Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev fərman İMZALADI 

Cəmiyyət 28 Yanvar 2026, 19:10

168

Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya görə cəzalar sərtləşdirilib.

CityPost.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qanuna əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yeni qanuna əsasən, dövlət tərəfindən qorunan daşınar və ya daşınmaz mədəni sərvətləri qəsdən korlama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Dövlət tərəfindən qorunan daşınar mədəni sərvətləri qəsdən məhv etməyə görə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Dövlət tərəfindən qorunan daşınmaz mədəni sərvətləri qəsdən məhv etməyə görə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Yuxarıda nəzərdə tutulmuş əməllər:

- təkrar törədildikdə;

- vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;

- qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə vəya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;

- milli, irqi və ya dini düşmənçilik, dini fanatizm zəminində törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

“Dövlət tərəfindən qorunan mədəni sərvətlər” dedikdə “Mədəniyyət haqqında” qanuna uyğun olaraq mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlər, habelə həmin siyahıya daxil edilənədək və ya həmin siyahıya daxil edilməsindən imtina edilənədək barəsində mədəni sərvətin müəyyən olunması haqqında qərar qəbul edilmiş mədəni sərvətlər başa düşülür.

“Xeyli miqdar” dedikdə üç min manatdan yuxarı olan mәblәğ başa düşülür.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM 

Prezident İlham Əliyev "Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb.Sərəncamda deyilir:- 2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub getmişdir. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir. Mütəfəkkir sənətkar ictimai-fəlsəfi və didaktik-əxlaqi düşüncələrdən yoğrulan, yüksək estetik...

28 Yanvar 2026, 19:17

5 nəfər valideynlik hüququndan məhrum edilib

Ötən il valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 mülki iddia (16 uşağın 14 valideyni barəsində) qaldırılıb.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş Kollegiya iclasında məlumat verilib.Məlumata görə, həmin iddiaların 5-i təmin edilib, 6 iş hazırda məhkəmə baxışındadır....

28 Yanvar 2026, 18:00

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yenidən formalaşdırılacaq

Yaz sessiyası çərçivəsində Milli Məclisin yenidən formalaşdırılacaq Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub.Citypost.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə məsələlər parlamentin yaz sessiyası çərçivəsində fevralın 2-də keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.Parlamentin Hesablayıcı və İntizam komissiyaları yenidən köhnə tərkibdə formalaşdırılacaq.Beləliklə, Milli Məclisinin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılacaq:1. Həmzəyev Naqif Ələşrəf oğlu,2. Hüseynova Sevinc Əmirəhməd qızı,3. Quliyev Eldar Allahyar oğlu,4. Məmmədov Soltan Teymur oğlu,5. Muradov Rövşən Şahbaz oğlu,6. Salmanova Səbinə Qədir qızı,7. Zabelin Mixail Yuryeviç.Parlamentin İntizam komissiyası isə yenidən aşağıdakı tərkibdə yaradılacaq:​​​​​​​1. Cəfərov Kamal Xaqani oğlu,2. Həsənova Afət Əbil qızı,3. İbrahimqızı Məlahət İbrahim qızı,4. İbrahimov Eldar Rza oğlu,5. Qafarov...

28 Yanvar 2026, 17:35

Bir ildə 65 nəfər təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib 

Ötən il prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ilin yekununa dair Kollegiya iclasında bildirilib.Məlumata görə, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 65 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. (APA)

28 Yanvar 2026, 17:16

Ötən il mina və partlamamış hərbi sursat partlayışları nəticəsində xəsarət alanların sayı açıqlanıb 

Keçən il mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.Citypost.az xəbər verir ki, bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346-sı müxtəlif dərəcəli bədən xəsarəti alıb....

28 Yanvar 2026, 17:12

Bulvar İdarəsində mənimsəmə ilə bağlı məhkəmədə vergi nümayəndəsi sualları cavablandırıb 

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi sualları cavablandırıb.Citypost.az "Report"a istinadən xəbər verir ki görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda öncə təqsirləndirilən İlqar Mustafayev məhkəmənin diqqətinə çatdırıb ki, 2 ay əvvəl ağır əməliyyat keçirib.İlqar Mustafayev ona qarşı sürülən ittihamların əsassız olduğunu bildirib. O, əlavə edib ki, səhhətində ciddi problemlər var və həbsdə olmağı səhhətinə pis təsir edir.Sonra proses İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyevə verilən suallarla davam edib.Belə ki, təqsirləndirilən İlqar Mustafayev,...

28 Yanvar 2026, 17:01