Bizə yazın

Baku

-°C

USD

-

Politoloq:Kreml beynəlxalq nizama açıq mesaj verir  

Siyasət 22 Yanvar 2026, 15:56

3836

Rusiya xarici işlər naziri Sergey Lavrovun “kim güclüdürsə, o da haqlıdır” açıqlaması beynəlxalq ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Bu bəyanatın beynəlxalq hüququn faktiki olaraq arxa plana keçdiyini göstərib-göstərmədiyi və Kremlin yeni mərhələli geosiyasi strategiyasının açıq mesajı olub-olmadığı sual doğurur.

Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının başqan müavini, politoloq  Məhəmməd Əsədullazadə Citypost.az - saytına açıqlama verib.

Politoloqun sözlərinə görə, Sergey Lavrovun bu açıqlaması təsadüfi deyil və ABŞ-ın keçmiş prezidenti Donald Trampın analoji ritorikası ilə üst-üstə düşür:“Sergey Lavrov ‘kim güclüdür, o da haqlıdır’ prinsipi ilə, əslində, Donald Trampın beynəlxalq siyasətdə sərgilədiyi ritorikaya uyğun mövqe ortaya qoyur. Təbii ki, hazırda beynəlxalq siyasi nizamın deqradasiyasında əsas rol oynayan aktorlar Rusiya və ABŞ prezidentləridir. Bununla belə, Çin və Avropa ölkələri beynəlxalq siyasi nizamın qorunub saxlanılmasını xüsusi olaraq önə çəkirlər,” – deyə Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq siyasi nizam ciddi şəkildə pozulub və qlobal təhlükəsizlik mühiti zəifləyib:“Rusiya tərəfi Ukraynaya hücumdan sonra beynəlxalq siyasi nizamın artıq işləmədiyini iddia edir. Kreml mərhələli şəkildə öz siyasi strategiyasını həyata keçirir və bu strategiyanın əsas mesajı Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropanı öz təsir dairəsinə almaq niyyətindən ibarətdir. Məhz bu səbəbdən güc amilini ön plana çıxarırlar,” – deyə o vurğulayıb.

Əsədullazadənin fikrincə, Lavrovun açıqlamalarından Rusiyanın özünü fövqəl-dövlət kimi təqdim etmək niyyəti açıq şəkildə hiss olunur:“Sergey Lavrovun mövqeyindən belə nəticə çıxarmaq olar ki, Rusiyanın əsas mesajı Avropanın onunla hesablaşmalı olduğu və keçmiş postsovet məkanının Rusiyanın təsir zonası kimi tanınmasıdır. Kreml hesab edir ki, beynəlxalq siyasi nizam artıq işləmir və Rusiya öz təsir zonasını formalaşdırmaqda haqlıdır,” – deyə politoloq bildirib.

Bununla yanaşı, Məhəmməd Əsədullazadə beynəlxalq hüququn alternativsiz olduğunu da vurğulayıb:

“Beynəlxalq hüququn deqradasiyası üçün böyük dövlətlər, xüsusilə Rusiya və ABŞ müəyyən addımlar atsa da, hazırkı beynəlxalq hüququn real alternativi yoxdur. Əgər beynəlxalq hüquq tamamilə arxa plana atılarsa, dünyada yeni münaqişələr və yeni imperiya iddiaları meydana çıxa bilər,” – deyə o qeyd edib.

Turan Etibaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür edib.Citypost.az xəbər verir ki, Meloni bu barədə "X" sosial şəbəkəsində yazıb."Təşəkkür edirəm, əziz Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə", - Meloni qeyd edib.O vurğulayıb ki, son illər ərzində İtaliya və Azərbaycan ortaq baxış və maraqlara əsaslanan möhkəm əməkdaşlıq qurublar."Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işlə çox fəxr edirəm və əminəm ki, qarşıda bizi xalqlarımızın maraqları naminə yeni mühüm əməkdaşlıq imkanları gözləyir", - İtaliya Baş naziri qeyd edib....

04 Sentyabr 2026, 20:33

Yaponiyaya atılan atom bombasında gizli “etməni izi”

Yaponiyaya atılan atom bombasında gizli “etməni izi”Amerika və Yaponiya, habelə Stalin və Trumen üz-üzəBəlkə də bu başlıq çoxlarına qəribə və gözlənilməz gələ bilər.Amma və lakin...Məsələ burasındadır ki, Türkiyə və SSRİ arasında zaman-zaman gizli və aşkar ziddiyyətlər mövcud olmuşdur. Bu konflikt 1945- ci ildən sonra özünün pik nöqtəsinə çatdı. Bəhanə də bu idi ki, guya türklər Qaradəniz, habelə Dardanel və Bosfor hövzəsində sərt rejim tətbiq etməkdədir. Bundan əlavə, Sovet rəhbərliyi yalana və şantaja əl ataraq Türkiyənin vaxtilə faşit İtaliyası ilə nasist Almaniyasına müəyyən məsələlərdə güzəştə getməsini iddia edirdi. Müharibədə böyük itki versə də, müttəfiqlərinin köməyi sayəsində qalib kimi çıxan SSRİ və onun...

04 Sentyabr 2026, 15:45

Əliyev və Pezeşkianın görüşü niyə diqqət çəkir? Politoloq səbəbləri AÇIQLADI

Politoloq Samir Feyruzov Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkianın görüşlərindəki səmimiyyətə diqqət çəkib.Citypost.az xəbər verir ki, politoloq sosial şəbəkə hesabında paylaşım edərək iki liderin görüşlərinin diplomatik çərçivədən kənar, təbii və səmimi atmosferdə keçdiyini bildirib.“Diqqət etmişəm, İlham Əliyev və Məsud Pezeşkianın görüşlərində həmişə fərqli, şablondan kənar, qarşılıqlı sağlam gülüşlə müşahidə olunan, tamamilə təbii və əsl qardaşlıq nümunəsi sayılan səmimiyyət olub”, – deyə Samir Feyruzov qeyd edib.O bildirib ki, iki prezidentin görüşlərində diplomatik çalar axtarmağa ehtiyac görmür və qarşılıqlı münasibətlərdə səmimiyyətin ön planda olduğunu düşünür:“İki prezidentin görüşlərində heç zaman diplomatik çalar axtarmamışam, səmimiyyət həmişə öndə olub. Bir qucaqlaşmaq hər...

04 Sentyabr 2026, 09:37

Politoloq: Ankara yeni geosiyasi istiqamət seçir

1952-ci ildən NATO üzvü olan, 1987-ci ildənsə Avropa İttifaqına üzvlük üçün rəsmi ərizəylə müraciət edən Türkiyənin Çin-Rusiya-İran üçlüsünün yer aldığı Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmağa can atması artıq rəsmi Ankaranın Qərb bloklarında perspektiv görmədiyinin növbəti dəlilidir.Ərdoğan addım-addım Türkiyəni Qərb bloklarına inteqrasiya siyasətindən qopararaq, ölkəsinin daha güclü və hörmətedilən ola biləcəyi Şərq blokuna çəkir və buna da nail olur. ŞƏT-in Bişkek sammitində, əslində, ən çox diqqət yetirilməli məsələlərdən biri İslam dünyasının liderliyinə iddialı iki ölkə rəhbərinin - həm Türkiyə, həm də İran prezidentlərinin Yaxın Şərqdəki İsrail işğalına qarşı ortaq mövqe nümayiş etdirmələri idi. ABŞ və İsrailin onilliklər boyu üz-üzə qoymağa, bir-birinə...

04 Sentyabr 2026, 08:45

Si Cinpin Pezeşkiyana niyə xüsusi diqqət ayırmadi?  Heydər Oğuz səbəbləri AÇIQLADI

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Bişkek sammitinin ən gözləniləməz və diqqətdən yayınan hadisəsi Çin Prezidenti Si Cinpinlə İran Prezidenti Məsud Pezeşkiyan arasında keçirilən bir neçə dəqiqəlik görüş olub. İran mediasının iddiasına görə, bu “xala xətrin qalmasın” görüşdə iki lider ölkələri arasında A-dan Z-yə qədər bir çox məsələləri müzakirə ediblər. Çin və Qərb mediası isə başqa şeylər deyir.Çinin rəsmi media orqanları Si Cinpinin digər liderlərlə görüşünə uzun-uzadı yer versələr də Pezeşkiyanla mütəvazi görüş barədə heç nə yazmayıblar. Qərb media orqanları isə etibarlı mənbələrinə istinad edərək bildiriblər ki, İran tərəfi əslində Si Cinpinlə geniş formatlı görüş keçirmək barədə düşünürmişlər. Amma Si Cinpin buna ehtiyac...

03 Sentyabr 2026, 11:34

Baş redaktor: İlham Əliyevi həmkarlarından heç kimlə müqayisə etmək olmaz  

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti və liderlik keyfiyyətləri onun həmkarlarından fərqləndirən əsas xüsusiyyətlərdəndir.Bu barədə Yeni Azərbaycan qəzetinin baş redaktoru, Əməkdar jurnalist Alqış Musayev sosial şəbəkə hesabında paylaşım edib.Alqış Musayev bildirib ki, İlham Əliyevi digər dövlət başçıları ilə müqayisə etmək mümkün deyil.“İlham Əliyevi öz həmkarlarından kimlə müqayisə etmək olar? Heç kimlə! Onun fəaliyyəti rəsmi statusunun hüdudlarına sığmır. O, Böyük Liderdir”,** – deyə jurnalist qeyd edib.Əməkdar jurnalist paylaşımında “Böyük Lider” anlayışına da toxunaraq bildirib ki, əsl liderin özünəməxsus hekayəsi və keçdiyi yol olur.Onun sözlərinə görə, müasir dövrdə özünəməxsus siyasi hekayəsi olan dövlət rəhbərlərinə demək olar ki, rast gəlinmir. Bu baxımdan İlham...

03 Sentyabr 2026, 10:40