Natiq Cəfərli:"Minimum əmək haqqı artır, vergilər də artır"
İqtisadiyyat 24 Fevral 2026, 11:41
322
Azərbaycan Prezidenti Əmək Məcəlləsində dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu isə minimum əmək haqqının artımında dövriliyin təmin olunması və artımların qanunla tənzimlənməsi deməkdir.
Citypost.az xəbər verir ki, REAL Partiyasının sədri və iqtisadçı ekspert Natiq Cəfərli dəyişiklikləri şərh edib.
O bildirib ki, hər il minimum əmək haqqı artırılacaq və bu artımın təxminən 10%-ə yaxın olması gözlənilir. Lakin ekspert vurğulayıb ki, minimum əmək haqqının hazırkı səviyyəsi 400 manat olduğundan, bu artımın iqtisadiyyata birbaşa təsiri çox azdır.
“Əslində, minimum əmək haqqının artırılmasının mənfi təsirləri də var. Dövlət Sosial Müdafiə Fonduna ödəniş edən fərdi sahibkarlar və işəgötürənlər bu ödənişləri minimum əmək haqqından asılı olaraq hesablayırlar. Minimum əmək haqqı artdıqca, təxminən 708 min işçi və işəgötürənlər avtomatik olaraq Sosial Müdafiə Fonduna daha çox vergi ödəməli olurlar. Ona görə də qanunvericilikdə bu əlaqənin də nəzərə alınması vacibdir”, – deyə Natiq Cəfərli bildirib.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Minimum əmək haqqının artımı bazara necə təsir edəcək? – İqtisadçı şərh edir
Minimum əmək haqqının artırılması qərarı əmək bazarında və ümumilikdə iqtisadiyyatda bir sıra dəyişikliklərə səbəb ola bilər. İqtisadçılar bildirirlər ki, bu addımın həm sosial, həm də bazar mexanizmləri baxımından müsbət və ehtiyat tələb edən tərəfləri var.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, minimum əmək haqqının yüksəlməsi ilk növbədə aşağı gəlirli vətəndaşların alıcılıq qabiliyyətini artırır. Bu isə daxili bazarda tələbin artmasına, xüsusilə ərzaq, xidmət və gündəlik istehlak malları sektorunda dövriyyənin genişlənməsinə səbəb ola bilər.İqtisadçıların fikrincə, artım eyni zamanda sahibkarlar üçün əlavə xərc yükü yarada bilər. Xüsusilə kiçik və orta biznes subyektlərində əməkhaqqı fondunun böyüməsi bəzi hallarda qiymət artımına və ya işçi sayının optimallaşdırılmasına...
24 Fevral 2026, 12:53
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşır
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 2,58 % artaraq 72,78 ABŞ dolları təşkil edib.Hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 72,76 ABŞ dolları təşkil edib.Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,84 ABŞ dolları və ya 2,69 % artaraq 70,13 ABŞ dolları təşkil edib.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu...
20 Fevral 2026, 09:49
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPot.az-ın məlumatına görə, fevralın 17-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0389 manat təşkil edib. Avro 2,0130 manatadək ucuzlaşıb, Rusiyanın 100 rublu isə 2,2112 manata kimi bahalaşıb.
17 Fevral 2026, 09:28
Qızılın qiyməti 5 000 dollardan aşağı enib
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,94% azalaraq 4 967,35 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 1,96% azalaraq 75,055 ABŞ dolları olub.
17 Fevral 2026, 09:26
Bu günün valyuta məzənnələri
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPot.az-ın məlumatına görə, fevralın 10-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0390 manat təşkil edib. Avro 2,0243 manatadək bahalaşıb, Rusiyanın 100 rublu isə 2,2016 manata kimi ucuzlaşıb.
10 Fevral 2026, 09:28
Qızıl kəskin bahalaşdı
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.CityPost.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 1,78% artaraq 4 677,15 ABŞ dollarına bərabər olub.COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 5,24% artaraq 93,177 ABŞ dolları olub.
19 Yanvar 2026, 09:28