İllər sonra həmin məşhur səhnəni canlandırdı
Sənət aləmi 06 Mart 2026, 12:20
416
Əməkdar artist Kübra Əliyeva və “Xəzər” muzeyinin təsisçisi Siyavuş Əlizadə maraqlı addıma imza atıblar.
Citypost.az xəbər verir ki, onlar 1991-ci ildə lentə alınan sevilən “Şirbalanın Məhəbbəti” filmindən məşhur səhnəni yenidən çəkiblər.
Belə ki, Kübra Əliyeva və mərhum sənətkar Hacıbaba Bağırovun birgə pul almaq səhnəsini bu dəfə öz tərzlərində canlandırıblar. Kübra Əliyeva eyni səhnədə dediklərini fərqli şəkildə Siyavuş Əlizadə ilə bölüşüb.
Sosial şəbəkələrdə paylaşılan video izləyicilər tərəfindən maraqla qarşılanıb və böyük maraq doğurub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
1930-cu illərdə Mədəniyyət sahəsində kütləvi itkilər - Əməkdar artistdən FAKT
1937–1938-ci illər repressiyaları zamanı Azərbaycanda mədəniyyət sahəsində yalnız həbs və güllələnmələr yox, həm də kütləvi işdən çıxarmalar baş vermişdi.Citypost.az xəbər verir ki, bu barədə Əməkdar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan statusunda paylaşım edib. Əməkdar artist qeyd edir ki, arxiv materiallarına əsaslanan təxmini rəqəmlər göstərir ki, o dövrdə ölkədə mədəniyyət və incəsənət sahəsində çalışanların sayı təxminən 3000–4000 nəfər olub.Bu dövrdə repressiyaya məruz qalanların sayı isə belə qiymətləndirilir:Həbs edilən, güllələnən və ya sürgün olunanlar: təxminən 200–300 nəfər“Etibarsız”, “millətçi”, “xalq düşməninin qohumu” damğası ilə işdən çıxarılanlar: təxminən 800–1000 nəfərXüsusilə teatr sahəsi ağır itkilər verib. Həmin dövrdə güllələnən tanınmış teatr xadimləri...
06 Mart 2026, 12:08
Çopra musiqi karyerasını “tam uğursuzluq” kimi xatırlayır
Bollivud və Hollivud ulduzu Priyanka Çopra qısamüddətli musiqi karyerasını səmimi şəkildə “tam uğursuzluq” adlandırıb. 2010-cu illərdə pop musiqisinə qədəm qoyan Çopra, will.i.am ilə “In My City” və Pitbull ilə “Exotic” albomlarını çıxarsa da, beynəlxalq səviyyədə gözlənilən rezonansı əldə etməyib.Citypost.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı müğənni Marie Claire-ə verdiyi müsahibədə zarafatla qeyd edib: “Əlbəttə ki, mən Pitbull və ya Dr. Dre ilə eyni nota çata bilmərəm. Tez başa düşdüm ki, bu mənim işim deyil və əsas peşəmə – aktyorluğa qayıtmalıyam.”O, hələ də təxminən 40 yayımlanmamış mahnısının “təhlükəsiz yerdə” olduğunu deyir və indi ailəsi və aktyorluğu ön planda tutur....
05 Mart 2026, 14:32
Rəhman Məmmədli: Televiziyalarda keyfiyyətli verilişlər artmalıdır
Tanınmış gitara ifaçısı Rəhman Məmmədli bildirib ki, son günlər televiziya kanallarında bəzi aşağı səviyyəli verilişlərin bağlanmasısını şərh edibCitypost.az xəbər verir ki, onun sözlərinə görə, əvvəllər efirlər istirahət mərkəzi kimi istifadə edilən və tamaşaçıların gözünü qıcıqlandıran proqramlar hələ də bəzi kanallarda yayımlansa da, ümumilikdə vəziyyət yaxşılaşmağa başlayıb.R.Məmmədli həmçinin qeyd edib ki, cəmiyyət olaraq daha güclü və kütləvi etiraz olmadan normal, keyfiyyətli yayımlara keçid etmək çətindir. O, televiziya verilişlərinin tamaşaçı üçün mədəni və mənəvi dəyər daşımasının vacibliyini vurğulayıb....
04 Mart 2026, 11:45
Mərhum Maykl Cekson yenidən mühakimə olunacaq
“Pop Kralı” kimi tanınan əfsanəvi müğənni Maykl Cekson yenidən uşaqlara qarşı cinsi istismar iddiaları ilə üzləşib. İddialara görə, hadisələr Hollivud ulduzları Elton Con və Elizabet Taylorın evlərində baş verib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, fevralın 27-də Cassio ailəsinin dörd üzvü – Edward, Dominic, Aldo və bacıları Marie-Nicole Port – Ceksona qarşı məhkəmə iddiası qaldırıb. Ailə daha əvvəl Jacksonu digər iddialardan müdafiə etmiş və onu “ikinci ailələri” adlandırmışdı.23 səhifəlik iddiaya görə, Cekson uzun illər ərzində uşaqları cinsi istismara məruz qoyub, zorlayıb və təcavüz edib. İddialara görə, zorlamalar 1990-cı illərdə uşaqlar 7–8 yaşında olarkən başlayıb və müxtəlif tur və səyahətlər zamanı...
03 Mart 2026, 13:24
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Azərbaycanda televiziya, efir məkanı mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bununla bağlı mühüm addımlar atılıb. Bir neçə şou verilişləri bağlanıb. Bununla yanaşı, Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub.CityPost.az Manset.az-a istinadən həmin müğənnilərin siyahısını təqdim edir: Kəmalə GünəşliCanana (Mətanət İsgəndərlinin keçmiş gəlini)Nüşabə MusayevaNəfəs Ofelya ŞabanovaGünəş Qumral (Musa Musayev və Təranə Qumralın qızı)Səbinə SelcanÜlviyyə Namazova Afət FərmanqızıAşıq Namiq Mehriban Qəmbərova Şəbnəm QəhrəmanovaArzu Mirzəyeva Şəlalə Səsli Naza Veysəlova Ziba Osmanlı Aida Ziyadxanlı Pünhan Piriyev Talıb Tale Müğənni Canan Balaəli Aqşin Fatehİfrat Dəniz Əsədovaİbrahim Borçalı Arzu Mələk Elxan QaraxanoğluQeyd edək ki, siyahı tərtib olunarkən adı çəkilən müğənnilərin ciddi musiqini təbliğ etməmələri və efir məsuliyyətinə diqqətsiz yanaşmaları nəzərə alınıb. ...
27 Fevral 2026, 14:41
Sezar mükafatlandırma mərasimində mübahisə
Cümə axşamı Parisdə keçirilən Sezar Mükafatlarının təqdimetmə mərasimi qalmaqala səbəb olub. Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Mərhum Bricit Bardot üçün çəkilmiş video tamaşaçılar tərəfindən soyuq qarşılanıb. Məşhur aktrisanın klipləri nümayiş etdirilərkən fit səsləri və narazılıqlar eşidilib.1960-cı illərin ən ikonik seks simvollarından biri olan Bardo dekabr ayında 91 yaşında vəfat etdi. Mərasim onun kinoya verdiyi töhfəni qeyd etmək məqsədi daşısa da, tamaşaçıların reaksiyası qarışıq idi. Bir neçə fransız izləyicisi X (əvvəlki adı Twitter) səhifəsində kiminsə xatirə mərasimi zamanı "irqçi" qışqırdığını eşitdiyini bildirib.Video montajda Bardotun 1973-cü ildə kinodan təqaüdə çıxmazdan əvvəlki ən məşhur rolları vurğulanırdı. Bəzi alqışlar eşidilsə də, iştirakçıların...
27 Fevral 2026, 14:33