Bizə yazın

Baku

-°C

USD

-

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib 

Cəmiyyət 10 Fevral 2026, 16:46

210

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat ənənəvi olaraq artır.

Citypost.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir.

Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı qeyd olunan dövrdə bu istiqamətdə səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edib.

"Hazırda qüvvədə olan uçuş cədvəlinə əsasən, bayramlar ərəfəsində və istirahət günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə gün ərzində 8–10 müntəzəm reysin (gediş-gəliş 16–20 reys) yerinə yetirilməsi planlaşdırılıb. Zərurət yarandığı halda tələbata uyğun olaraq uçuşların sayının daha da artırılması nəzərdə tutulur. Beləliklə, Naxçıvan istiqamətində hava nəqliyyatı əlaqəsinin müntəzəmliyi və fasiləsizliyi planlama zamanı əsas götürülür.

Mülki aviasiya fəaliyyəti təsdiq edilmiş uçuş əməliyyat planı çərçivəsində həyata keçirilir. Sözügedən plan uçuş cədvəlinin formalaşdırılmasını, hava gəmilərinin uçuşlara hazırlanmasını, məcburi texniki və əməliyyat yoxlamalarının aparılmasını, eləcə də təhlükəsizlik və xidmət keyfiyyətinə yönəlmiş digər tədbirləri əhatə edir. Bununla əlaqədar olaraq hava daşımalarının səmərəli təşkili məqsədilə sərnişinlərə səyahətlərini öncədən planlaşdırmaq məsləhət görülür", - deyə AZAL bəyan edib.

Aviabiletləri aviaşirkətin azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Azərbaycanın hərb tarixi” proqramı çap olunub 

“Azərbaycanın hərb tarixi” proqramı işıq üzü görüb. Ölkəmizin ali, humanitar və xüsusi təyinatlı ali təhsil müəssisələri üçün nəzərdə tutulan proqram Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunda hazırlanıb. Proqramın tərtibatçıları həmin institutun professoru, tarix elmləri doktoru Nurulla Əliyev və tarix üzrə fəlsəfə doktoru Nərminə Əmirbəyova, elmi redaktor tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov, redaktor isə siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ramazanovdur.Bu barədə Citypost.az-a Milli Müdafiə Universitetindən məlumat verilib.Bildirilib ki, proqramın məqsədi Milli Müdafiə Universitetində “Azərbaycanın hərb tarixi” fənninin tədrisi zamanı qədim, orta və yeni dövrlərdə Azərbaycanda hərb işinin inkişaf mərhələlərini, Silahlı Qüvvələrimizin yaradılması və formalaşması prosesini, respublikamızın müstəqilliyinin elan...

10 Fevral 2026, 17:45

Bakıda bahalı ərazilər - kvadratı 7 min manat olan MƏNZİLLƏR 

Bakı və Abşeron rayonunda satılan mənzillərdə çoxmərtəbəli bina evlərinin satışında intensivlik davam edir. Kredit şərtləri ilə satış baha olsa da, düzgün sənədləşmə, kommunal təminat və digər zəruri hallar ödənilməsi bu mənzilləri bazarda önə çəkir. Bəzi fərdi yaşayış evlərində isə çıxarışın olmaması qiymətə əhəmiyyətli təsir edir. Əmlak eksperti Elnur Fərzəliyev Modern.az-a açıqlamasında bildirib ki, hər hansı əmlakın bazar dəyəri qiymətləndirilərkən ilk növbədə əmlakın yerləşdiyi torpağın bazar dəyəri nəzərə alınır. Bu ərazidən asılı olaraq fərqli məbləğ ola bilər.Bakıətrafı ərazilərdə hazırda ən baha torpaq sahəsi Xırdalandadır. Xırdalanda çıxarışlı torpaq sahələrinin qiyməti 20 min manatdan 50 min manatadək dəyişir.Ekspert qeyd edib ki, mənzil tikintisi üçün...

10 Fevral 2026, 17:33

"Azərbaycanfilm" kinostudiyasında 15 nəfər işdən çıxarıldı  

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 15 nəfər işdən çıxarılıb.Citypost.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.Məlumatda vurğulanıb ki, "Azərbaycanfilm" kinostudiyasında aparılan dəyişikliklər idarəetmənin təkmilləşdirilməsi və fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş struktur yenilənməsi çərçivəsində icra olunur:"Bu prosesdə real istehsal yükünə uyğun olmayan ştat vahidləri optimallaşdırılıb və struktur göstəriciləri 65 nəfərdən 50 nəfərə uyğunlaşdırılıb. Texniki heyət üzrə pirotexnik Əlibaba Məmmədov vəzifəsindən öz ərizəsi əsasında ayrılıb və bu hal struktur dəyişiklikləri ilə bağlı kütləvi ixtisar kimi qiymətləndirilə bilməz".Açıqlamada qeyd olunub ki, hazırda kinostudiyada idarəetmə, təhlükəsizlik və istehsalat mexanizmləri yenilənib:"Dövlət sifarişli kino istehsalının mərhələli şəkildə daha açıq...

10 Fevral 2026, 17:25

Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ

Prezident Administrasiyasının dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığında saxlanılması müddəti uzadılıb.APA xəbər verir ki, bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Mehdiyev Ramiz Ənvər oğlu barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.Hakim cinayət işi üzrə hərtərəfli istintaq hərəkətlərinin aparılmasının vacibliyini nəzərə alaraq Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən verilmiş vəsatəti təmin edib. Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırmaqda ittiham olunur. Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub....

10 Fevral 2026, 17:15

Şeyxülislam Allahşükür Paşazadə Roma Papası ilə görüşüb 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə fevralın 9-da Vatikanda Müqəddəs Taxt-Tacın və Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Roma Papası XIV Leo ilə görüşüb.QMİ-nin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, pontifikin şəxsi dəvəti ilə baş tutan audiensiyada Şeyxülislam A. Paşazadə və Azərbaycandakı dini konfessiya rəhbərləri – Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili, Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri Zamir İsayev iştirak ediblər.Qonaqları səmimi salamlayan Papa XIV Leo Azərbaycandakı dini konfessiyaların birlikdə Vatikana təşrif buyurmasını sülh, insan qardaşlığı mühitində birgəyaşayışın mümkünlüyünün ən gözəl nümunəsi...

10 Fevral 2026, 16:35

ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb 

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurub.APA xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərə yola düşüb.

10 Fevral 2026, 16:15