Sabah Ruben Vardanyana hökm oxunacaq
Cəmiyyət 16 Fevral 2026, 12:13
176
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə açıq məhkəmə iclası fevralın 17-də davam etdiriləcək.
Citypost.az xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Həmçinin oxuyun
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi fevralın 5-də başa çatıb.
Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çoxdur davam edən məhkəmə prosesində təqsirləndirilən şəxslərin barəsində bu il fevralın 5-də yekun məhkəmə qərarı (hökm) elan edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev və Vuçiç səhər yeməyində iştirak ediblər
Prezident İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qeyri-rəsmi səhər yeməyində iştirak ediblər.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "İnstaqram" hesabında paylaşım edilib.
16 Fevral 2026, 13:11
Jurnalist Vüqar Məmmədovla bağlı qərar verilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, şikayət təmin edilməyib.Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il 9 fevralda həbs müddəti daha 3 ay uzadılıb. (APA)...
16 Fevral 2026, 13:09
Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur
Musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyənlərin attestasiya imtahanı ləğv olunurModern.az-ın məlumatına görə, məsələ Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanununa dəyişiklik edilməsi barədə qanununun layihəsində əksini tapıb. İclasda bildirilib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində...
16 Fevral 2026, 13:07
Qulu Məhərrəmlidən Ramiz Mehdiyevlə bağlı PAYLAŞIM
Layiq olmadığı akademik adından məhrum etmək Ramiz Mehdiyevin başını sığallamaq kimi bir şeydir.CityPost.az xəbər verir ki,bu sözləri professor Qulu Məhərrəmli bildirib."Əsas məsələ bu adamın və onun əlaltılarının Azərbaycan xalqına, dövlətə qarşı törətdiyi cinayətlərin üstünü ardıcıl şəkildə açıb göstərmək, sistemli ifşa etməkdir",-deyə professor bildirib.Professor Qulu Məhərrəmlinin bu paylaşımına çoxsayda bəyənmə və şərh gəlib.
16 Fevral 2026, 12:59
Haçadağın zirvəsinə yürüş təşkil olunub
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Haçadağın zirvəsinə növbəti ekstremal yürüş təşkil olunub.Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yürüşə Türkiyədən, Naxçıvandan və ölkəmizin digər yerlərindən olmaqla, ümumilikdə, 60 nəfər qatılıb. İştirakçılar arasında peşəkar alpinistlər, təşkilatçı qurumların təmsilçiləri və könüllü gənclər olub.Yürüşdən öncə Xocalı soyqırımının qurbanları və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, İğdır Gənclik və İdman İl müdiri Recai Şahin və Türkiyə Dağçılıq Federasiyasının İğdır təmsilçisi Murad Akay tədbirin əhəmiyyəti barədə fikirlər səsləndirib, iştirakçılara uğurlar arzulayıblar. Qeyd...
16 Fevral 2026, 12:58
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvan Muxtar Respublikasında (MR) əhalinin sayı artıb."Report"un yerli bürosunun məlumatına görə, 1 yanvar 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 1486 nəfər və ya 0,3 faiz artaraq 472 min 429 nəfər olub.
16 Fevral 2026, 12:57