Bizə yazın

Baku

-°C

USD

-

Aqil Ələsgər: Naxçıvana hücum SEPAH-ın təxribatıdır 

Siyasət 06 Mart 2026, 14:07

605

Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən dron hücumu ilə bağlı Citypost.az-aaçıqlama verən siyasi şərhçi Aqil Ələsgər bildirib ki, bu hadisə İran daxilində xüsusilə İnqilab Keşikçiləri Korpusu – SEPAH daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin növbəti təxribatı kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə İranda real hakimiyyət balansı ciddi şəkildə dəyişib və faktiki olaraq SEPAH təkcə hərbi strukturlara deyil, həm də ölkənin siyasi qərarlarına təsir edən əsas gücə çevrilib.

Aqil Ələsgər qeyd edib ki, formal olaraq SEPAH ali dini rəhbərə bağlı hesab olunsa da, mövcud vəziyyətdə bu struktur faktiki olaraq İranın daxili və regional siyasətində əsas söz sahibinə çevrilib.

Siyasi şərhçinin fikrincə, SEPAH daxilində uzun illərdir Azərbaycana qarşı düşmən münasibəti ilə seçilən radikal dairələr mövcuddur və bu dairələr regionda gərginlik yaratmaq, qonşu ölkələrə qarşı təxribatlar törətmək xətti ilə tanınırlar.

Aqil Ələsgər bildirib ki, SEPAH-ın region siyasəti uzun müddət general Qasım Süleymaninin idarə etdiyi “Şiə hilalı” strategiyası üzərində qurulub. Bu strategiyanın əsas məqsədi müxtəlif ölkələrdə İranın təsir dairəsini genişləndirmək və bölgədə ideoloji-siyasi nüfuz yaratmaq idi.

Onun sözlərinə görə, Azərbaycana qarşı illərdir düşmən ritorikası ilə çıxış edən bəzi dini fiqurlar – o cümlədən Seyid Həsən Amili və Azərbaycandan qovulmuş Ocaq Nejat kimi şəxslər də məhz SEPAH-a yaxın mövqeləri ilə tanınırlar və açıq şəkildə anti-Azərbaycan çağırışları ilə yadda qalıblar.

Siyasi şərhçi hesab edir ki, Naxçıvana edilən hücum da SEPAH daxilindəki anti-Azərbaycan dairələrin Azərbaycana gözdağı vermək cəhdidir.

“Azərbaycan indiyədək öz ərazisinin üçüncü dövlətlər tərəfindən qonşularına qarşı istifadə olunmasına heç vaxt imkan verməyib. Əksinə, həm regionda humanitar məsələlərdə, həm də müsəlman dünyasında həssas mövzularda hər zaman məsuliyyətli mövqe nümayiş etdirib. Buna baxmayaraq, İran daxilindəki radikal qüvvələr fürsət düşən kimi Azərbaycana qarşı terror xarakterli addımlar atmaqdan çəkinmirlər”, – deyə Aqil Ələsgər vurğulayıb.

O əlavə edib ki, bu cür təxribatlar Azərbaycanı qorxutmaq və ya geri çəkilməyə məcbur etmək məqsədi daşısa da, əksinə regionda yeni reallığı daha da möhkəmləndirir.

“Bu hadisə bir daha göstərir ki, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik təsadüfi deyil. Naxçıvanla bağlı vəziyyət fonunda uçuşların Türkiyənin Iğdır şəhərinə yönləndirilməsi də qardaşlığımızın real və praktik gücünü nümayiş etdirir. Belə addımlar Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirir”, – deyə siyasi şərhçi bildirib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Parlamentin Komissiyası Naxçıvanla bağlı bəyanat qəbul etdi

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı Komissiyası Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikası ərazisindən olunan PUA hücumlarına dair Bəyanat qəbul edib. Citypost.az məlumatına görə, bəyanatda deyilir:“2026-cı il martın 5-də Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən partlayan döyüş başlığı ilə təchiz edilmiş pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar həyata keçirilib.PUA-lardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını zədələyib, digəri isə Babək rayonunun Şəkərabad kəndində orta məktəb binasının yaxınlığına düşüb. Hücumlar zamanı dörd nəfər mülki şəxsin xəsarət aldığı müəyyən edilib.Muxtar Respublikanın yeganə beynəlxalq hava qapısı olan Hava Limanının və mülki infrastrukturun hədəfə alınmasını beynəlxalq hüququn norma və prinsiplərinin...

06 Mart 2026, 18:25

Tamilla Qulami: İranın təxribatı Azərbaycan-Türkiyə əlaqələrinə təzyiqdir  

Ümid Partiyası sədrinin müavini, siyasətçi Tamilla Qulami Citypost.az-a açıqlamasında bildirib ki, İranda hakimiyyətdə yaranan boşluq və idarəetmə sistemindəki problemləri əsasən Sepah qüvvələri öz nəzarətinə götürüb. O qeyd edib ki, Sepah qüvvələri 1979-cu ildən bəri İranın “İslam İnqilabı Keşikçiləri” adı altında ölkəni xarici düşmənlərdən qorumağa çalışırlar, lakin bu zaman daxildə digər millətlərə və qonşu dövlətlərə qarşı düşmən mövqeyi sərgiləyirlər.T. Qulami xatırladıb ki, tarix boyu Azərbaycan da bu siyasətin hədəfi olub və İran, xüsusilə Birinci və İkinci Qarabağ müharibələrində Ermənistana dəstək verib. Onun sözlərinə görə, İran özünü müsəlman dövləti kimi təqdim etsə də, beynəlxalq siyasətdə bəzən müsəlman olmayan dövlətləri müdafiə edib.Siyasətçi əlavə...

06 Mart 2026, 14:19

Elnarə Akimova: Azərbaycana təzyiq etmək mümkün deyil

Naxçıvana düşən dron təkcə hərbi insident deyil, regionda gedən böyük geosiyasi proseslərin bir epizodu kimi qiymətləndirilməlidir.Bunu Milli Məclisin deputatı Elnarə Akimova Citypost.az-a açıqlamasında deyib. Deputat bildirib ki, Naxçıvan Azərbaycanın sadəcə coğrafi parçası deyil, dövlətin qürurunun, iradəsinin və strateji mövqeyinin simvoludur. Onun sözlərinə görə, tarix boyu müxtəlif təzyiqlərlə üzləşən bu torpaq heç vaxt boyun əyməyib və buna görə də Naxçıvana düşən hər bir mərmi və ya dron Azərbaycanın dövlətçiliyinə yönəlmiş hücum kimi qəbul olunmalıdır.Elnarə Akimova qeyd edib ki, mövcud vəziyyət yalnız hərbi insident kimi dəyərləndirilməməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Azərbaycanın strateji enerji qovşağı və geosiyasi körpü...

06 Mart 2026, 11:58

VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat başladı 

Bu gündən VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib.Citypost.az xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə əlaqəli keçirilən brifinqdə məlumat verib.Onun sözlərinə görə, ötən beş il müddətində müsabiqə iştirakçı sayının artımı ilə yanaşı, həm də keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli irəliləyiş əldə edib, müxtəlif sahələri təmsil edən minlərlə namizəd üçün obyektiv qiymətləndirmə və inkişaf mühiti yaradıb:"Builki müsabiqə üçün qeydiyyat aprelin 16-na kimi davam edəcək. Qeydiyyat "Yüksəliş" müsabiqəsinin rəsmi internet səhifəsi olan "yukselish.az" vasitəsilə həyata keçirilir".Qeyd olunub ki, qeydiyyat mərhələsi bitənədək yaşı 21-dən 51-dək olan, ali təhsilli, ən az 2 il idarəetmə təcrübəsinə malik Azərbaycan...

06 Mart 2026, 11:58

Nadir Azəri: İran unudur ki, qarşısında Azərbaycan dayanır

“Cənub qonşumuz İran uzun illərdir, əslində isə əsrlərdir Azərbaycana qarşı cinayətkar, terrorçu və xain əməllərini davam etdirir. Hələ müstəqilliyimizin ilk illərində baş verən proseslərdə də İranın müəyyən rollar oynadığı məlumdur. Burada söhbət Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının talan olunması prosesində İranın bu və ya digər formada iştirakından gedir. Eyni zamanda 44 günlük Vətən müharibəsi dövründə də İran müxtəlif yollarla Azərbaycan Ordusunun uğurlarına mane olmaq cəhdləri göstərmişdi. Lakin bu cəhdlər nəticəsiz qaldı”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Onun sözlərinə görə, postmüharibə dövründə isə bütün dünya Azərbaycanın yaratdığı yeni reallıqlara uyğun...

06 Mart 2026, 11:30

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.Citypost.az xəbər verir ki, qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud...

06 Mart 2026, 11:20