Azərbaycan səfiri etimadnaməsini Sinqapur Prezidentinə təqdim edib
Cəmiyyət 24 Fevral 2026, 17:48
306
Azərbaycanın iqamətgahı Cakarta şəhərində olmaqla Sinqapur Respublikasındakı səfiri Ramil Rzayev etimadnaməsini Sinqapur Prezidenti Tarman Şanmuqaratnama təqdim edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, İstana Prezident Sarayında baş tutan mərasimdən sonra keçirilən görüşdə səfir Ramil Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Sinqapurun dövlət başçısına çatdırıb.
Prezident Tarman Şanmuqaratnam öz növbəsində səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.
Görüşdə iki ölkə arasında siyasi dialoq, iqtisadi-ticari əməkdaşlıq, investisiya, enerji, nəqliyyat, rəqəmsal inkişaf, turizm və digər istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Həmçinin oxuyun
Səfir Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə ətraflı məlumat verib.
Görüşün fotolarını Sinqapurun Rəqəmsal İnkişaf və İnformasiya Nazirliyi təqdim edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gültəkin Hacıbəylinin evində axtarış aparılıb
Sabiq deputat Gültəkin Hacıbəylinin evində axtarış aparılıb.Citypost.az xəbər verir ki, Ramiz Mediyev və digərləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi çərçivəsində DTX tərəfindən Gültəkin Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.Qeyd edək ki, Gültəkin Hacıbəyli fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya olunub.O, ötən il noyabrın 30-da İstanbulda yaşadığı evdən polis şöbəsinə, oradan isə Çatalca Geri Göndərmə Mərkəzinə aparılıb. (APA)...
24 Fevral 2026, 18:51
AMEA-dan "Ramiz Mehdiyevin kadrı" ilə bağlı AÇIQLAMA
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və təhsil şöbəsi sosial şəbəkələrdə bu qurumda Ramiz Mehdiyevin kadrına yüksək vəzifə verildiyi barədə yayılmış məlumatlara aydınlıq gətirib.AMEA-dam CityPost.az-a daxil olan açıqlamada bildirilib:“AMEA Rəyasət Heyəti Aparatı Elm və təhsil şöbəsinin əməkdaşı, 1990-cı il təvəllüdlü, Quba rayonunda doğulmuş, Bakı Dövlət Universitetinin bakalavr, Bakı Slavyan Universitetinin magistr pilləsini fərlənmə diplomu ilə bitirmiş Aynur Cavanşir qızı Günəşli 2013-cü ildə Akademiyanın Fəlsəfə və Sosiologiya İnstitutunda baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. O, 2015-2016-cı illər tarixdə həmin institutun kiçik elmi işçisi vəzifəsində çalışmışdır. Aynur Günəşli 11 iyun 2016-cı il tarixdən 30 aprel 2021-ci il tarixədək 4 ildən çox AMEA...
24 Fevral 2026, 18:03
Bakıdakı 67 nömrəli marşrutun avtobusları yenilənir
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsini Nərimanov rayonunun Çernyayevski küçəsi ilə əlaqələndirən 67 nömrəli şəhərdaxili müntəzəm marşrutda istismar olunan avtobuslar yenilənir.Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.Məlumata əsasən, fevralın 25-dən sərnişinlərin xidmətinə veriləcək 16 böyüktutumlu "Zhongtong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 manat müəyyən edilib....
24 Fevral 2026, 17:56
Raket proqramına 13 yaşlı qızı rəhbərlik edəcək
Şimali Koreya lideri Kim Çen In ölkənin raket proqramına nəzarəti 13 yaşlı qızı Kim Çju E-yə həvalə edib.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi generallar artıq birbaşa ona hesabat verirlər.Cənubi Koreya kəşfiyyatının məlumatına görə, tezliklə Kim Çju E-nin Şimali Koreya tarixində ilk qadın lider kimi atasının varisi elan ediləcəyi açıqlana bilər.Kim Çen In dəfələrlə qızını özü ilə nüvə və raket sınaqları ilə əlaqəli yerlərə aparırdı. Kəşfiyyat rəsmiləri hesab edirlər ki, onun istehsalat rəhbəri kimi rolu Kim Çju E-yə ölkə ordusunun strukturunu anlamağa kömək etmək məqsədi daşıyır. ...
24 Fevral 2026, 17:43
Azərbaycan Universitetində “Süni intellekt” mövzusunda təlim təşkil olunub
Azərbaycan Universitetində akademik və inzibati heyət üzvləri üçün “Praktiki süni intellekt” mövzusunda təlim təşkil olunub.Universitetdən Citypost.az-a bildirilib ki, təlimin keçirilməsində məqsəd peşəkar fəaliyyətdə süni intellekt alətlərindən effektiv istifadəni təşviq etmək və universitet əməkdaşlarını süni intellekt alətlərinin praktiki imkanları ilə tanış etmək olub.Tədbirdə ASAN İnnovativ İnkişaf Mərkəzinin təlimçisi Nofəl Əliyev təqdimatla çıxış edib.Qeyd olunub ki, 2022-ci ildən başlayaraq generativ platformaların açıq istifadəyə verilməsi nəticəsində süni intellekt artıq yalnız texniki mütəxəssislərin deyil, geniş istifadəçi kütləsinin də gündəlik iş alətinə çevrilib. Süni intellekt texnologiyalarının təhsil sisteminə inteqrasiyası təhsil resurslarının səmərəliliyini artırır.Təqdimatda süni intellekt anlayışı və onun tarixi inkişaf mərhələləri haqqında məlumat verilib, iştirakçılara...
24 Fevral 2026, 17:32
Bakıda ən ucuz torpaq sahələri bu 4 qəsəbədədir
Bakı-Abşeron ərazisində fərdi yaşayış üçün ən ucuz torpaq sahələri hal-hazırda Güzdək qəsəbəsi ərazisindədir.Bu barədə əmlak məsələləri üzrə ekspert Elnur Azadov Modern.az-a açıqlamasında bildirib.O qeyd edib ki, Zirə və Türkanın bəzi ərazilərində də torpaqlar digər şəhərətrafı kənd və qəsəbələrlə müqayisədə daha ucuzdur:"Bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar daha ucuzdur. Lakin qeyd etdiyim kimi, son bir il ərzində ən ucuz torpaq sahələri Güzdək ərazisindədir. Hazırda Güzdəkdə bir sot torpağın qiyməti 700-1000 manat aralığında dəyişsə də stabillik yoxdur. Bahalaşma davam edir".Ekspert əlavə edib ki, Güzdəyin kommunal xidmətlə təchiz edilmiş ərazilərində qiymətlər 1 sot torpaq üçün qiymət 1000-2000 manat aralığındadır. Həmçinin, Atyalı deyilən ərazidə...
24 Fevral 2026, 17:21