Bizə yazın

Baku

-°C

USD

-

AMEA açıqlama yaydı, İsa Həbibbəylini rüsvay etdi 

Hadisə 24 Fevral 2026, 21:40

239

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) bu qurumda Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verildiyi barədə yayılmış məlumatlarla bağlı açıqlama yayıb.

CityPost.az  xəbər verir ki, Modern.az-a daxil olan cavabda AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü Aynur Cavanşir qızı Günəşlinin R.Mehdiyevin kadrı olduğu təkzib edilir.

Ancaq təkzib mətnini diqqətlə oxuduqda nədənsə fərqli təəssürat yaradır. Açıqlamada bildirilir ki, Aynur Günəşli 11 iyun 2016-cı il tarixdən 30 aprel 2021-ci il tarixədək - 4 ildən çox AMEA Elm Tarixi İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışıb, “2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir”.

“Ramiz Mehdiyevin Milli Elmlər Akademiyasının “rəhbəri” olduğu dövrdə - 24 aprel 2021-ci ildən 25 noyabr 2022-ci ilədək AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsini daşımışdır ki, bunun da cəmisi 9 ayı (19 fevral 2022-ci ilədək) həmin mərhələyə aiddir. Tutduğu kiçik vəzifəyə görə o, hər hansı qərar qəbul etmə və ya sosial şəbəkələrdə şişirdilmiş şəkildə deyildiyi kimi, “məxfi sənədlərin hazırlanmasında” iştirak etmək səlahiyyətinə malik olmamışdır”, - cavabda qeyd edilir.

Maraqlıdır, niyə Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etməsi dırnaq içərisində verilib?

Digər tərəfdən, A.Günəşlinin 2021-ci ilin 30 aprel tarixinə qədər Elm Tarixi İnstitutunda işlədiyi, “2021-ci ildə isə AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərdiyi”, 2021-ci ilin 24 aprelindən 2022-ci ilin 25 noyabrına qədər AMEA RH Aparat rəhbərinin köməkçisi olduğu və R.Mehdiyevin dövründə cəmi 9 ay işlədiyi vurğulanır.

Aləm qarışıb: 30 aprel 2021-ci ilə qədər Elm Tarixi İnstitutunda kadrlar şöbəsinin müdiri olubsa, 24 apreldə - yəni 6 gün əvvəl - AMEA Rəyasət Heyətinin Aparat rəhbərinin köməkçisi vəzifəsinə necə təyin olunub?

Həmçinin AMEA açıqlamasında yazır: “2021-ci ildə isə 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis kimi fəaliyyət göstərmişdir”.

2021-ci ilin 30 aprelində Elm Tarixi İnstitutunda vəzifəsini başa vurub, cəmi 4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis olub və 24 aprel 2021-ci ildə Aparat rəhbərinin köməkçisi vəzifəsinə təyin olunub?

Burda - yəni AMEA-da nə baş verir? Özünüzü, yoxsa açıqlamanızı oxuyanları ələ salırsınız?

Qurduğunuz “tarixi ardıcıllıq”dan xəbəriniz varmı?

AMEA-nın başını itirdiyi bəlli idi, ancaq bu qurumda bu cür cavab hazırlayan “alimlərin” cəmləşdiyini öyrənmək bir ayrı kəşf oldu.

Ramiz Mehdiyev 2019-cu ilin 23 oktyabrında AMEA prezidenti seçilib, 14 fevral 2022-ci ildə vəzifədən istefa verib. Belə görünür ki, bu gənc kadrın AMEA Rəyasət heyətinə dəvət edilməsi - 2021-ci ilin apreli - Ramiz Mehdiyevin dırnaqarası deyil, birbaşa rəhbərlik etdiyi dövrə düşür.

Xanım əməkdaş məhz Ramiz Mehdiyevin rəhbərlik etdiyi vaxtda AMEA Rəyasət Heyətinə gətirilib, ancaq hansı vəzifəyə? O, 24 apreldə Aparat rəhbərinin köməkçisi təyin olunubsa, bəs, 30 aprelə qədər Elm Tarixi İnstitutunda kadrlar şöbəsinin rəisi və “4 ay AMEA Rəyasət Heyəti Kadrlar şöbəsində baş mütəxəssis” işləyən kim olub?

“Bunun da yalnız 9 ayı həmin mərhələyə aiddir” deyə, AMEA 19 fevral 2022-ci il tarixini qeyd edir. Bu tarix nədənsə dəqiqliklə seçilib: 14 fevralda Ramiz Mehdiyev istefa verib, AMEA-nın Ümumi Yığıncağı isə onun istefasını 19 fevralda qəbul edib.

Maraqlıdır ki, bütün tarixi qarışdıran AMEA Ramiz Mehdiyevin istefasının qəbul olunduğu tarixi səhv salmayıb, halbuki R.Mehdiyevin öz tərcümeyi-halında onun AMEA prezidenti vəzifəsindən azad olunması kimi istefa verdiyi tarix - 14 fevral 2022-ci il - göstərilib.

Yeri gəlmişkən, AMEA-nın açıqlamasında daha iki cümlə diqqət çəkir:

“Aynur Günəşli Elm və təhsil şöbəsinin 15 nəfərdən ibarət olan əməkdaşlarına təqdim edilmişdir”.

“Sosial şəbəkələr bacarıqlı bir gənc mütəxəssisi yalan, uydurma məlumatlarla hədəfə alıb, ona kölgə salmağa çalışmaqla yüzlərlə başqa gənclərin də ümidlərini qırmağa xidmət edirlər”.

1. Şöbənin “15 nəfərdən ibarət olan əməkdaşları” olmur, 15 nəfərdən ibarət kollektiv olur;

2. “Yüzlərlə başqa gənclər” ifadəsi savadsızlıqdır.

Azərbaycan Prezidenti İlham Əliyev AMEA-nın yubileyində iştirak edərkən ana dili ilə bağlı narahatlığını xüsusi vurğuladı və alimlərə çağırış etdi.

AMEA-ya rəhbərlik edən İsa Həbibbəyli filologiya elmləri doktoru, professordur, AMEA-nın həqiqi üzvüdür. Əgər filologiya elmləri doktoru, professorun rəhbərlik etdiyi AMEA dilə bu cür “diqqət” göstərirsə, hazırladığı cavabda bütün tarixləri dolaşdırırsa, bu qurumun hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gənc oğlan motosiklet qəzasında həyatını itirdi

Türkiyənin İğdır-Tuzluca magistral yolunun Yaycı kəndi yaxınlığında baş verən motosiklet qəzasında gənc sürücü Berkan Kesemen həyatını itirib. Citypost.az Türkiyənin “Cumhuriyet” qəzetinə istinadən xəbər verir ki,sürücü qarşısındakı motosikletin zolaq dəyişməsi səbəbindən idarəetməni itirərək yol kənarındakı nişana çırpılıb.Hadisə yerinə çağırılan 112 Təcili Tibbi Yardım və jandarma qrupları sürücüyə ilkin yardım göstərsə də, xəstəxanaya çatdırılanda onu xilas etmək mümkün olmayıb. Təhlükəsizlik qüvvələri qəza ilə bağlı araşdırma aparır.Turan...

24 Fevral 2026, 08:16

Sumqayıtda 17 yaşlı qız faciəvi şəkildə öldü 

Sumqayıtda yeniyetmə qız faciəvi şəkildə ölüb.Hadisə 45-ci məhəllə adlanan ərazidə, 14 mərtəbəli yaşayış binasında baş verib.İlkin ehtimallara görə, 17 yaşlı Şəms binanın yüksək mərtəbəsindən yıxılaraq həyatını itirib.Məlumata görə, o, Sumqayıt Şəhər 13 saylı məktəbdə təhsil alırmış.Hadisənin baş vermə səbəbləri araşdırılır.

23 Fevral 2026, 22:44

İnternetdə əxlaqsız paylaşım edən 6 nəfər məsuliyyətə cəlb edildi”

Müasir dövrdə rəqəmsal transformasiya yalnız texnoloji yenilikləri deyil, həm də virtual mühitdə yeni davranış modellərini formalaşdırır. Son dövrlərdə ictimai xadimlər, vətəndaş cəmiyyətinin fəal üzvləri və müvafiq dövlət strukturları tərəfindən internet informasiya ehtiyatlarında cəmiyyətdə qəbul edilmiş birgə yaşayış qaydalarına və etik davranış standartlarına sadiqlik nümayiş etdirilməsinin vacibliyi geniş təbliğ edilməkdədir. Lakin təəssüflə qeyd olunmalıdır ki, bu sistemli çağırışlara məhəl qoymayan, cəmiyyətə qarşı açıqca hörmətsizlik nümayiş etdirən və milli-mənəvi dəyərlər sistemimizi hədəf alan müəyyən qrup şəxslər hələ də mövcuddur. İnternet informasiya məkanını dəyərsiz və əxlaq normalarına zidd paylaşımları və yayımları ilə çirkləndirən bu cür fəaliyyətlər, dövlət tərəfindən qorunan ictimaiyyətin mənəvi sağlamlığına ciddi...

23 Fevral 2026, 17:59

Bakıda 53 yaşlı kişi qətlə yetirilib

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.Bu barədə "Report"a Xəzər rayon Prokurorluğundan məlumat verilib.Bildirilib ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub....

23 Fevral 2026, 13:12

Sədərəkdə İrandan Türkiyəyə aparılan 5 kq-dan çox narkotik aşkar edilib

Naxçıvan Baş Gömrük İdarəsitərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.İdarədən APA-nın yerli bürosuna verilən məlumata görə, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub."X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.Faktla bağlı aradırma aparılır....

23 Fevral 2026, 10:20

Şəmkirdə qadını maşın vurdu

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ 2106" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

23 Fevral 2026, 10:17