Doymuş yağlar şəkərdən daha təhlükəlidir? Mütəxəssis RƏYİ
Maraqlı 13 Fevral 2026, 10:25
3773
Doymuş yağların orqanizm üçün şəkər və ağ çörəkdən daha zərərli ola biləcəyi ilə bağlı maraqlı nəticələr açıqlanıb. Aparılan elmi araşdırma uzun illərdir geniş yayılmış “əsas təhlükə məhz rafinə olunmuş karbohidratlardır” fikrinə müəyyən mənada yenidən baxılmasına səbəb olub.
Citypost.az-ın məlumatınag görə, tədqiqatçılar müxtəlif qidalanma modellərinin maddələr mübadiləsinə və qaraciyər funksiyasına təsirini müqayisə ediblər. Eksperiment çərçivəsində laboratoriya siçanları dörd fərqli pəhrizlə qidalandırılıb: yüksək karbohidratlı, yüksək yağlı, ketogen (çox yüksək yağlı və demək olar ki, karbohidratsız) və tam taxıllar, lif və orta miqdarda yağ ehtiva edən nəzarət pəhrizi. Bütün qruplarda zülalın kalori payı təxminən eyni saxlanılıb. Əsas fərq yağ və karbohidrat nisbətində olub.
Nəticələr göstərib ki, yüksək yağlı və xüsusilə ketogen pəhrizlə qidalanan siçanlarda çəki artımı və metabolik pozğunluqlar daha qabarıq şəkildə müşahidə olunub. Bu qruplarda qlükozanın emalında çətinlik, iltihabi proseslərin artması və qaraciyərdə yağ toplanması qeydə alınıb. Bu göstəricilər tibbdə metabolik xəstəliklər riskinin yüksəlməsi ilə əlaqələndirilir.Yüksək karbohidratlı, lakin lif və tam qidalardan ibarət rasion qəbul edən qrupda isə mənfi təsirlər daha az olub. Ən ağır nəticələr ketogen pəhriz tətbiq olunan qrupda qeydə alınıb. Karbohidratların demək olar ki, tamamilə rasiondan çıxarılması və doymuş yağların yüksək miqdarda qəbulu maddələr mübadiləsində və qaraciyər funksiyasında daha ciddi pozğunluqlara səbəb olub.
Həmçinin oxuyun
Mütəxəssislər bildirirlər ki, heyvan modelləri üzərində əldə olunan nəticələri birbaşa insanlara tətbiq etmək doğru olmaz. Çünki növlər arasında metabolik proseslər fərqlənir. Bununla belə, araşdırma göstərir ki, təkcə karbohidratların miqdarı deyil, rasionda yağların, xüsusilə doymuş yağların səviyyəsi, eləcə də lif və keyfiyyətli karbohidratların balansı sağlamlıq üçün həlledici rol oynayır.
Ekspertlərin fikrincə, sağlam qidalanma modeli tək bir komponentin kəskin məhdudlaşdırılması deyil, qida qrupları arasında düzgün balansın qurulması üzərində formalaşmalıdır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yupiter Yer kürəsini asteroidlərdən necə qoruyur?
Kosmik fəza ilk baxışdan sakit və sabit görünsə də, əslində orada saysız-hesabsız qaya parçası, asteroid və kometa hərəkət edir. Bəs belə olduqda Yer kürəsinə niyə tez-tez iri göy cisimləri düşmür? Məlumata görə, bunun əsas səbəblərindən biri Günəş sisteminin ən böyük planeti olan Yupiterlə bağlıdır. Alimlərin izahına görə, bu nəhəng planet Yer üçün bir növ təbii qalxan rolunu oynayır.Citypost.az xəbər verir ki, əvvəlcə onu qeyd etmək lazımdır ki, Yer kürəsinə göy cisimlərinin düşməsi nadir hadisə deyil. Məlumata görə, hər il planetimizə minlərlə kiçik göktaşı düşür. Bunların əksəriyyəti ölçüsünə görə kiçik olduğundan atmosferdə yanır, yaxud yerə çatsa da ciddi ziyan vurmur. Lakin...
22 Oktyabr 2026, 10:30
Kirpilər niyə bağçalar üçün faydalıdır?
Kirpilər təbiətin ən maraqlı və eyni zamanda ən çox sevilən canlılarından biridir. Kiçik bədənləri, tikanlarla örtülü kürkləri və gecə həyatı ilə seçilən bu heyvanlar çoxlarına yalnız şirin görünüşü ilə tanışdır. Lakin məlumata görə, kirpilərin bədən quruluşu, hissiyyatı və qidalanma xüsusiyyətləri onları təbiətdə və insanların həyət-bağçalarında əhəmiyyətli rol oynayan canlılara çevirir.Citypost.az-ın məlumatına görə, Kirpilərin bədənini örtən tikanlar onların ən diqqətçəkən xüsusiyyətidir. Orta hesabla kirpinin bədənində təxminən 7 min tikan olur. Bu tikanlar əslində keratindən ibarət bərkimiş tüklərdir. Keratin insan dırnaqları və saçlarının tərkibində də olan möhkəm zülaldır. Başqa sözlə, kirpinin tikanları qəribə görünsə də, təbiətcə adi tüklərə yaxın quruluşa malikdir, sadəcə...
22 Oktyabr 2026, 09:30
Atlara nal vurulması niyə ağrısızdır?
Atlara nal vurulması əsrlər boyu davam edən ənənələrdən biridir. Bu prosesi ilk dəfə görən insanların çoxu eyni sualı verir: toynağa çivi çalınarkən at ağrı hiss etmirmi? Kənardan baxanda toynağa metal nalın çivilərlə bərkidilməsi ağrılı və əzablı görünə bilər. Lakin məlumata görə, nal düzgün taxıldıqda atlar üçün heç bir acı yaratmır və bunun bir neçə əsaslı izahı var. Bu izahlar həm toynağın quruluşu, həm də prosesin düzgün aparılması ilə bağlıdır.Citypost.az xəbər verir ki, birinci səbəb toynağın tərkibi ilə əlaqədardır. Atların toynaqları insan dırnaqları ilə eyni maddə olan keratindən hazırlanıb. Başqa sözlə, toynaq təbiətcə bizim əl və ayaq dırnaqlarımıza oxşar quruluşa malikdir....
22 Oktyabr 2026, 08:30
Karandaşların arxasındakı pozanlar niyə yaxşı silmir?
Karandaşların arxasına yerləşdirilən kiçik pozanların adi pozanlarla müqayisədə daha zəif silməsi bir çox insanın diqqətini çəkən məqamlardan biridir. Xüsusilə yazı zamanı səhvləri düzəltmək üçün istifadə edilən bu pozanlar bəzən qələmin izlərini tam təmizləyə bilmir, kağız üzərində ləkələr saxlayır və hətta vərəqin səthinə zərər verə bilir. Maraqlıdır ki, bu problemin səbəbi nə kağızın keyfiyyəti, nə də istifadəçinin pozanı düzgün işlətməməsi ola bilər. Əsas səbəb pozanın hazırlandığı material və istehsal xüsusiyyətləri ilə bağlıdır.Citypost.az xəbər verir ki,karandaşların arxasına bərkidilən pozanlar zahirən adi pozanlara bənzəsə də, onların hazırlanmasında istifadə edilən materiallar fərqlənə bilər. Bu cür pozanlar karandaşın üzərində yerləşdirilməli, gündəlik istifadə zamanı formasını qorumalı...
21 Oktyabr 2026, 11:40
Yuxular beynin fəaliyyətində hansı rol oynayır?
Yuxular yalnız gecə gördüyümüz xəyali hadisələr deyil, həm də beynin yaddaş, emosiyalar və təhlükələrə qarşı hazırlıq mexanizmləri ilə əlaqəli mürəkkəb prosesdir. Yuxu zamanı beyin gün ərzində toplanan məlumatları emal edir, emosional təcrübələri təhlil edir və yaddaşın formalaşmasında iştirak edir.Citypost.az-ın məlumatına görə, yuxuların ən intensiv olduğu REM yuxu mərhələsində beyin fəaliyyəti oyaqlıq zamanı müşahidə olunan səviyyəyə yaxın ola bilər. Bu mərhələdə emosiyaların emalında iştirak edən amiqdala və yaddaşla əlaqəli beyin strukturları fəal işləyir. Eyni zamanda, məntiqi düşünmə və qərarvermə ilə əlaqəli prefrontal korteksin fəaliyyəti müəyyən dərəcədə dəyişir. Bu səbəbdən yuxuda baş verən qeyri-adi və məntiqsiz hadisələr belə insana tamamilə normal görünə...
21 Oktyabr 2026, 10:40
Pişiklər havada necə çevrilərək ayaqları üstə düşür? Bunun sirri onurğalarındadır
Pişiklərin hündürlükdən yıxılarkən havada çevrilərək ayaqları üstə düşməsi uzun illərdir həm alimlərin, həm də heyvansevərlərin diqqətini çəkən maraqlı hadisələrdən biridir. İlk baxışdan bu hərəkət fizika qanunlarına zidd görünə bilər. Çünki havada pişiyin özünü itələyəcəyi hər hansı bir səth yoxdur. Buna baxmayaraq, pişiklər bədənlərinin vəziyyətini dəyişərək düşmə zamanı ayaqlarını aşağı istiqamətə çevirə bilirlər. Bu qabiliyyətin əsas sirri onların çevik onurğası, bədən quruluşu və hərəkətləri bir-biri ilə əlaqələndirmək bacarığıdır.Citypost.az xəbər verir ki, 1894-cü ildə fransız fizioloq və fotoqraf Etyen-Jül Marey pişiyin havada çevrilmə hərəkətini ardıcıl fotoşəkillərlə qeydə almışdı. Bu görüntülər heyvanın özünü itələmək üçün dayaq nöqtəsi olmadan necə çevrildiyini araşdırmağa imkan verdi....
20 Oktyabr 2026, 10:30