Bizə yazın

Baku

-°C

USD

-

Bu ərazilərdə İŞIQ kəsiləcək

Cəmiyyət 13 Fevral 2026, 11:32

246

Bu gün Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq 580 N-1 və N-2 elektrik xətlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçiriləcək.

Citypost.az xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:30-dək Pirşağı bağları yaşayış massivi və Ləhic bağları adlanan ərazidə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bütün pensiyalar artımlarla ödənilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə fevral ayının pensiyaları ödənilib.ƏƏSMN-dən Citypost.az-a verilən xəbərə görə, habelə Naxçıvan ƏƏSMN-in tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.Məlumata görə, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb.Bildirilib ki, fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.Qeyd edilib ki, digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə...

13 Fevral 2026, 13:08

Bəzi yerlərdə GÜCLÜ külək güclənəcək

Fevralın 14-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....

13 Fevral 2026, 13:07

Uşaqlıqda evdə kif asma riskini artıra bilər  

Tədqiqatçılar bildirirlər ki, erkən uşaqlıq dövründə evdə kifə məruz qalmaq uşaqların tənəffüs sağlamlığına uzunmüddətli təsir göstərə bilər.Citypost.az-ın məlumatına görə, belə uşaqlarda 15 yaşına çatanda ağciyər funksiyası təxminən 6% azalır, 8 yaşına qədər isə rəsmi astma diaqnozu alma ehtimalı 1,85 dəfə yüksək olur.Kif rütubətli və zəif ventilyasiyalı mühitdə, su sızmaları və ya daşqından sonra inkişaf edir. Sporlar şəklində havaya qarışaraq nəfəs yolu ilə daxil olur və xüsusilə erkən yaşlarda tənəffüs sisteminə mənfi təsir göstərir.Ekspertlər qeyd edirlər ki, uşaqlıq dövrü tənəffüs sisteminin inkişafı üçün kritik mərhələdir. Buna görə evdə kifin qarşısının alınması və müvafiq mühitin yaradılması uşaqların sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.Yeganə...

13 Fevral 2026, 12:07

BSU-da növbəti qəbul günü keçirilib  

Fevralın 12-də Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyevin növbəti qəbul günü keçirilib.Citypost.az xəbər verir ki, bu barədə BSU məlumat yayıbGörüş zamanı səsləndirilən müraciətlər dinlənilib, məsələlərin operativ şəkildə araşdırılması və həlli üçün müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.Eyni zamanda görüşdə Vətən uğrunda şəhid olan Məhəmməd Qarayevin bacısı, BSU-nun əlavə təhsil proqramı üzrə Psixologiya ixtisasında təhsil alan Şəhla Qarayeva şəhid qardaşına həsr etdiyi kitabı universitetin rektoru Anar Nağıyevə təqdim edib.Yeganə...

13 Fevral 2026, 12:03

Orta sinif Azərbaycanda formalaşırmı?

Azərbaycanda orta sinfin formalaşıb-formalaşmaması məsələsi son illərdə daha çox müzakirə olunur. Çünki orta sinif təkcə iqtisadi göstərici deyil, həm də sosial sabitliyin, istehlak bazarının və siyasi balansın əsas dayaqlarından biri hesab edilir. Əgər bir ölkədə geniş və dayanıqlı orta təbəqə mövcuddursa, bu, adətən həm iqtisadi inkişafın, həm də cəmiyyət daxilində nisbətən bərabər gəlir bölgüsünün göstəricisi sayılır.Rəsmi statistikada orta aylıq əməkhaqqının artdığı göstərilsə də, məsələ təkcə nominal rəqəmlərlə ölçülmür. Əsas sual real alıcılıq qabiliyyətidir. Kommunal xərclər, ərzaq qiymətləri, kirayə və mənzil bazarındakı bahalaşma fonunda gəlirlərin insanlara uzunmüddətli yığım və ya investisiya imkanı yaradıb-yaratmadığı daha vacib meyardır. Orta sinif adətən yalnız gündəlik...

13 Fevral 2026, 11:55

13 kiloqramdan artıq narkotik vasitə aşkarlandı 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 12-də ümumi çəkisi 13,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Belə ki, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 30 tüfəng, 2 patron darağı və 192 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir....

13 Fevral 2026, 11:51