Bizə yazın

Baku

-°C

USD

-

Bulvar İdarəsində mənimsəmə ilə bağlı məhkəmədə vergi nümayəndəsi sualları cavablandırıb 

Cəmiyyət 28 Yanvar 2026, 17:01

221

Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi sualları cavablandırıb.

Citypost.az "Report"a istinadən xəbər verir ki görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda öncə təqsirləndirilən İlqar Mustafayev məhkəmənin diqqətinə çatdırıb ki, 2 ay əvvəl ağır əməliyyat keçirib.

İlqar Mustafayev ona qarşı sürülən ittihamların əsassız olduğunu bildirib. O, əlavə edib ki, səhhətində ciddi problemlər var və həbsdə olmağı səhhətinə pis təsir edir.

Sonra proses İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyevə verilən suallarla davam edib.

Belə ki, təqsirləndirilən İlqar Mustafayev, vəkili İsmayıl Kəngərli və hakim Leyla Əsgərova-Məmmədova nümayəndəyə suallar ünvanlayıb.

İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli prosesdə siyahı təqdim edib, o, həmin siyahıda 13 obyektin olduğunu bildirib.

Davamında Dövlət Vergi Xidmətinin nümayəndəsindən təqdim etdiyi siyahıda olan obyektlərə ekspert qiymət müəyyən etmədiyi halda, nümayəndənin niyə qiymət təyin etdiyini soruşub.

Nümayəndə Niyaməddin Tanrıverdiyev bu sualı ekspertə verməyi tövsiyə edib.

Sonra Hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən İlqar Mustafayevdən bulvarda batutlar icarəyə verilən zaman avadanlıqla təmin olunub-olunmadığını soruşub.

İlqar Mustafayev cavabında bildirib ki, bulvar İdarəsində icarə müqaviləsi yoxdur. Onun sözlərinə görə, bununla bağlı fiziki şəxslərlə müqavilə bağlanır.

Dövlət Vergi Xidmətinin nümayəndəsi obyektlərə ekspert və nümayəndənin təyin etdiyi icarə haqqları arasındakı fərqlərlə bağlı suallara münasibət bildirərkən deyib ki, bazar qiyməti 30 faizdən aşağı olanda ekspertin təyin etdiyi qiymət, yuxarı olanda qaimədəki qiymət əsas götürülür.

Vəkil İsmayıl Kəngərli əlavə edib ki, qaimə üzrə də rəqəmlər fərqlidir.

Vəkil nümayəndədən bu rəqəmlərin haradan götürüldüyünü soruşub. Nümayəndə cavabında bu məsələni ekspertdən soruşmağı təklif edib.

Prosesdə həmçinin təqsirləndirilən İlqar Mustafayev də Dövlət Vergi Xidmətinin nümayəndəsi Niyaməddin Tanrıverdiyevə sual ünvanlayıb. O, sualında bildirib ki, nümayəndə nəyə əsasən bulvarda kola köşkünün bir kvadrat metrini 100 manata, "Çayki" restoranının bir kvadrat metrini isə 30 manata hesablayıb.

Niyaməddin Tanrıverdiyevin cavabında bildirib ki, icarə haqqlarının müəyyən edilməsində obyektin yeri və təchiz olunduğu avadanlıq da əsas götürülür.

O, əlavə edib ki, 2023-cü ildə icarə haqlarından 1 milyon 300 min manat vergi hesablanıb, Dənizkənarı Bulvar İdarəsi də 2024-cü ildə 1 milyon 200 min manat hesablayıb. Onun sözlərinə əsasən, bu müqayisə onların apardığı hesablamaların düzgün olduğunu göstərir.

Növbəti iclas fevralın 4-nə təyin olunub.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İttihama görə, İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, "GİRASOL" MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq pulları mənimsəyiblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

5 nəfər valideynlik hüququndan məhrum edilib

Ötən il valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 11 mülki iddia (16 uşağın 14 valideyni barəsində) qaldırılıb.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair geniş Kollegiya iclasında məlumat verilib.Məlumata görə, həmin iddiaların 5-i təmin edilib, 6 iş hazırda məhkəmə baxışındadır....

28 Yanvar 2026, 18:00

Milli Məclisin Hesablayıcı və İntizam komissiyaları yenidən formalaşdırılacaq

Yaz sessiyası çərçivəsində Milli Məclisin yenidən formalaşdırılacaq Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub.Citypost.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə məsələlər parlamentin yaz sessiyası çərçivəsində fevralın 2-də keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.Parlamentin Hesablayıcı və İntizam komissiyaları yenidən köhnə tərkibdə formalaşdırılacaq.Beləliklə, Milli Məclisinin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılacaq:1. Həmzəyev Naqif Ələşrəf oğlu,2. Hüseynova Sevinc Əmirəhməd qızı,3. Quliyev Eldar Allahyar oğlu,4. Məmmədov Soltan Teymur oğlu,5. Muradov Rövşən Şahbaz oğlu,6. Salmanova Səbinə Qədir qızı,7. Zabelin Mixail Yuryeviç.Parlamentin İntizam komissiyası isə yenidən aşağıdakı tərkibdə yaradılacaq:​​​​​​​1. Cəfərov Kamal Xaqani oğlu,2. Həsənova Afət Əbil qızı,3. İbrahimqızı Məlahət İbrahim qızı,4. İbrahimov Eldar Rza oğlu,5. Qafarov...

28 Yanvar 2026, 17:35

Bir ildə 65 nəfər təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib 

Ötən il prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2025-ci ilin yekununa dair Kollegiya iclasında bildirilib.Məlumata görə, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə 65 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. (APA)

28 Yanvar 2026, 17:16

Ötən il mina və partlamamış hərbi sursat partlayışları nəticəsində xəsarət alanların sayı açıqlanıb 

Keçən il mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.Citypost.az xəbər verir ki, bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346-sı müxtəlif dərəcəli bədən xəsarəti alıb....

28 Yanvar 2026, 17:12

Sabah qar yağacaq, yollar buz bağlayacaq 

Azərbaycanda yanvarın 29-da havanın arabir yağıntılı olacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi şəhərətrafı ərazilərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 2-5° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütununu təşkil edəcək. Nisbi rütubət 80-85 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5°...

28 Yanvar 2026, 16:56

Bahalı yaslar niyə bitmir? Baş redaktor AÇIQLADI  

Cəmiyyətdə uzun illərdir müzakirə mövzusu olan yas mərasimlərindəki dəbdəbəli süfrələr problemi yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə tez-tez tənqid edilən bu tendensiya artıq təkcə adət-ənənə məsələsi deyil, həm də sosial yükə çevrilib. Mövzuya bu dəfə Yeni Azərbaycan qəzetinin baş redaktoru, əməkdar jurnalist Alqış Musayev münasibət bildirib.Citypost.az xəbər verir ki,Alqış Musayev sosial şəbəkə hesabında paylaşdığı statusda qeyd edib ki, yas mərasimlərində bahalı süfrələrə son qoymaq asan məsələ deyil. Onun sözlərinə görə, bu proses artıq böyük bir sənayeyə çevrilib və sənayeləşmiş istənilən prosesi dayandırmaq ciddi zaman, enerji və iradə tələb edir.Baş redaktorun fikrincə, məsələnin kökündə yalnız fərdi seçimlər deyil, formalaşmış sosial təzyiq, iqtisadi...

28 Yanvar 2026, 15:17