Bizə yazın

Baku

-°C

USD

-

DSX generalı yüksək vəzifəyə təyin edildi - Foto 

Cəmiyyət 29 Yanvar 2026, 11:54

196

Dövlət Sərhəd Xidmətində (DSX) yüksək vəzifələrə yeni təyinatlar olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmrlər imzalanıb.

Vəzifədə irəli çəkilənlərdən biri də general-mayor Azad Abdullayevdir. General DSX-nin Sərhəd Qoşunları Komandanlığının qərargah rəisi təyin edilib.

“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş A. Abdullayev bu təyinata qədər diviziya komandiri kimi xidmət göstərib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yusif Nəğməkar tərəfləri təmkinli olmağa çağırdı...  

Günlərdir sosial şəbəkələrdə gündəm olan Təranə Qumralın qızı sözlərini səhv ifa etdiyi,sözləri Məmməd Araza,musiqisi Niyaməddin Musayevə məxsus “Dünya sənin,dünya mənim” mahnısı ətrafında müzakirələr bitmir.Məsələyə tanınmış şair Yusif Nəğməkar CityPost.az-a açıqlamasında  münasibət bildirib.“Xalq artisti Niyaməddin Musayev Azərbaycanda hər bir kəsin  sevimlisidir. Onun oxuduğu istənilən mahnını bu gün kim təkrar oxuyubsa yetərincə təkrarlaya bilməyib. Çünki O, oxuduğu hər mahnıya özünün möhürünü vurub. N.Musayevlə 40 ildən çoxdur ki, dostluq edirəm. Mənim 50-dən çox şeirimə mahnı bəstələyib və oxuyub. Niyaməddin mahnılarını elə yerdən, elə səslə, elə həznliklə oxuyur ki, mümkün deyil onun mahnılarını özü kimi təkrarlayasan. Niyaməddinin mahnılarını oxumaq üçün gərək səsin onun səsi...

29 Yanvar 2026, 12:55

Pensiya alanlara şad xəbər: Gələn həftə... 

Qanunvericiliyə görə pensiyalar ildə bir dəfə artır və bu da növbəti ilin yanvarında olur. Əmək pensiyalarının hər il indeksləşdirilməsi "Əmək pensiyaları haqqında" qanunun tələbidir. Bu, vətəndaşın qanunla müəyyənləşdirilmiş şəkildə haqq etdiyi məsələdir.CityPost.az Unikal.az-a istinadən xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.Onun sözlərinə görə, qanunla müəyyənləşdirilmiş qaydada pensiyaların artırılması zamanı gəlib çatıb:"Fevral ayının birinci dekadası ərzində pensiyaların nə qədər artırılacağı barədə sərancam veriləcək. "Əmək pensiyaları haqqında" qanunun 29-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə, əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Bu o deməkdir ki, pensiyaların artımı Dövlət Statistika...

29 Yanvar 2026, 12:36

Yasamaldakı həmin qara paltarlı qadın tutuldu - Video 

Yasamalda mənzillərin giriş qapılarını yoxlayaraq açıq evlərdən birinə daxil olmaqla oğurluq törədilməsi barədə polisə məlumat daxil olub.CityPost.az  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.ƏtraflıFaktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində...

29 Yanvar 2026, 12:19

İqbal Ağazadə "Qarabağ" FK-dan yazdı

Ümid Partiyasının sədri İqbal Ağazadə “Qarabağ” futbol klubunun dünən "Liverpul"a oynadığı oyunla bağlı sosial şəbəkə hesabında paylaşım edib. Citypost.az xəbər verir ki,paylaşımında “Qarabağ”ın Azərbaycan futbol tarixində yeni bir səhifə yazdığını qeyd edib.İqbal Ağazadə xüsusilə komandanın baş məşqçisi Qurban Qurbanovu və futbolçuları vurğulayaraq, əldə olunan nailiyyətlərə görə onlara cani-könüldən minnətdarlığını bildirib.Məlumat üçün bildirək ki, “Qarabağ” klubu səfərdə İngiltərə nəhəngi “Liverpul”a 6-0 hesabı ilə məğlub olub.Əli...

29 Yanvar 2026, 10:48

Şəmşad Ağanın anasının dəfn mərasimində iştirakına icazə verilib 

“Meydan TV” işi üzrə hazırda həbsdə olan jurnalist Şəmşad Ağanın (Ağayevin) anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.Citypost.az xəbər verir ki, vəkil Cavad Cavadlının APA-ya verdiyi xəbərə görə, təqdimata Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və qərar qəbul edilib.Məhkəmə təqdimatı təmin edib, Şəmşad Ağanın dəfn mərasimində iştirak etməsinə icazə verilib.Qeyd edək ki, Şəmşad Ağanın anası dünən vəfat edib.Xatırladaq ki, 2024-cü ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb. Onların barəsində həbs-qətimkan tədbiri seçilib.Bakı Şəhər Baş Polis İdarəsində onlara...

29 Yanvar 2026, 10:21

Ödənilməyən cərimə ilk növbədə məhkumun maaşından tutulacaq

Məhkum cəriməni müəyyən edilmiş müddətdə ödəmədikdə məbləğ ilk növbədə onun əməkhaqqından tutulacaq.CityPost.az  xəbər verir ki, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə dəyişiklik təklif edilir.Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.Qeyd edilib ki, qüvvədə olan məcəlləyə əsasən məhkum tərəfindən cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsi hallarında mövcud mexanizmin, yəni əvvəlcə məhkumun xüsusi mülkiyyətdə olan əmlakına və ya ümumi mülkiyyətdə olan payına, yalnız əmlak olmadıqda və ya kifayət etmədikdə əmək haqqına və ya başqa qazancına yönəldilir.Qanunvericilikdə məsələnin bu cür tənzimlənməsi təcrübədə icra prosesini ləngidir, icra tədbirlərinin isə bəzən cərimənin məbləği ilə qeyri-mütənasib nəticələrə səbəb olduğu müşahidə olunur....

29 Yanvar 2026, 10:07