VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat başladı
Siyasət 06 Mart 2026, 11:58
447
Bu gündən VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.
Citypost.az xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə əlaqəli keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, ötən beş il müddətində müsabiqə iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb:
"Builki müsabiqə üçün qeydiyyat aprelin 16-na kimi davam edəcək. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan "yukselish.az" vasitəsilə həyata keçirilir".
Qeyd olunub ki, qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan vətəndaşları müsabiqəyə qoşula bilərlər.
"Yüksəliş" müsabiqəsi qeydiyyat, ümumi biliklər imtahanı, analitik təhlil, idarəetmə bacarıqları, yarımfinal və final olmaqla, 6 mərhələdən ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər "yukselish.az" rəsmi internet səhifəsində şəxsi kabinet yaratmaqla və qeydiyyat formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər".
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Tamilla Qulami: İranın təxribatı Azərbaycan-Türkiyə əlaqələrinə təzyiqdir
Ümid Partiyası sədrinin müavini, siyasətçi Tamilla Qulami Citypost.az-a açıqlamasında bildirib ki, İranda hakimiyyətdə yaranan boşluq və idarəetmə sistemindəki problemləri əsasən Sepah qüvvələri öz nəzarətinə götürüb. O qeyd edib ki, Sepah qüvvələri 1979-cu ildən bəri İranın “İslam İnqilabı Keşikçiləri” adı altında ölkəni xarici düşmənlərdən qorumağa çalışırlar, lakin bu zaman daxildə digər millətlərə və qonşu dövlətlərə qarşı düşmən mövqeyi sərgiləyirlər.T. Qulami xatırladıb ki, tarix boyu Azərbaycan da bu siyasətin hədəfi olub və İran, xüsusilə Birinci və İkinci Qarabağ müharibələrində Ermənistana dəstək verib. Onun sözlərinə görə, İran özünü müsəlman dövləti kimi təqdim etsə də, beynəlxalq siyasətdə bəzən müsəlman olmayan dövlətləri müdafiə edib.Siyasətçi əlavə...
06 Mart 2026, 14:19
Aqil Ələsgər: Naxçıvana hücum SEPAH-ın təxribatıdır
Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən dron hücumu ilə bağlı Citypost.az-aaçıqlama verən siyasi şərhçi Aqil Ələsgər bildirib ki, bu hadisə İran daxilində xüsusilə İnqilab Keşikçiləri Korpusu – SEPAH daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin növbəti təxribatı kimi qiymətləndirilməlidir.Onun sözlərinə görə, hazırkı vəziyyətdə İranda real hakimiyyət balansı ciddi şəkildə dəyişib və faktiki olaraq SEPAH təkcə hərbi strukturlara deyil, həm də ölkənin siyasi qərarlarına təsir edən əsas gücə çevrilib.Aqil Ələsgər qeyd edib ki, formal olaraq SEPAH ali dini rəhbərə bağlı hesab olunsa da, mövcud vəziyyətdə bu struktur faktiki olaraq İranın daxili və regional siyasətində əsas söz sahibinə çevrilib.Siyasi şərhçinin fikrincə, SEPAH daxilində uzun...
06 Mart 2026, 14:07
Elnarə Akimova: Azərbaycana təzyiq etmək mümkün deyil
Naxçıvana düşən dron təkcə hərbi insident deyil, regionda gedən böyük geosiyasi proseslərin bir epizodu kimi qiymətləndirilməlidir.Bunu Milli Məclisin deputatı Elnarə Akimova Citypost.az-a açıqlamasında deyib. Deputat bildirib ki, Naxçıvan Azərbaycanın sadəcə coğrafi parçası deyil, dövlətin qürurunun, iradəsinin və strateji mövqeyinin simvoludur. Onun sözlərinə görə, tarix boyu müxtəlif təzyiqlərlə üzləşən bu torpaq heç vaxt boyun əyməyib və buna görə də Naxçıvana düşən hər bir mərmi və ya dron Azərbaycanın dövlətçiliyinə yönəlmiş hücum kimi qəbul olunmalıdır.Elnarə Akimova qeyd edib ki, mövcud vəziyyət yalnız hərbi insident kimi dəyərləndirilməməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Azərbaycanın strateji enerji qovşağı və geosiyasi körpü...
06 Mart 2026, 11:58
Nadir Azəri: İran unudur ki, qarşısında Azərbaycan dayanır
“Cənub qonşumuz İran uzun illərdir, əslində isə əsrlərdir Azərbaycana qarşı cinayətkar, terrorçu və xain əməllərini davam etdirir. Hələ müstəqilliyimizin ilk illərində baş verən proseslərdə də İranın müəyyən rollar oynadığı məlumdur. Burada söhbət Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının talan olunması prosesində İranın bu və ya digər formada iştirakından gedir. Eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə də İran müxtəlif yollarla Azərbaycan Ordusunun uğurlarına mane olmaq cəhdləri göstərmişdi. Lakin bu cəhdlər nəticəsiz qaldı”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Onun sözlərinə görə, postmüharibə dövründə isə bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun...
06 Mart 2026, 11:30
Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.Citypost.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud...
06 Mart 2026, 11:20
Mirzoyanla Ceyhun Bayramov telefonla danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı...
06 Mart 2026, 00:30