Azərbaycan Xalq Cümhuriyyətinin ilk Şeyxülislamı kim olub? - O tarixdə 2 dəfə Şeyxülislam seçilmiş yeganə şəxsdir
Maraqlı 26 Yanvar 2026, 14:55
128
Əsl adı Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə olan Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə 1871-ci il oktyabr ayının 22-də Bakının Pirşağa kəndində ruhani ailəsində anadan olmuşdu. Atası Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarından sayılırdı.
Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada gedir. Bağdad Universitetinin İlahiyyət fakültəsini bitirdikldən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetində təhsilini davam etdirir. 1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsilini uğurla başa vurub, “Axund” rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhərdə məhəllə məscidlərindən birində axundluq edir. 32 yaşında “Təzəpir” məscidinin axundu olur. 1904-cü ildə Axund Ağa Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçilir. 1907-ci ilin yayında Ağa Əlizadə Bakıda “Səadət” Müsəlman Ruhani Cəmiyyəti yaradır və onun ilk sədri olur. Cəmiyyətin fəliyyətində yazıçı Nəcəf bəy Vəzirov, milyonçular İsa bəy Aşurov, Hacı Zeynalabdin Tağıyev və başqaları fəal iştirak edirlər.
1907-ci ilin sentyabrında Bakıda “Mədrəseyi-Səadət” məktəbi açılır və Əli bəy Hüseynzadə məktəbə direktor təyin edilir. 1918-ci ildə Dini Etiqad və Sosial Təminat naziri Musa Rəfibəylinin əmri ilə Axund Ağa Əlizadə Şeyxülislam təyin edilir. O vaxt atası Hacı Cavad Əlizadə Bakı Quberniya dini məclisinin sədri idi. Şeyxülislam 1918-ci ildə sələfi Məhəmməd Pişnamazzadə kimi “Məşyəxəti-İslamiyyə” idarəsinin (AXC dövründə Müsəlman Ruhani İdarəsi) sədrlərinə nazir səviyyəsində məvacib verilməsini və Mərkəzi Aparat üzvlərinin sayını 15 nəfərə çatdırılmasını tələb edir. Lakin bu təklif nəzərə alınmır.
Axund Ağa Əlizadə 1920-ci ili mayın 12-nə kimi Şeyxülislam vəzifəsini tutur, 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edilir və Ağa Əlizadənin idarənin sədri seçilməsi üçün namizədliyi irəli sürülür. 1944-cü il mayın 25-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birinci qurultayı çağırılır. 1944-cü ilin mayın 28-də keçirilmiş səsvermə zamanı Axund Ağa Əlizadə yenidən bütün Qafqaz Şeyxülislamı seçilir.
Şeyxülislam Axund Ağa Əlizadə dünyanın bir çox ölkələrində təşkil olunmuş konfranslarında iştirakçı olur. Sovet müsəlmanları adından nitq söyləyir. 1952-ci ildə SSRİ-də müharibədən sonra ilk dəfə Zaqorskda, həmin ilin mayında isə Viyanada keçirilən Sülhü Müdafiə Konfransalarının iştirakçısı olur. Ağa Əlizadə 1954-cü ilin dekabrında 84 yaşında vəfat edib, haqq dünyasına qovuşur...
Həmçinin oxuyun
Xatırladaq ki, Ağa Əlizadə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmuş tanınmış akademik Akif Əlizadənin babası idi.
Hazırladı: Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bahalı telefonlar, təhlükəli oyunlar: uşaqlar üçün görünməyən risk
Hazırda Azərbaycanda təkcə böyüklər deyil, hətta ibtidai sinif yaşında olan uşaqlar da bahalı, son model smartfonlardan istifadə edir. Texnologiyanın həyatın ayrılmaz hissəsinə çevrilməsi valideynlər üçün rahatlıq yaratsa da, mütəxəssislər bu vəziyyətin uşaqların psixoloji, fiziki və sosial inkişafı üçün ciddi risklər doğurduğunu bildirirlər. Xüsusilə internet üzərindən yayılan təhlükəli oyunlar və çağırışlar narahatlıq doğuran əsas məqamlardandır.Citypost.az-ın məlumatına görə, son illər uşaqlar arasında sürətlə yayılan bəzi mobil oyunlar və sosial şəbəkə “challenge”ləri təhlükəli davranışları təşviq edir. Psixoloqlar bildirir ki, bu cür oyunlar uşaqlarda qorxu hissini zəiflədir, risk anlayışını sıradan çıxarır və real həyatla virtual aləm arasındakı sərhədi pozur. Nəticədə uşaq öz sağlamlığına və...
26 Yanvar 2026, 11:12
Dərmansız halda bədəni sakitləşdirməyin yolu
Təsəvvür edin: axşamüstü halınız pisləşib, gecə saatlarıdır və dərman yoxdur. Panika artır, ürək döyüntüsü sürətlənir, gərginlik daha da güclənir. Belə məqamda çıxış yolu varmı? Mütəxəssislər bildirir ki, bəzi sadə üsullarla orqanizmi sakitləşdirmək mümkündür.Citypost.az məlumatına görə tibbi izaha görə, bu cür vəziyyətlərdə əsas məqsəd simpatik sinir sisteminin həddindən artıq aktivliyini azaltmaq və parasimpatik sinir sistemini gücləndirməkdir. Parasimpatik sistem bədənin “sakitləşdirici mexanizmi” kimi fəaliyyət göstərir və ürək döyüntüsünün normallaşmasına kömək edir.Bu məqsədlə ən effektiv üsullardan biri düzgün nəfəs məşqləridir. Məktəb illərindən xatırladığımız kimi, qaçışdan sonra dərindən nəfəs alıb-verməklə bədən rahatlaşırdı. Eyni üsul tutma zamanı da faydalı ola bilər. Şəxs dərin nəfəs alır,...
24 Yanvar 2026, 18:23
Evdə it saxlamağın sağlamlığa dair FAYDALARI
Son illər aparılan elmi araşdırmalar evdə it saxlamanın insan sağlamlığına və psixoloji durumuna müsbət təsir göstərdiyini sübut edir. Citypost.az-ın xəbərinə görə mütəxəssislərin fikrincə, itlər təkcə sadiq dost deyil, eyni zamanda insanın gündəlik həyat keyfiyyətini artıran canlılardır.Xəstəliklərin erkən aşkarlanmasına kömək edirİtlərin qoxu alma qabiliyyəti olduqca güclüdür. Araşdırmalar göstərir ki, bəzi itlər insan orqanizmində yaranan şiş və digər anormallıqları erkən mərhələdə hiss edə bilir. Belə hallarda itlər sahibinə qarşı qeyri-adi davranışlar sərgiləyir, həmin nahiyəni tez-tez iyləyir və diqqət çəkməyə çalışır. Bu isə xəstəliyin vaxtında aşkarlanmasına yardımçı ola bilər.Qan şəkərinə nəzarətdə rol oynayırXüsusilə diabet xəstələri üçün itlər mühüm dəstəkçi sayılır. Qan şəkərinin qəfil...
23 Yanvar 2026, 15:26
2025-ci ildən sonra Azərbaycanda süni intellektin hansı istiqamətlərdə potensialı var?
2025-ci ildən sonra süni intellektdə hansı istiqamətlərin Azərbaycanda real tətbiq potensialı var?Citypost.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, 2025-ci ildən sonra Azərbaycanda süni intellektin real tətbiq potensialı ən yüksək olan sahələr rəqəmsal dövlət idarəçiliyi, kənd təsərrüfatı və maliyyə sektorudur.AİKTSA sədri qeyd edib ki, “ağıllı dövlət” konsepsiyası çərçivəsində vətəndaşlara proaktiv xidmətlərin göstərilməsi, işğaldan azad edilmiş ərazilərdə süni intellekt əsaslı aqrotexnologiyaların tətbiqi və banklarda müştəri davranışlarının analizi əsas prioritetlər olacaq.Bu istiqamətlər həm iqtisadi səmərəliliyi artırmaq, həm də resursların...
22 Yanvar 2026, 17:22
Steam-dən 14 Disney oyunu xəbərdarlıq edilmədən silindi
Oyun platforması Steam rəsmi açıqlama vermədən 14 Disney oyununu satış siyahısından çıxarıb. Oyunların niyə platformadan silindiyi hələlik məlum deyil.Citypost.az xəbər verir ki, Steam-də bəzən icma qaydalarına uyğun gəlməyən və ya yayımçı tərəfindən dəstəyi dayandırılan oyunlar platformadan çıxarılsa da, bu dəfə heç bir izahat verilməməsi diqqət çəkib.Siyahıdan çıxarılan oyunlar arasında Disney’s Hercules, Winnie the Pooh, The Princess and the Frog, Finding Nemo, Toy Story Mania!, Cars: Radiator Springs Adventures, Phineas and Ferb: New Inventions və Tinker Bell’s Adventure kimi tanınmış adlar yer alır.Oyunların qəfil silinməsi oyunçular arasında suallar yaradıb və Steam və ya Disney tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama gözlənilir.Turan...
22 Yanvar 2026, 16:45
Metro – şəhərlərin yerin alt qatındakı əfsanəsi
Metro ilk dəfə 1863-cü ildə İngiltərənin paytaxtı London şəhərində yaranıb. O vaxt metro elektrik ilə deyil, buxar qazından istifadə etməklə hərəkətə gətirilirdi. Tunelin içində qatar hərəkət edir, tüstünü isə xüsusi hazırlanmış balonlara toplayırdılar. İnsanlar metro vaqonlarını tərk edib yerin üstünə çıxanda üst-başlarından tüstü iyi gəlirdi, üz-gözləri his-pas içində olurdu. Bütün bunlar sərnişinlərin metroya olan marağını heç də azaltmırdı. Çünki bu yerdən nə az, nə çox düz 6 metr aşağıda hərəkət edən ilk ictimai nəqliyyat vasitəsi idi. Ən maraqlısı isə odur ki, metro ideyası ilk əvvəllər ciddi qəbul edilmirdi. Söyləyirdilər ki, insan yerin altında havasız şəraitdə necə yaşaya bilər. O, boğular, qorxar...
22 Yanvar 2026, 14:49