Bizə yazın

Baku

-°C

USD

-

İlham Əliyev Rəşad İsmayılovu NAZİR təyin etdi

Cəmiyyət 10 Fevral 2026, 15:28

185

Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şeyxülislam Allahşükür Paşazadə Roma Papası ilə görüşüb 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb.QMİ-nin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.Qonaqları səmimi salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana təşrif buyurmasını sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi...

10 Fevral 2026, 16:35

ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb 

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub.APA xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb.

10 Fevral 2026, 16:15

Yeni təyin olunan nazir kimdir? - DOSYE 

Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.Citypost.az yeni nazirin dosyesini təqdim edir.Rəşad İsmayılov 27  avqust 1979-cu ildə doğulub. O, Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə  Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi...

10 Fevral 2026, 15:52

Türk şirkəti  "Preso"Qarabağda işləyən fəhləni işdən qovdu - Şəhidin dayısıdır 

Fəhlə hüquqlarının pozulduğunu,tikinti şirkəti tərəfindən qanunsuz hərəkətlərlə üzləşdiyini və rəhbərlik tərəfindən təhqir olunduğunu bildirir.CityPost.az  xəbər verir  ki,bu barədə oxu24.com-a müraciət edən fəhlə Şahin Abdullayev Qarabağda aparılan işlərdə iştirak edən Türkiyə şirkəti "Preso Texnoloji Elektronik Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi" nin Azərbaycan filialının (Red-bundan sonra "Presco) rəhbər işçiləri tərəfindən qanunsuz olaraq işlədildiyini və əmək haqqının düzgün hesablanmadığını bildirib."Biz  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı tunellərində elektromexanika işlərini görürdük.Mənə işə götürülən zaman 1200 AZN əməkhaqqı alacağımı dedilər. Rəsmiləşmə zamanı həmin maaşın 784 manatı karta,yerdə qalan məbləği isə nağd şəkildə verildi. Buna ilk vaxtlar etiraz edəndə,bizi işdən çıxaracaqları ilə hədələdilər. Məcbur qalıb,bu qaydada işləməyə davam etdik. Daha...

10 Fevral 2026, 15:31

Minlərlə insanın messencer hesabı niyə ələ keçirilir?  

Son həftələr minlərlə istifadəçi messencer hesablarının – xüsusilə WhatsApp və oxşar tətbiqlərin – kütləvi şəkildə ələ keçirilməsi ilə üzləşib. Aparılan mütəxəssis araşdırmaları göstərir ki, problem tək bir platforma ilə məhdudlaşmır və əsas səbəb sistemli təhlükəsizlik boşluğudur.Citypost.az-ın məlumatına görə, bir çox istifadəçi hesab edir ki, şifrəni heç kimlə paylaşmırsa, hesabı təhlükəsizdir. Lakin messencerlərdə bu yanaşma tam doğru deyil. Bu tətbiqlərdə hesabın açarı əsasən telefon nömrəsidir və yeni cihazda giriş zamanı SMS vasitəsilə göndərilən birdəfəlik kod kifayət edir. Məhz bu mərhələ ən riskli nöqtə hesab olunur.Ən çox rast gəlinən üsul fişinqdir. İstifadəçiyə müxtəlif bəhanələrlə zəng edilir və ya mesaj göndərilərək SMS-lə gələn...

10 Fevral 2026, 15:26

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib 

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə fevralın 15-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər....

10 Fevral 2026, 15:04