Bizə yazın

Baku

-°C

USD

-

Ombudsman: Elektroskuterlərdə təhlükəsizlik təmin olunmalıdır

Cəmiyyət 16 Fevral 2026, 12:45

250

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələri ilə bağlı dövlət qurumlarına müraciət ünvanlayıb. 

Citypost.az-ın məlumatına görə, müraciətdə bu nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların həyat və sağlamlığına təsir edə biləcək risklər və bununla əlaqədar münasibətlərin tənzimlənməsi ilə bağlı yaranmış vəziyyətə bərabərlik hüququnun təmini baxımından münasibət bildirilib.

Ombudsman qeyd edib ki, son illərdə elektroskuterlər şəhərdaxili hərəkətdə alternativ nəqliyyat vasitəsi kimi geniş yayılsa da, bu proses yol hərəkəti təhlükəsizliyi ilə bağlı yeni və ciddi risklər formalaşdırıb. Xüsusilə azyaşlıların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin artması narahatlıq doğurur və mövcud hüquqi mexanizmlərin yetərli olmadığını göstərir.

Səbinə Əliyeva vurğulayıb ki, qanunvericilikdə elektroskuterlərin idarə olunması üçün minimum yaş həddi müəyyən edilsə də, bu tələbin real icrası təmin edilmir. Nəticədə yaşı 14-dən az olan uşaqların nəzarətsiz şəkildə ictimai yollarda hərəkəti həm onların həyatı, həm də digər yol hərəkəti iştirakçıları üçün birbaşa təhlükə yaradır.

Ombudsmanın açıqlamasında təhlükəsizlik dəbilqəsindən istifadənin məcburi norma kimi təsbit edilməməsi xüsusilə diqqətə çatdırılıb. Bildirilib ki, texniki imkanlarına görə yüksək sürətə malik elektroskuterlərlə baş verən qəzalar zamanı kəllə-beyin travmaları və ölüm riski əhəmiyyətli dərəcədə artır. Bu baxımdan elektroskuterlərin təhlükəsizlik baxımından velosipedlə eyniləşdirilməsi əsaslandırılmış hesab edilə bilməz.

Açıqlamada qeyd olunub ki, kiçik elektrik nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və identifikasiya mexanizmlərinin olmaması inzibati məsuliyyətin tətbiqini xeyli çətinləşdirir, mövcud istisnalar isə yol hərəkəti iştirakçıları arasında bərabər məsuliyyət prinsipini zəiflədir və cəzasızlıq mühiti yaradır.

Səbinə Əliyeva beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, bir çox ölkələrdə elektroskuterlərin tənzimlənməsində əsas yanaşma onların qadağan edilməsi deyil, təhlükəsiz istifadənin təmin edilməsidir. Yaş məhdudiyyəti, təhlükəsizlik dəbilqəsindən məcburi istifadə, valideyn məsuliyyətinin gücləndirilməsi və effektiv nəzarət mexanizmləri bu sahədə əsas prioritetlər kimi çıxış edir.

Ombudsman 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsini və Bakının Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyini xatırladaraq, qeyd olunan münasibətlərin tənzimlənməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Bu kontekstdə elektroskuterlərin nəzarətsiz istifadəsinin insanların sağlamlıq hüququna birbaşa təhdid yaratdığı diqqətə çatdırılıb.

Sonda Ombudsman elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələri üzrə hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinin vacibliyini vurğulayaraq, təhlükəsizlik dəbilqəsindən istifadənin məcburi norma kimi müəyyən edilməsi, azyaşlıların qorunmasına yönəlmiş valideyn məsuliyyətinin gücləndirilməsi, dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması, həmçinin inzibati məsuliyyətin bərabərlik prinsipi əsasında tətbiq edilməsinin zəruri olduğunu bildirib.

Qeyd olunub ki, bu tədbirlər mikromobilliyin təhlükəsiz və dayanıqlı inkişafına, yol hərəkəti iştirakçılarının hüquq və təhlükəsizliyinin qorunmasına, eləcə də müasir şəhər mühitində risklərin minimuma endirilməsinə xidmət edəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Məcnun Məmmədov Ucarda vətəndaşları qəbul edəcək 

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ucarda vətəndaş qəbulu keçirəcək.Citypost.az nazirliyə istinadən xəbər verir ki, M. Məmmədov fevralın 20-də saat 09:00-da Ucar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ucar, Ağdaş, Göyçay, Kürdəmir, Yevlax, Mingəçevir və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.Qəbul zamanı bu rayonlardan olan vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.Vətəndaş qəbulunda iştirak etmək istəyən bu rayonların sakinləri Ucar DAİM-ə (050-274-24-40) müraciət edə bilərlər.Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar. Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq...

16 Fevral 2026, 13:42

İlham Əliyev və Vuçiç səhər yeməyində iştirak ediblər

Prezident İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qeyri-rəsmi səhər yeməyində iştirak ediblər.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "İnstaqram" hesabında paylaşım edilib.

16 Fevral 2026, 13:11

Jurnalist Vüqar Məmmədovla bağlı qərar verilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.Citypost.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, şikayət təmin edilməyib.Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin "Hürriyyət" qəzeti və "Hürriyyət TV"də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il 9 fevralda həbs müddəti daha 3 ay uzadılıb. (APA)...

16 Fevral 2026, 13:09

Bu müəllimlər üçün attestasiya imtahanı ləğv olunur 

Musiqi, incəsənət, rəssamlıq məktəblərində işləyənlərin attestasiya imtahanı ləğv olunurModern.az-ın məlumatına görə, məsələ Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsində və "Təhsil haqqında" Qanununa dəyişiklik edilməsi barədə qanununun layihəsində əksini tapıb. İclasda bildirilib ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır, sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur, eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində...

16 Fevral 2026, 13:07

Qulu Məhərrəmlidən Ramiz Mehdiyevlə bağlı PAYLAŞIM

Layiq olmadığı akademik adından məhrum etmək Ramiz Mehdiyevin başını sığallamaq kimi bir şeydir.CityPost.az  xəbər verir ki,bu sözləri  professor Qulu Məhərrəmli bildirib."Əsas məsələ bu adamın və onun əlaltılarının Azərbaycan xalqına, dövlətə qarşı törətdiyi cinayətlərin üstünü ardıcıl şəkildə  açıb göstərmək, sistemli ifşa etməkdir",-deyə professor bildirib.Professor Qulu Məhərrəmlinin bu paylaşımına çoxsayda bəyənmə və şərh gəlib.

16 Fevral 2026, 12:59

Haçadağın zirvəsinə yürüş təşkil olunub 

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Haçadağın zirvəsinə növbəti ekstremal yürüş təşkil olunub.Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yürüşə Türkiyədən, Naxçıvandan və ölkəmizin digər yerlərindən olmaqla, ümumilikdə, 60 nəfər qatılıb. İştirakçılar arasında peşəkar alpinistlər, təşkilatçı qurumların təmsilçiləri və könüllü gənclər olub.Yürüşdən öncə Xocalı soyqırımının qurbanları və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, İğdır Gənclik və İdman İl müdiri Recai Şahin və Türkiyə Dağçılıq Federasiyasının İğdır təmsilçisi Murad Akay tədbirin əhəmiyyəti barədə fikirlər səsləndirib, iştirakçılara uğurlar arzulayıblar. Qeyd...

16 Fevral 2026, 12:58