maraqlandıran hüquqi məsələlərdən biri də məhkəmə proseslərinin nə qədər davam etməsidir. Bir çox hallarda tərəflər iddia ərizəsini məhkəməyə təqdim etdikdən sonra işə nə vaxt baxılacağını və qərarın nə zaman veriləcəyini bilmək istəyirlər.Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, məhkəməyə iddia ərizəsi təqdim edildikdən sonra hakim ərizənin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlayır. Əgər məhkəmə ərizəni qanunda nəzərdə tutulmuş əsaslarla geri qaytarmırsa və ya icraata qəbul etməkdən imtina etmirsə, ərizə məhkəmə icraatına qəbul edilmiş hesab olunur.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, ümumi qayda olaraq mülki işlərə birinci instansiya məhkəməsində 4 ay müddətində baxılmalı və iş üzrə müvafiq qətnamə və ya...
02 İyun 2026, 09:46
Metro stansiyalarında telefon şarj etmək qadağandırmı?
Bakı Metropoliteninin mövcud istifadə qaydalarına əsasən, sərnişinlərin metro stansiyalarında yerləşən avadanlıqlara, o cümlədən elektrik şəbəkəsinə aid qurğulara icazəsiz müdaxiləsi yolverilməz hesab olunur.Citypost.az-ın məlumatına görə, bu qaydaların əsas məqsədi həm təhlükəsizliyin təmin edilməsi, həm də metro infrastrukturunun qorunmasıdır.Stansiyalarda quraşdırılmış elektrik xətləri və texniki avadanlıqlar yalnız metropolitenin səlahiyyətli əməkdaşları tərəfindən istifadə oluna və nəzarət edilə bilər.Sərnişinlərin öz mobil telefonlarını və ya digər elektron cihazlarını stansiyalarda yerləşən elektrik yuvalarına qoşaraq şarj etməsi təhlükəsizlik baxımından riskli hesab oluna bilər. Buna görə də belə hallara icazə verilmir və bu tip müdaxilələr inzibati məsuliyyət yarada bilər.Qanunvericiliyə əsasən, ictimai infrastrukturun təyinatından kənar istifadə edilməsi inzibati xəta sayılır...
01 İyun 2026, 10:55