Bəzi ərazilərdə işıq olmayacaq
Cəmiyyət 18 Fevral 2026, 10:09
207
Masallının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Citypost.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Həmçinin oxuyun
"Fevralın 18-də Masallı Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10 kV-luq "Masallı" yarımstansiyasından çıxan 10 kV-luq 1 və 3 saylı hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq, saat 12:00-dan 14:00-dək şəhərin Heydər Əliyev prospekti, Məhəmməd Füzuli, Elşad Hüseynov küçələri, həmçinin rayonun Ərkivan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
17 itkin-şəhidimiz dəfn olunacaq - SİYAHI
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 şəhid dəfn olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.İtkin-şəhidlərin 16-sı hərbçi, biri isə mülki şəxsdir.İtkin-şəhidlərin bir qismi fevralın 19-da, digər qismi isə fevralın 20-də dəfn olunacaq.
18 Fevral 2026, 11:09
Bakıda bu yollarda sıxlıq var
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.Citypost.az-a xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;5. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;9. Mikayıl Müşfiq...
18 Fevral 2026, 10:15
“e-FHN” mobil tətbiqi istifadəyə verilib
Rəqəmsal xidmətlərin inkişafı, o cümlədən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Elektron xidmətlər sisteminin mobil tətbiqi istifadəyə verilib.Bu barədə Citypost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.Bildoiirlib ki, “e-FHN” mobil tətbiqi müvafiq xidmətlər üçün müraciət və cərimələrin qeydiyyatının avtomatlaşdırılmasını təmin edir. Bu sistem vasitəsilə vətəndaşlar tətbiqə daxil olaraq qeydiyyatdan keçib Nazirliyin təqdim etdiyi xidmətlərdən rahat şəkildə yararlana bilərlər.Tətbiq müraciətlərin elektron formada göndərilməsi, icra statusunun izlənilməsi, bildirişlərin əldə olunması, müvafiq ödənişlərin edilməsi və digər funksiyaları özündə birləşdirir.Qeyd edək ki, mobil tətbiqin istifadəyə verilməsi Nazirliyin səlahiyyətləri çərçivəsində elektron hökumət təşəbbüslərinin dəstəklənməsi, dövlət xidmətlərinə çıxışın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan...
18 Fevral 2026, 10:14
32 kənddə qazı kəsiləcək
Bu gün saat 11:00-dan etibarən Şəki şəhəri və 32 kəndi əhatə edəcək, ümumilikdə 32 525 əhali və 546 qeyri-əhali abonentinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.Citypost.az Zaqatala Regional Qaz İstismar İdarəsinə istinadən bildirir ki, bu gün saat 11:00-dan etibarən işlərə başlanılacaq və təmir işləri yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.Qaz İxrac İdarəsi tərəfindən rayonun Cəfərabad kəndi ərazisindəki QPS-də ölçü kameralarının baypas xətləri üzərinə əlavə kran və flansların quraşdırılması nəzərdə tutulur.Bildirilib ki, dayandırılma Şəki şəhəri və 32 kəndi əhatə edəcək, ümumilikdə 32 525 əhali və 546 qeyri-əhali abonentinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.Həmçinin bu gün Şəki şəhərindəki Ə.Əliyev küçəsində – “Kaskad” MMC-nin qarşısından...
18 Fevral 2026, 10:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.02.2026)
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.CityPost.az xəbər verir ki, avronun məzənnəsi 0,01 % artaraq 2,0132 manat, 100 Rusiya rublunun məzənnəsi 0,6 % artaraq 2,2246 manat təşkil edib.
18 Fevral 2026, 09:58
Zəngəzur dəhlizi Azərbaycana nə qədər gəlir gətirəcək?
"Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən“Açıq dəhliz siyasəti: Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrində və eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” telekanalına müsahibəsində Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP), o cümlədən Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanıb".Citypost.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycan Prezidenti panel müzakirələrində çıxışı zamanı dəhlizin Qərb ilə Şərq ilə yanaşı, Cənubi Qafqazda yerləşən ölkələrə də fayda verəcəyini bildirib:"Zəngəzur dəhlizinin istifadəyə verilməsi bütövlükdə region dövlətlərinin iqtisadi inkişafına dəstək olacaq. Bir tərəfdən güclənən Mərkəzi Asiya və iqtisadi artımlı Çin, digər tərəfdən isə istehlak mallarına tələbi artan Avropa dəhliz vasitəsi...
17 Fevral 2026, 17:45