Nəsimi rayonunda işıq olmayacaq
Cəmiyyət 24 Fevral 2026, 12:51
236
Bu gün Bakının Nəsimi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Citypost.az "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Səbinə Əliyeva məruzəsini Prezidentə təqdim edib
Ombudsmanın illik məruzəsi Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada 2026-cı ilin 24 fevral tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib və müvafiq dövlət qurumlarına göndərilib.Bu barədə Citypost.az-a Ombudsmanın Mətbuat xidmətinə məlumat verilib.2025-ci il üzrə məruzədə İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət orqanları, bələdiyyələr və digər qurumlar, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi, insan hüquqları pozuntularının qarşısının alınması sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, ictimaiyyətlə və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş təklif...
24 Fevral 2026, 14:22
İlham Əliyevdən SƏRƏNCAM - Naxçıvanda 40 subartezian quyu qazılacaq
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Citypost.az-ın məlumatına görə, sənəddə qeyd olunub ki, Sərəncam "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı"na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının bir sıra yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə imzalanıb.Sərəncama əsasən, Dövlət Su Ehtiyatları Agentliyi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla bu Sərəncamın əlavəsində göstərilən əhalisi 80 min nəfərdən çox olan 38 yaşayış məntəqəsində 40 subartezian quyusunun layihə-smeta sənədlərinin hazırlanması, qazılması və əhalinin içməli su ilə təmin olunması üçün...
24 Fevral 2026, 13:56
Fuat Oktay Bakıda Türk şəhidliyini ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bir qrup nümayəndə ilə birlikdə Bakıda Türk şəhidliyini ziyarət edib."Report" xəbər verir ki, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə tər güllər düzülüb.
24 Fevral 2026, 13:41
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
Milli Məclisin növbəti iclasının tarixi məlum olub.Citypost.az xəbərinə görə, bu barədə parlamentin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova məlumat verib.Milli Məclisin növbəti iclası fevralın 27-də olacaq.
24 Fevral 2026, 13:25
Kişilərin küsüb susması nə ilə bağlıdır? – Psixoloqdan açıqlama
Münasibətlərdə ən çox narahatlıq yaradan davranışlardan biri də tərəflərdən birinin qəfil susması və ünsiyyətdən geri çəkilməsidir. Xüsusilə kişilərin küsərək məsafə saxlaması bir çox qadın üçün anlaşılmaz və yorucu görünür. Bəs bu davranışın psixoloji səbəbləri nədir?Psixoloq Xanım Bilalova Citypost.az-a açıqlamasında bildirib ki, bu məsələni psixoloji baxımdan Erik Bernin nəzəriyyəsi əsasında izah etmək mümkündür.Onun sözlərinə görə, Erik Bernə görə hər bir insanın daxilində üç əsas “ego halı” mövcuddur: uşaq, yetkin və valideyn. Küsən kişilər isə daha çox “uşaq ego halı”nda davranan şəxslərdir.“Bu insanlar emosional baxımdan yetkin mövqedə qala bilmirlər. Onlar adətən müdafiə olunmadıqlarını hiss etdikdə, qarşı tərəfin aqressiyasından və ya gözləntilərindən qorxduqda...
24 Fevral 2026, 13:22
Metroda qatarların hərəkət intervalı bərpa olunub
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti bərpa olunub, yubanmalar yoxdur.Bu barədə Citypost.az-a Metropolitendən bildirilib.Köməkçi qatarın cəlb olunması ilə nasaz qatar xətdən çıxarılıb və “Nərimanov” elektrik deposuna yola salınıb, əvəzinə ehtiyat qatar xəttə buraxılıb. Məlumata görə, az öncə Yaşıl və Qırmızı xətlərdə intervalda 15 dəqiqəyədək yubanmalar müşahidə olurdu
24 Fevral 2026, 12:34