Fəzail Ağamalı niyə tələsik və urvatsız dəfn olundu?
Cəmiyyət 10 Fevral 2026, 22:09
211
Fəzail Ağamalı – kiminin xoşuna gələ bilər, kiminin yox; kimi üçün yaxşı, kimi üçün pis ola bilər – rəhmətlik Elçibəy demişkən, pul deyil ki, hamının xoşuna gəlsin.
Ancaq adam uzun bir siyasi həyat yaşayıb: 70-ci illərdə gizli tələbə hərəkatlarında da olub, 88-ci ildən başlayan proseslərə də qoşulub: bu ölkədə ilk partiya yaradanlardan olub, əmək nazirinin əvəzedicisi işləyib, 6 dəfə də deputat olub...
Fəzail Ağamalı bütün mənfi-müsbəti ilə bu ölkənin ictimai-siyasi həyatında olmuş adamdır və 2000-ci ildə Ramiz Mehdiyevə qarşı çıxmağı bacaran azsaylı şəxslərdən biri idi. Ən azı bu cəsarətinə görə onun arxasınca danışanlar iki dəfə düşünsələr yaxşıdır.
Ölümü də qəribə oldu: xərçəng yoxlamasına getmişdi, oteldə ürəktutmadan dünyasını dəyişdi.
Cəmi bir gün keçdi və adam artıq dəfn edildi.
Dəfndən əvvəl dəfninə çalışanlar da az deyil – bu da onların haqqıdır, kimsənin haqqını əlindən almaq, gördüyünü, düşündüyünü ifadə etməsinə sipər olmaq yaramaz. Ancaq fiziki dəfndən əvvəl sosial şəbəkədə “dəfnə” başlayanlar özlərinin əbədi saymasalar, özlərinin də dəfn olunacağını anlasalar, daha adil yanaşma olar.
Gələk, vida mərasiminə. Deputat elədiyi qızı Günay Ağamalı bu gün səhər elan etdi ki, atası ilə vida mərasimi 12:00-da başlayacaq, Heydər Məscidində.
11:25-də artıq vida mərasiminin başladığı barədə mediada məlumat yayıldı.
Bu tələskənliyin səbəbi nədir?
Mənə maraqlı gələn başqa məqamdır: Fəzail Ağamalı nazirəvəzi işləyib, 30 ilə yaxın deputatlıq edib, partiya sədri olub, onun vida mərasiminə və dəfninə də həmkarları gəlməli idi.
Milli Məclisin bugünkü iclası saat 11:00-da başlayacaqdı və deputat Günay Ağamalı bunu əvvəlcədən bilirdi. Vida mərasimini 12:00-a salıb, 11:25-də başlamaq o deməkdir ki, millət vəkillərinin orda iştirakı mümkünsüzə çevrilir.
Bəlkə, məqsədli şəkildə edilib, təmtəraqdan qaçmaq üçün? Belədirsə, nahaq!
Hər şeyi urvatlı etmək gərək...
MM iclası ilə eyni vaxta salmazdılar gərək...
Şeyx Teymur
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Artımlarla birgə fevralın pensiyaları bu tarixdə veriləcək - Dəqiq gün məlum oldu
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılıb. Artımlar yanvar ayının 1-dən tətbiq olunur və ötən ayın artımları fevral ayının ödənişi ilə birlikdə veriləcək.CityPost.az milli.az-a istinadla xəbər verir ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yanvar ayı üzrə pensiyaların veriləcəyi tarix məlum olub.Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının 13-də ödəniləcək.Daha sonra isə qrafikə uyğun olaraq respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon...
10 Fevral 2026, 20:46
Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib.Bu barədə CityPost.az xəbər verir.Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens imzalayıb.
10 Fevral 2026, 20:04
“Azərbaycanın hərb tarixi” proqramı çap olunub
“Azərbaycanın hərb tarixi” proqramı işıq üzü görüb. Ölkəmizin ali, humanitar və xüsusi təyinatlı ali təhsil müəssisələri üçün nəzərdə tutulan proqram Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Proqramın tərtibatçıları həmin institutun professoru, tarix elmləri doktoru Nurulla Əliyev və tarix üzrə fəlsəfə doktoru Nərminə Əmirbəyova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov, redaktor isə siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ramazanovdur.Bu barədə Citypost.az-a Milli Müdafiə Universitetindən məlumat verilib.Bildirilib ki, proqramın məqsədi Milli Müdafiə Universitetində “Azərbaycanın hərb tarixi” fənninin tədrisi zamanı qədim, orta və yeni dövrlərdə Azərbaycanda hərb işinin inkişaf mərhələlərini, Silahlı Qüvvələrimizin yaradılması və formalaşması prosesini, respublikamızın müstəqilliyinin elan...
10 Fevral 2026, 17:45
Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR
Bakı və Abşeron rayonunda satılan mənzillərdə çoxmərtəbəli bina evlərinin satışında intensivlik davam edir. Kredit şərtləri ilə satış baha olsa da, düzgün sənədləşmə, kommunal təminat və digər zəruri hallar ödənilməsi bu mənzilləri bazarda önə çəkir. Bəzi fərdi yaşayış evlərində isə çıxarışın olmaması qiymətə əhəmiyyətli təsir edir. Əmlak eksperti Elnur Fərzəliyev Modern.az-a açıqlamasında bildirib ki, hər hansı əmlakın bazar dəyəri qiymətləndirilərkən ilk növbədə əmlakın yerləşdiyi torpağın bazar dəyəri nəzərə alınır. Bu ərazidən asılı olaraq fərqli məbləğ ola bilər.Bakıətrafı ərazilərdə hazırda ən baha torpaq sahəsi Xırdalandadır. Xırdalanda çıxarışlı torpaq sahələrinin qiyməti 20 min manatdan 50 min manatadək dəyişir.Ekspert qeyd edib ki, mənzil tikintisi üçün...
10 Fevral 2026, 17:33
"Azərbaycanfilm" kinostudiyasında 15 nəfər işdən çıxarıldı
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 15 nəfər işdən çıxarılıb.Citypost.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.Məlumatda vurğulanıb ki, "Azərbaycanfilm" kinostudiyasında aparılan dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş struktur yenilənməsi çərçivəsində icra olunur:"Bu prosesdə real istehsal yükünə uyğun olmayan ştat vahidləri optimallaşdırılıb və struktur göstəriciləri 65 nəfərdən 50 nəfərə uyğunlaşdırılıb. Texniki heyət üzrə pirotexnik Əlibaba Məmmədov vəzifəsindən öz ərizəsi əsasında ayrılıb və bu hal struktur dəyişiklikləri ilə bağlı kütləvi ixtisar kimi qiymətləndirilə bilməz".Açıqlamada qeyd olunub ki, hazırda kinostudiyada idarəetmə, təhlükəsizlik və istehsalat mexanizmləri yenilənib:"Dövlət sifarişli kino istehsalının mərhələli şəkildə daha açıq...
10 Fevral 2026, 17:25
Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.APA xəbər verir ki, bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Mehdiyev Ramiz Ənvər oğlu barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib. Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub....
10 Fevral 2026, 17:15