Qubanın Tarixi İncisi: Aleksandr Dümanın çimdiyi HAMAM
Maraqlı 18 Fevral 2026, 11:04
194
Quba rayonunda yerləşən Gümbəzli hamam — el arasında “Çuxur hamam”, “Bəkir hamamı” və “Məşədi Əlimərdan hamamı” kimi tanınan tarixi abidədir. XVIII-XIX əsrlərə aid olan bu hamam Şərq memarlığının orijinal nümunələrindən hesab edilir.
Hamam 1 mərtəbəli, qırmızı kərpicdən inşa olunub, 1 qapı və 6 pəncərəyə malikdir. İçərisi ümumi zaldan, bəylər üçün nəzərdə tutulmuş 4 otaqdan və istirahət üçün 3 otaqdan ibarətdir. Memarlıqda milli ornamentlərdən geniş istifadə olunub. Böyük və kiçik olmaqla iki tağı, 9 metr hündürlüyündə gümbəzləri var.
Hamamın istilik sistemi yalnız odun sobası ilə təmin olunub və sobadan çıxan istilik döşəməyə çəkilmiş xüsusi kərpic kanalları vasitəsilə yayılıb. Tarixi mənbələrə görə, hamam Fransız yazıçısı Aleksandr Düma tərəfindən də ziyarət olunub.
1985-ci ilə qədər fəaliyyət göstərən hamam kanalizasiya problemləri səbəbindən istifadədən çıxarılmış, 1986–1987-ci illərdə isə ilkin təmir-bərpa işləri aparılmışdır. 2015-ci ildən etibarən hamamın tam bərpası başlanmış və 2018-ci ildə tamamlanmışdır.
Həmçinin oxuyun
Hazırda Gümbəzli hamam Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur və Quba şəhərinin mərkəzində yerləşir.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Andronikə qarşı döyüşən Seyid Lazım Ağa haqqında maraqlı FAKTLAR
Qarabağlılar üçün Seyid Lazım ağa yalnız bir din xadimi deyildi – o, həm də hörmətli ağsaqqal, xeyriyyəçi və xalqının ehtiyaclarına həmişə əl uzadan şəxsiyyət idi. 1880-ci ildə Laçın rayonunun Böyük Seyidlər kəndində anadan olan Seyid Lazım ağa ömrünün böyük hissəsini Ağdam rayonunda – əvvəl Çəmənli, sonra isə Şıxbabalı kəndlərində keçirmişdir."Quranı-Hafiz" olAN Seyid Lazım Ağa 4-cü imamımız Həzrəti-Əli ibn-Hüseyn Zeynülabidinin (659–713) nəslinə mənsub olub. 1918–1920-ci illərdə o, Xalq Qəhrəmanı Sultan bəy Sultanovun müqavimət dəstəsində erməni daşnak Andronikin Ozanyanın ordusuna qarşı vuruşmuş, Qaragöl və Keçəldağ döyüşlərində iştirak etmişdir. Sultan bəyin Naxçıvana göndərdiyi 253 at yükü ərzaq, paltar və silah-sursatı müşayət edənlər arasında Seyid...
18 Fevral 2026, 12:14
Kifayət qədər su içmək sağlamlıq üçün həyati əhəmiyyət daşıyır
Gündəlik yetərli miqdarda su içmək yalnız susuzluğu aradan qaldırmır, həm də dəri, böyrək və ürək sağlamlığını qorumaqda mühüm rol oynayır. Su bədən funksiyalarının düzgün işləməsi üçün vacibdir və onun çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.Böyrəklər üçün su, tullantı məhsullarının orqanizmdən atılmasını təmin edir və böyrək daşları riskini azaldır. Ürək sağlamlığı üçün isə kifayət qədər maye qan dövranını normallaşdırır, ürəyin iş yükünü azaldır və təzyiqin stabilləşməsinə kömək edir.Dəri üçün isə su, elastiklik və parlaqlığın qorunmasında əvəzolunmazdır. Yetərli maye qəbul edilmədikdə dəri quruyur, qocalma əlamətləri tez görünür və piylənmə ilə bağlı problemlər yarana bilər.Mütəxəssislər gündəlik 1,5–2 litr su qəbul etməyi tövsiyə...
18 Fevral 2026, 12:07
Gülmək ürəyə faydalıdır – Alimlər təsdiqləyir
Mütəmadi gülmək ürək və damar sağlamlığını gücləndirən təsirli üsul ola bilər. Bu təsirin effektivliyi orta səviyyəli fiziki məşqlərlə müqayisə olunur.Citypost.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, gülmək zamanı endorfin hormonları ifraz olunur və bu, qanın damarlar vasitəsilə daha asan hərəkət etməsini təmin edən azot oksidinin istehsalını stimullaşdırır. Nəticədə qan təzyiqi azalır, iltihabi proseslər zəifləyir və xolesterol səviyyəsi düşür. Bütün bunlar birləşərək infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.Gülməyin müsbət təsiri yalnız spontan deyil, süni gülüşlə də əldə edilə bilər. Bu, eyni nəfəs və əzələ hərəkətlərini aktivləşdirir, yəni hər kəs üçün əlçatan və sadə bir sağlamlıq vasitəsidir. Araşdırmalar həmçinin göstərir ki, gülmək immunitet sistemini...
18 Fevral 2026, 11:32
Gündəlik təzyiq insanlarda daxili gərginlik yaradıb
Son illər gündəlik həyatın ritmi nəzərəçarpacaq dərəcədə dəyişib. İş yükünün artması, sosial şəbəkələrdə aktivlik və şəhər həyatının sürətli tempi insanlarda psixoloji yorğunluğu artırır. Mütəxəssislər bunu “səssiz tükənmişlik” adlandırırlar.Aparılan müşahidələr göstərir ki, bir çox insan fiziki olaraq sağlam görünsə də, emosional baxımdan gərginlik yaşayır. Xüsusilə böyük şəhərlərdə yaşayanlar vaxt azlığından, istirahət edə bilməməkdən və daim “çatdırmalıyam” düşüncəsindən şikayət edirlər.Sosial şəbəkələrdə yaradılan “ideal həyat” görüntüsü isə insanlarda müqayisə hissini gücləndirir. Bu da narazılıq və daxili gərginliyi artırır. Psixoloqlar bildirirlər ki, gündəlik rejimdə kiçik fasilələr, ailə və dostlarla canlı ünsiyyət, eləcə də rəqəmsal detoks stressin azalmasına müsbət təsir göstərir.Mütəxəssislər xəbərdarlıq edir ki, davamlı...
18 Fevral 2026, 10:58
Fevralda dəyişkən hava: Səhhətinizə diqqət edin
Fevral ayı öz dəyişkən havası ilə seçilir – gün ərzində isti günəş işığı ilə yanaşı, qəfil soyuq küləklər və temperatur dəyişiklikləri müşahidə olunur. Həkimlər bildirirlər ki, belə hava şəraiti xüsusilə ürək-damar, tənəffüs və revmatoloji problemləri olan insanlar üçün risk daşıyır.Citypost.az-ın məlumatına görə, mütəxəssislər vurğulayırlar ki, hava dəyişiklikləri səhhətində problem olan şəxslərdə baş ağrısı, halsızlıq, yuxusuzluq, qan təzyiqində dalğalanma və bəzən nəfəs darlığı kimi simptomlara səbəb ola bilər. Bu dövrdə xüsusi diqqət yetirmək vacibdir.Həkimlərin tövsiyəsinə görə, belə günlərdə insanlar özünü çox yükləməməli, açıq havada uzun müddət qalmaqdan çəkinməli, geyimlərini qat-qat seçərək temperatur dəyişikliklərinə hazırlıqlı olmalıdır. Ürək və qan təzyiqi problemləri olan...
17 Fevral 2026, 15:12
Ramazan bayramında diqqət etməli olduğumuz hərəkətlər
Ramazan bayramı təkcə oruc tutduğumuz bir ayın sonunu qeyd etməklə bitmir, eyni zamanda insanın gündəlik həyatında diqqətli olması və ətrafdakılarla münasibətlərini düzgün qurması üçün əhəmiyyətli bir vaxtdır. Citypost.az-ın məlumatına görə, din xadimləri və dini rəhbərlər bildirirlər ki, bayramın xoşbəxt və mənalı keçməsi üçün həm fərdi, həm də sosial davranışlarda müəyyən qaydalara diqqət yetirmək vacibdir.Əvvəla, bayram münasibətilə evdə və ictimai yerlərdə təmizlik və nizam-intizam əsas prioritet olmalıdır. Evin təmizliyi, ətraf mühitin qorunması və əşyaların səliqəli təşkili həm daxili harmoniya yaradır, həm də qonaqlar və ailə üzvləri üçün xoş mühit təmin edir.Bayram günlərində qida seçiminə diqqət də xüsusi önəm daşıyır. Oruc tutulan...
17 Fevral 2026, 11:13