Bizə yazın

Baku

-°C

USD

-

Yeni təyin olunan nazir kimdir? - DOSYE 

Cəmiyyət 10 Fevral 2026, 15:52

168

Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

Citypost.az yeni nazirin dosyesini təqdim edir.

Rəşad İsmayılov 27  avqust 1979-cu ildə doğulub. O, Bakı Dövlət Universitetinin “hüquqşünaslıq” ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.

Əmək fəaliyyətinə 2000-ci ildə “Zəhmət” kiçik müəssisəsində hüquqşünas kimi başlayıb. 2005-2006-cı illərdə “Star LTD” MMC-də hüquqşünas, 2006-cı ildə Azərbaycan Respublikası Auditorlar Palatası Gəncə şəhər Auditor təşkilatında hüquqşünas-mütəxəssis, 2006-2009-cu illərdə  Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi, 2009-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin Hüquq şöbəsində böyük hüquq məsləhətçisi olub.

2010-2012-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Mənzil Kommunal  və təmir xidmətində hüquqşünas, 2012-2013-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin Hüquq ekspertiza sektorunun baş məsləhətçisi, 2013-2016-cı illərdə Hüquq və təşkilati təminat Hüquqi ekspertiza sektorunun müdiri, 2016-2018-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaat Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini, şöbə müdiri olub.

O, 2018-2019-cu illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının Hüquq və daxili nəzarət şöbəsinin müdiri, 2019-2024-cü illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Aparat rəhbəri vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 avqust  2024-cü il tarixindən bu günə qədər isə  ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib 

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır.Citypost.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edib."Hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gün ərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinə yetirilməsi planlaşdırılıb. Zərurət yarandığı halda tələbata uyğun olaraq uçuşların sayının daha da artırılması nəzərdə tutulur. Beləliklə, Naxçıvan istiqamətində hava nəqliyyatı əlaqəsinin müntəzəmliyi və fasiləsizliyi planlama zamanı əsas götürülür.Mülki aviasiya...

10 Fevral 2026, 16:46

Şeyxülislam Allahşükür Paşazadə Roma Papası ilə görüşüb 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb.QMİ-nin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.Qonaqları səmimi salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana təşrif buyurmasını sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi...

10 Fevral 2026, 16:35

ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb 

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub.APA xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb.

10 Fevral 2026, 16:15

Türk şirkəti  "Preso"Qarabağda işləyən fəhləni işdən qovdu - Şəhidin dayısıdır 

Fəhlə hüquqlarının pozulduğunu,tikinti şirkəti tərəfindən qanunsuz hərəkətlərlə üzləşdiyini və rəhbərlik tərəfindən təhqir olunduğunu bildirir.CityPost.az  xəbər verir  ki,bu barədə oxu24.com-a müraciət edən fəhlə Şahin Abdullayev Qarabağda aparılan işlərdə iştirak edən Türkiyə şirkəti "Preso Texnoloji Elektronik Yazılım Mühendislik Sanayi ve Ticaret Anonim Şirketi" nin Azərbaycan filialının (Red-bundan sonra "Presco) rəhbər işçiləri tərəfindən qanunsuz olaraq işlədildiyini və əmək haqqının düzgün hesablanmadığını bildirib."Biz  Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolundakı tunellərində elektromexanika işlərini görürdük.Mənə işə götürülən zaman 1200 AZN əməkhaqqı alacağımı dedilər. Rəsmiləşmə zamanı həmin maaşın 784 manatı karta,yerdə qalan məbləği isə nağd şəkildə verildi. Buna ilk vaxtlar etiraz edəndə,bizi işdən çıxaracaqları ilə hədələdilər. Məcbur qalıb,bu qaydada işləməyə davam etdik. Daha...

10 Fevral 2026, 15:31

İlham Əliyev Rəşad İsmayılovu NAZİR təyin etdi

Rəşad Sahil oğlu İsmayılov Azərbaycanın ekologiya və təbii sərvətlər naziri təyin edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb.

10 Fevral 2026, 15:28

Minlərlə insanın messencer hesabı niyə ələ keçirilir?  

Son həftələr minlərlə istifadəçi messencer hesablarının – xüsusilə WhatsApp və oxşar tətbiqlərin – kütləvi şəkildə ələ keçirilməsi ilə üzləşib. Aparılan mütəxəssis araşdırmaları göstərir ki, problem tək bir platforma ilə məhdudlaşmır və əsas səbəb sistemli təhlükəsizlik boşluğudur.Citypost.az-ın məlumatına görə, bir çox istifadəçi hesab edir ki, şifrəni heç kimlə paylaşmırsa, hesabı təhlükəsizdir. Lakin messencerlərdə bu yanaşma tam doğru deyil. Bu tətbiqlərdə hesabın açarı əsasən telefon nömrəsidir və yeni cihazda giriş zamanı SMS vasitəsilə göndərilən birdəfəlik kod kifayət edir. Məhz bu mərhələ ən riskli nöqtə hesab olunur.Ən çox rast gəlinən üsul fişinqdir. İstifadəçiyə müxtəlif bəhanələrlə zəng edilir və ya mesaj göndərilərək SMS-lə gələn...

10 Fevral 2026, 15:26