Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 24 Fevral 2026, 12:27
249
Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Fuat Oktay Bakıda Türk şəhidliyini ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bir qrup nümayəndə ilə birlikdə Bakıda Türk şəhidliyini ziyarət edib."Report" xəbər verir ki, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
24 Fevral 2026, 13:41
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Milli Məclisin növbəti iclasının tarixi məlum olub.Citypost.az xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.Milli Məclisin növbəti iclası fevralın 27-də olacaq.
24 Fevral 2026, 13:25
Kişilərin küsüb susması nə ilə bağlıdır? – Psixoloqdan açıqlama
Münasibətlərdə ən çox narahatlıq yaradan davranışlardan biri də tərəflərdən birinin qəfil susması və ünsiyyətdən geri çəkilməsidir. Xüsusilə kişilərin küsərək məsafə saxlaması bir çox qadın üçün anlaşılmaz və yorucu görünür. Bəs bu davranışın psixoloji səbəbləri nədir?Psixoloq Xanım Bilalova Citypost.az-a açıqlamasında bildirib ki, bu məsələni psixoloji baxımdan Erik Bernin nəzəriyyəsi əsasında izah etmək mümkündür.Onun sözlərinə görə, Erik Bernə görə hər bir insanın daxilində üç əsas “ego halı” mövcuddur: uşaq, yetkin və valideyn. Küsən kişilər isə daha çox “uşaq ego halı”nda davranan şəxslərdir.“Bu insanlar emosional baxımdan yetkin mövqedə qala bilmirlər. Onlar adətən müdafiə olunmadıqlarını hiss etdikdə, qarşı tərəfin aqressiyasından və ya gözləntilərindən qorxduqda...
24 Fevral 2026, 13:22
Nəsimi rayonunda işıq olmayacaq
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
24 Fevral 2026, 12:51
Metroda qatarların hərəkət intervalı bərpa olunub
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.Bu barədə Citypost.az-a Metropolitendən bildirilib.Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Məlumata görə, az öncə Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olurdu
24 Fevral 2026, 12:34
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir.APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib....
24 Fevral 2026, 12:30