Bizə yazın

Baku

-°C

USD

-

Emil Əsgərov - Baş rejissor ştatının ləğvi: qapalı “kruqlar”ın sonu  

Sənət aləmi 29 Yanvar 2026, 10:30

99

Rejissor Emil Əsgərov sosial şəbəkə hesabında Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatının ləğv edilməsi ilə bağlı fikirlərini bölüşüb. O, bu qərarın təsadüfi olmadığını və illərlə yığılıb qalmış yaradıcılıq böhranının məntiqi nəticəsi olduğunu bildirib.

Citypost.az xəbər verir ki, Əsgərovun fikrincə, baş rejissor institutu olan teatrların demək olar ki, hamısında uzun müddət qalmaqallar, daxili gərginlik, qruplaşmalar və şəxsi maraqlara əsaslanan münasibətlər mövcud olub. O qeyd edib ki, baş rejissor postu teatrın inkişafını təmin edən yaradıcı mərkəzə yox, təsir dairəsi yaradan inzibati alətə çevrilib.

Rejissor yazır ki, bu vəzifəni tutanların böyük hissəsi teatrın ümumi strategiyasına deyil, yalnız öz “kruqunun” maraqlarına xidmət edib. Tamaşalar eyni şəxslər arasında bölüşdürülüb, aktyor heyəti şəxsi yaxınlıq əsasında formalaşdırılıb, gənc yaradıcıların yolu isə sistemli şəkildə bağlanıb. Nəticədə teatr açıq yaradıcılıq məkanı olmaq əvəzinə qapalı klub modelinə keçib.

Paylaşımda vurğulanır ki, baş rejissor teatrın düşüncə mərkəzi olmalı, repertuar fəlsəfəsi yaratmalı, estetik xətt qurmalı və aktyor ansamblını inkişaf etdirməli idi. Lakin praktikada bu funksiyalar yerinə yetirilməyib, risk edilməyib və teatr şəxsi komfort zonasından çıxarılmayıb.

Emil Əsgərov diqqətə çatdırıb ki, baş rejissor və bədii rəhbər institutu olmayan teatrlarda proseslər daha sakit və ardıcıl gedir. Onun sözlərinə görə, bu teatrlarda intriqa yox, inkişaf xətti üzərində işlənir, yaradıcı qərarlar kollektiv mexanizmlə qəbul olunur.

Rejissor hesab edir ki, hazırda ölkədə teatrın yaradıcılıq təmayüllərini formalaşdıracaq, dramaturji xətt quracaq və uzunmüddətli estetik proqram yarada biləcək səviyyədə yaradıcı liderlər yoxdur. Bu isə sistem problemindən çox, peşəkar yetərsizliklə bağlıdır.

“Belə şəraitdə baş rejissor ştatının saxlanılması yalnız formal adın qorunması olardı. Bu qərar cəza deyil, reallığın qəbuludur. Teatr vəzifə ilə yox, düşüncə ilə yaşayır. Düşüncə olmayanda titul da mənasını itirir”, – deyə Emil Əsgərov Facebook paylaşımında qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Səidə Bəkirqızına həmkarından DƏSTƏK:Cəsarətiniz çatmadıqlarını o..."

Jurnalist Gülnaz Qənbərli həmkarı, televiziya jurnalisti Səidə Bəkirqızına dəstək nümayiş etdirib. Citypost.az saytı xəbər verir ki, xanım jurnalist sosial şəbəkə hesabında paylaşım edərək, Səidə Bəkirqızının səsləndirdiyi fikirlərə görə hədəf alınmasını tənqid edib.Gülnaz Qənbərli bildirib ki, Səidə Bəkirqızı bir çoxlarının deməyə cəsarət etmədiyi məsələləri açıq şəkildə ictimailəşdirir. Onun fikrincə, bu mövqeyə görə jurnalistə təşəkkür etmək əvəzinə, ona qarşı əsassız hücumlar edilir. Qənbərli paylaşımında jurnalistikanın mahiyyətinə toxunaraq, bu sahənin müəyyən maraq dairələrinin təsiri altında təqdim olunmasını da kəskin şəkildə tənqid edib.Yeganə...

29 Yanvar 2026, 11:22

Yazıçıdan xəbərdarlıq: Sosial şəbəkələrdə utanmaq hissi yoxdur 

Azərbaycan Yazıçılar Birliyi üzvü, hüquqşünas və yazıçı Lətifə Oruc sosial şəbəkələrdə davranışlarla bağlı fikirlərini bölüşüb. Citypost.az xəbər verir ki,yazıçı bildirib ki, əvvəllər insanlarda utanc hissi var idi, lakin indi bu hiss itdiyi üçün insanlar sosial mediada istədiklərini yazır, hətta bəzən açıq-saçıq və biabırçı şəkillərini belə paylaşmaqdan utanmırlar.Lətifə Oruc vurğulayıb ki, utanc hissi çox gözəl bir xüsusiyyətdir və cəmiyyətin əxlaqının qorunmasında önəmli rol oynayır.Yeganə...

28 Yanvar 2026, 11:02

Şəkərli diabet xəstələri nələrə diqqət etməlidir?  

Şəkərli diabet (diabetes mellitus) müasir dövrün ən geniş yayılmış xroniki xəstəliklərindən biridir. Dünya üzrə milyonlarla insan bu xəstəliklə yaşayır və mütəxəssislərin fikrincə, düzgün nəzarət olunmadıqda diabet ürək-damar xəstəliklərindən tutmuş görmə itkisinə qədər ciddi fəsadlara yol aça bilər. Endokrinoloqlar bildirirlər ki, diabetlə sağlam yaşamaq mümkündür – əsas şərt davamlı nəzarət və düzgün həyat tərzidir.Şəkər səviyyəsinə müntəzəm nəzarətMütəxəssislərin ilk və əsas tövsiyəsi qan şəkərinin mütəmadi ölçülməsidir. Qanda şəkərin tez-tez yüksəlməsi:damarların zədələnməsinə,böyrək və göz problemlərinə,sinir sisteminin pozulmasına səbəb ola bilər.Həkimlər xəstələrə gündəlik və ya həkimin təyin etdiyi intervalda şəkər ölçmələrini aparmağı və nəticələri qeyd etməyi tövsiyə edirlər.Qidalanma rejimi: diabetin açar nöqtəsiEndokrinoloqlar vurğulayırlar ki,...

27 Yanvar 2026, 16:32

Grammy mükafatlı baraban ifaçısı Sly Dunbar vəfat edib  

Reggae və dub musiqisinin dünya miqyasında yayılmasında mühüm rol oynamış, prodüser-duet Sly and Robbienin üzvü, Grammy mükafatlı barabançı Sly Dunbar 73 yaşında dünyasını dəyişib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərhum musiqiçinin həyat yoldaşı Thelma Dunbar Jamaika mətbuatına açıqlamasında bildirib ki, Dunbar bazar ertəsi səhər saatlarında evində hərəkətsiz vəziyyətdə tapılıb və həkimlər onun vəfat etdiyini təsdiqləyiblər. Ailəyə yaxın mənbələr musiqiçinin bir müddətdir səhhətində problemlər yaşadığını qeyd ediblər.Sly Dunbarın vəfatı musiqi dünyasında böyük kədər doğurub. Bir çox tanınmış musiqiçi və prodüser onunla bağlı başsağlığı mesajları paylaşıb. Britaniyalı reggae və dub DJ-i David Rodigan Dunbarı “əsl ikon” adlandıraraq, onun minlərlə musiqi yazısında...

27 Yanvar 2026, 16:06

Fazil Mustafa əməkdar artisti TƏBRİK ETDİ

Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa əməkdar artist, rejissor və aktyor Sərvər Əliyevə təbrik məktubu ünvanlayıb.Təbrik məktubunda Sərvər Əliyevin Azərbaycan teatr məkanında uzunillik səmərəli fəaliyyəti, səhnə sənətinə verdiyi dəyərli töhfələr yüksək qiymətləndirilib. Bildirilib ki, onun teatr və mədəniyyət sahəsində apardığı yaradıcı işlər, müxtəlif dövlət teatrlarında, o cümlədən Ağdam Dövlət Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında və hazırda Dərbənd Azərbaycan Dram Teatrında baş rejissor kimi fəaliyyəti xüsusi önəm daşıyır.Məktubda vurğulanıb ki, Sərvər Əliyev cəmiyyətlə səhnə arasında körpü rolunu oynayan sənətkar kimi tanınır, onun səhnələşdirdiyi tamaşalar Azərbaycan teatrının klassik və çağdaş nümunələrinin təqdimatı baxımından dərin...

27 Yanvar 2026, 13:56

Firuz Mustafadan baş rejissor qərarına münasibət: “Teatrlara rejissorlar lazımdır”  

Dramaturq, əməkdar incəsənət xadimi Firuz Mustafa dövlət teatrlarında baş rejissor ştatının ləğv olunması ilə bağlı sosial şəbəkə hesabında geniş status paylaşıb.Mədəniyyət Nazirliyinin “Azərbaycanda dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib” açıqlamasına münasibət bildirən Firuz Mustafa bu qərarın mühüm və gərəkli olduğunu qeyd edib.Onun sözlərinə görə, mətbuatda və sosial şəbəkələrdə məsələyə münasibət birmənalı deyil. Teatrın daxili proseslərinə az-çox bələd olan və onu sevən insanların bir qismi bu qərarı təəssüf və təəccüblə qarşılayıb. Lakin dramaturq vurğulayıb ki, zaman dəyişib, teatr dəyişib, tamaşaçı dəyişib və artıq köhnə kanonlar özünü doğrultmur.Firuz Mustafa bildirib ki, teatrların “baş” və ya “ayaq” rejissora deyil, əsl rejissorlara ehtiyacı...

27 Yanvar 2026, 12:20