Amnistiya aktı 90 xarici ölkə vətəndaşına şamil edilib
Cəmiyyət 24 Fevral 2026, 11:32
218
Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktı 90 xarici ölkə vətəndaşına şamil edilib.
APA xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Eliyev deyib.
Bildirilib ki, Amnistiya aktı indiyədək 18 355 şəxsə şamil edilib.
Binəqədi rayon prokurorluğunun yeni inzibati binasında gənclər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən növbəti “Açıq qapı günü” tədbirində giriş sözü ilə açan Binəqədi rayon prokuroru Fuad Məmmədov bildirib ki, yeni inzibati binada yaradılmış müasir və funksional iş şəraiti əməkdaşların fəaliyyətinin səmərəliliyinə müsbət təsir göstərir. O, vətəndaş müraciətlərinə həssas və operativ yanaşmanın əsas prioritetlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, müasir maddi-texniki baza və rəqəmsal həllər rayon prokurorluğunun fəaliyyətində çevikliyin və keyfiyyət göstəricilərinin artırılmasına xidmət edir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli prokurorluq orqanlarında kadr potensialının gücləndirilməsi, davamlı təlim proqramlarının təşkili və əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. O bildirib ki, müasir infrastruktur və tədris imkanları hüquqi dövlət quruculuğu prosesində prokurorluğun rolunun daha da möhkəmləndirilməsinə şərait yaradır.
Həmçinin oxuyun
Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında aşkarlıq və ictimaiyyətlə əlaqələrin inkişafı istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, media və vətəndaş cəmiyyəti institutları ilə açıq və konstruktiv əməkdaşlıq hüquqi maarifləndirmənin genişlənməsinə, vətəndaş məmnunluğunun artırılmasına və cəmiyyətlə qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir.
Tədbir çərçivəsində iştirakçılara bildirilib ki, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində istifadəyə verilmiş yeni inzibati bina müasir standartlara cavab verən infrastrukturla təmin olunub. Binada əməkdaşların səmərəli fəaliyyəti üçün zəruri texniki avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi bölmə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından ən son tələblərə uyğun layihələndirilib.
Tədbir zamanı peşəkar prokurorluq əməkdaşları qurumun fəaliyyəti, istintaq və prosessual nəzarət sahəsində həyata keçirilən işlər, habelə vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə dinləyicilərə ətraflı məlumat veriblər. İştirakçılar inzibati binada yaradılmış müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş xüsusi bölmə, konfrans zalı və xidməti otaqlarla tanış olub, eləcə də istifadə olunan kriminalistik texnika və avadanlıqlara əyani baxış keçiriblər. Onlara “Elektron Prokurorluq” informasiya sisteminin funksional imkanları praktik formada nümayiş etdirilib, rəqəmsal sənəd dövriyyəsi və müraciətlərin onlayn izlənilməsi mexanizmi izah olunub.
Görüş çərçivəsində iştirakçılarla açıq müzakirə aparılıb, onları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklif və rəyləri dinlənilib. Tədbir qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib və sonda xatirə fotoşəkli çəkdirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nəsimi rayonunda işıq olmayacaq
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
24 Fevral 2026, 12:51
Metroda qatarların hərəkət intervalı bərpa olunub
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.Bu barədə Citypost.az-a Metropolitendən bildirilib.Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Məlumata görə, az öncə Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olurdu
24 Fevral 2026, 12:34
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir.APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddinin ayrıca tənzimlənməsi məqsədilə yaşayış məntəqələrindən kənarda minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri üçün sürət həddinin saatda 130 kilometrdən, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə saatda 90 kilometrdən çox olmayan həddə müəyyən edilməsi təklif olunur.Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib....
24 Fevral 2026, 12:30
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10°...
24 Fevral 2026, 12:27
Qışdan yaza keçid: Orqanizmdə hansı dəyişikliklər baş verir?
Qış mövsümünün başa çatması və yazın gəlişi təkcə təbiətdə deyil, insan orqanizmində də ciddi dəyişikliklərlə müşayiət olunur. Həkimlərin sözlərinə görə, temperaturun artması, gün işığının çoxalması və atmosfer təzyiqindəki dəyişikliklər insan sağlamlığına birbaşa təsir edir.Mütəxəssislər bildirirlər ki, yaz aylarında ən çox rast gəlinən hallar halsızlıq, yuxululuq, diqqət dağınıqlığı və arterial təzyiqin dəyişməsidir. Bunun əsas səbəbi orqanizmin mövsümi adaptasiya mərhələsinə daxil olmasıdır. Qış boyu günəş şüalarının azalması nəticəsində D vitamini səviyyəsi aşağı düşür, yazda isə bədən yenidən hormonal balansı tənzimləməyə çalışır.Həkimlərin sözlərinə görə, yaz aylarında allergik reaksiyalar da artır. Bitkilərin çiçəklənməsi ilə əlaqədar havada polen miqdarı yüksəlir ki, bu da xüsusilə allergiyaya...
24 Fevral 2026, 12:26
4 deputatın yeni vəzifəsi təsdiqləndi
Milli Məclisdə daha 4 parlamentlərarası əlaqələr üzrə İşçi qrupları formalaşdırılır.Citypost.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan müvafiq dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, aşağıdakı parlamentlərarası İşçi Qruplarının formalaşdırılması təklif edilir:Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu - Qurbanov Eyvaz Daşdəmir oğlu;Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu;Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunda isə sədr postuna dəyişiklik edib. Belə ki, bundan sonra İşçi Qrupa Ramil Həsəninin yerinə Vasif Qafarov sədrlik edəcək.Məsələ səsə qoyularaq yekdilliklə qəbul edilib. (Modern.az)...
24 Fevral 2026, 12:23