Bizə yazın

Baku

-°C

USD

-

ABŞ-da Minnesota olaylarına Hollywooddan dəstək 

Dünya 28 Yanvar 2026, 15:45

260

ABŞ-ın Minnesota ştatında federal Göçməçilik və Gömrük Mühafizəsi (ICE) agentlərinin əməliyyatları zamanı iki amerikalı vətəndaş Alex Pretti və Renee Good ölməsi ölkədə böyük etirazlara səbəb olub.

Citypost.az ABŞ mediasına istinadən xəbər verir ki, bu hadisədən sonra Minneapolis və digər şəhərlərdə ICE-ə qarşı nümayişlər keçirilib və geniş ictimai narazılıq yaranıb.

Məşhur Hollywood ulduzları da bu hadisələrə reaksiya verərək Donald Trump administrasiyasını tənqid ediblər. “The Last of Us” serialının ulduzu Pedro Pascal, Billie Eilish, Katy Perry, Jamie Lee Curtis, Natalie Portman, Mark Ruffalo, Glenn Close və Olivia Rodrigo kimi sənətçilər sosial şəbəkələrdə “Minnesotadakılarla birlikdəyik” mesajları ilə ədalət tələb edib və federal icra hakimiyyətini sərt şəkildə qınayıblar.

Protestlərin təzyiqi altında federal sərhəd və gömrük komandiri Gregory Bovino komandirlə birlikdə Minnesota-dan çəkildiyi bildirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yəhudi ekstremist Ermənistanlı keşişə TÜPÜRDÜ

Yerusəlimdə yəhudi ekstremist Ermənistanlı keşişə tüpürdü Citypost.az İsrail mediasına istinadən xəbər verir ki, Yerusəlimin Ermənistan Kvartalında bir yəhudi ekstremist Ermənistanlı keşişə tüpürdü. Jurnalist Keğam Balyan bunu X sosial şəbəkəsində paylaşaraq müvafiq videonu da yayımlayıb.Balyan əlavə edib: “Bu, Müqəddəs Torpaqlardakı erməni xristianlarının gündəlik gerçəkliyidir.”Turan

28 Yanvar 2026, 16:01

Süni intellekt fondu YARADILACAQ

Türkiyədə  Süni İntellekt Fondunun yaradılması planlaşdırılır.Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Yapay Zəkâ Araşdırma Komissiyası ölkədə yapay zəkânın inkişafına dair 860 səhifəlik və 100 maddədən ibarət hesabatını tamamlayıb. Hesabatda 4+4+4 təhsil sisteminin yenilənməsi, yapay zəkâ təhlükəsizliyi və diplomatiya strategiyasının hazırlanması, həmçinin yapay zəkâ fonunun yaradılması tövsiyə olunub.Raporda, həmçinin millət vəkilləri və hakimlər üçün yapay zəkâ savadlılığı təlimlərinin verilməsi, uşaqları yapay zəkâdan qoruyacaq tədbirlərin görülməsi, manipulyasiyaedici tətbiqlərin qadağan olunması, çip və süperkompüter infrastrukturunun inkişaf etdirilməsi, eləcə də yapay zəkânın iş yerlərinə təsirinə diqqət yetirilməsi tövsiyə edilib.Əli...

28 Yanvar 2026, 15:49

ABŞ-da “tarixi” qar fırtınası: 30 nəfər həlak olub, milyardlarla dollar zərər  

ABŞ-da “tarixi” kimi qiymətləndirilən güclü qar fırtınası və dondurucu soyuqlar ölkə üzrə ciddi fəsadlara yol açıb. Son məlumatlara görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 30 nəfərə çatıb.Citypost.az ABŞ mediasına istinadən xəbər verir ki, fırtına 200 milyondan çox insana təsir göstərib. Hazırda ölkə üzrə 800 mindən artıq abonent elektriksiz qalır, 17 mindən çox aviareys ləğv edilib. Bir sıra iri şəhərlərdə məktəblərdə dərslər dayandırılıb və ya onlayn təhsilə keçilib.ABŞ Milli Hava Xidməti təxminən 90 milyon insan üçün “aşırı soyuq” xəbərdarlığının qüvvədə olduğunu açıqlayıb. Paytaxt Vaşinqtonda 10 santimetrə, Nyu-York və Nyu-Cersi ştatlarında isə 30 santimetrədək qar yağacağı gözlənilir.AccuWeather-in açıqlamasına görə, fırtına başa...

28 Yanvar 2026, 15:38

Rusiya Xarkovda sərnişin qatarına dronlarla hücum edib, yaralananlar var 

Rusiya ordusu Ukraynanın Xarkov vilayətində sərnişin qatarına dronlarla hücum edin.Bu barədə Ukraynanın Yenidənqurma üzrə Baş nazirinin müavini və Ukraynanın İcmalar və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba məlumat verib.O, zərbə nəticəsində sərnişinlər arasında xəsarət alanların olduğunu deyib və bildirib ki, hücum Xarkov vilayətində Barvinkovedən Lvova gedən sərnişin qatarına edilib.İlkin məlumata görə, qatara üç “Şahed” tipli dronla hücum edilib. Zərbələr yanğına səbəb olub.Hadisədən sonra qatarda olan 291 sərnişin mümkün qədər tez təxliyə edilib....

27 Yanvar 2026, 21:53

Antalyada fırtına, sel və burulğan: bir nəfər yaralanıb  

Türkiyənin Antalya şəhərində Meteorologiya Xidmətinin “sarı kod”lu xəbərdarlığından sonra güclü yağış, fırtına və burulğan şəhər üzrə həyatı iflic edib. Bir sıra rayonlarda daşqınlar, maddi ziyan və nəqliyyatda fasilələr qeydə alınıb.Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aksu rayonunun Kumköy məhəlləsində, Aksu çayı ətrafında yaranan burulğan nəticəsində baxım məqsədilə sahilə çıxarılmış turistik və balıqçı qayıqları zərər görüb. Bəzi qayıqlar aşaraq çevrilib, bəziləri isə təxminən 100 metr məsafəyə sürüklənib.Hadisə zamanı ərazidə olan 75 yaşlı İsmayıl Aksakal xəsarət alıb. Yaralı Serik Dövlət Xəstəxanasına çatdırılaraq tibbi yardım göstərilib.Eyni zamanda Kundu–Kadriye yolunda güclü fırtına səbəbindən bəzi yol nişanları aşaraq hərəkət hissəsinə düşüb. Axşam saatlarından etibarən...

27 Yanvar 2026, 16:24

NASA qaranlıq maddə ilə bağlı yeni detalları açıqladı

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) qaranlıq maddənin kainat üzərindəki təsiri ilə bağlı yeni məlumatlar əldə etdiyini bildirib. NASA alimləri James Webb Kosmik Teleskopundan toplanan məlumatlar əsasında qaranlıq maddənin indiyədək hazırlanmış ən detallı və yüksək dəqiqlikli xəritələrindən birini yaradıb.Nature Astronomy jurnalında dərc olunan araşdırmada bu xəritənin görünməz qaranlıq maddənin ulduzlar, qalaktikalar və müşahidə edilə bilən adi maddə ilə necə üst-üstə düşdüyünü və qarşılıqlı əlaqədə olduğunu göstərdiyi qeyd olunur. Alimlərin bildirdiyinə görə, bu xəritə digər rəsədxanalar tərəfindən hazırlanmış analoji xəritələrdən təxminən iki dəfə daha dəqiqdir.NASA açıqlamasında vurğulanıb ki, əvvəllər qaranlıq maddə yalnız qeyri-müəyyən şəkildə müşahidə oluna bilirdi, lakin James...

27 Yanvar 2026, 16:17