Bizə yazın

Baku

-°C

USD

-

Moldova Baş nazirinin müavini Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib 

Cəmiyyət 06 Mart 2026, 13:30

376

Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi martın 6-da Şəhidlər xiyabanını və Zəfər parkını ziyarət edib.

Citypost.az xəbər verir ki, Zəfər parkında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Moldova Baş nazirinin müavini, xarici işlər naziri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Daha sonra Şəhidlər xiyabanında ziyarət zamanı Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının mənzərəsini seyr edən qonağa Azərbaycan paytaxtında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əli Əsədov belaruslu həmkarı ilə İranın Naxçıvana PUA hücumunu müzakirə edib 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun belaruslu həmkarı Aleksandr Turçin ilə telefon danışığı baş tutub.Bu barədə  Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.Telefon danışığı zamanı iki ölkə prezidentlərinin birgə səyləri nəticəsində müxtəlif sahələrdə Azərbaycan-Belarus çoxşaxəli tərəfdaşlığının dinamik inkişafı qeyd edilib.Hökumət başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər. Ə.Əsədov İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə zərbələri barədə məlumat verib.Baş nazirlər həmçinin Azərbaycan ilə Belarus arasında qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə olunub....

06 Mart 2026, 20:28

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.Citypost.az xəbər verir ki, təbrik mətnində deyilir:"Hörmətli xanımlar!Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük keçmişimiz qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Hər bir azərbaycanlının qəlbində məhz Ana məfhumu daim doğma yurdla, Vətən torpağı ilə bağlı işıqlı duyğular yaradır. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında, dilimizin əsrlərin sınağından çıxaraq layiqincə yaşadılmasında analarımızın misilsiz...

06 Mart 2026, 18:05

Bakıda yeni dayanacaqlar quraşdırılır 

Bakıda və regionlarda yeni dayanacaqlar quraşdırılır.Citypost.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətini artırmaq məqsədilə irimiqyaslı layihəyə start verir.Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, ölkənin müxtəlif regionlarında müasir tipli yeni dayanacaq pavilyonlarının quraşdırılması nəzərdə tutulur.Plan üçün 3 654 073,57 azn müəyyən edilib.

06 Mart 2026, 17:40

Yücel Karauz:Heç kim Azərbaycanın gücünü sınağa çəkməməlidir

Naxçıvanda mülki obyektlərin pilotsuz uçuş aparatları ilə hədəfə alınması regional təhlükəsizlik baxımından son dərəcə təhlükəli presedentdir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib.General qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisində mülki hədəflərin pilotsuz uçuş aparatları ilə vurulması hansı hərbi əsasla izah edilməyə çalışılsa da, regional təhlükəsizlik baxımından son dərəcə təhlükəli həddin aşılması kimi qiymətləndirilməlidir.Y.Karauz vurğulayıb ki, yaranmış vəziyyət artıq yalnız iki ölkə arasında diplomatik gərginlik çərçivəsində deyil, birbaşa mülki infrastrukturun təhlükəsizliyi və dövlət suverenliyi məsələsi kontekstində qiymətləndirilməlidir. Türk generalın fikrincə, baş verən hadisənin bir neçə mühüm nəticəsi ola bilər: “Birincisi, Azərbaycan xüsusilə Naxçıvan...

06 Mart 2026, 17:37

Finlandiya İranın Azərbaycana hücumunu pisləyib 

Finlandiya İranın Azərbaycana qarşı pilotsuz uçuş aparatları (PUA) ilə hücumunu pisləyib."Report" xəbər verir ki, bu barədə Finlandiyanın Cənubi Qafqazdakı nümayəndəliyinin rəsmi səhifəsində bildirilib."Finlandiya İranın Naxçıvanın hava limanının mülki infrastrukturuna PUA-larla hücumlarını qətiyyətlə pisləyir. Bu, Azərbaycanın təhlükəsizliyinin və ərazi bütövlüyünün pozulması, həmçinin gərginliyin daha da artması riskidir. Regionda sabitlik dəstəklənməli, sarsıdılmamalıdır", - diplomatik missiyanın məlumatında bildirilib.

06 Mart 2026, 17:26

Bakıda yeni avtobus deposu istifadəyə verildi

“BakuBus” MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində “Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib.Bu barədə Citypost.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.Bildirilib ki, 4,3 hektar ərazini əhatə edən yeni avtobus parkının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Parkın ərazisində inzibati bina, müasir yuma kompleksi, təmir mərkəzi fəaliyyət göstərir. Depoda 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobusa xidmət göstəriləcək.Avtobusların 48 ədədi 77, 102 ədədi isə 81 nəfərlik sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 42 ədəd 240 kVt gücünə malik enerjidoldurma cihazı quraşdırılıb. Sözügedən avadanlıq həddindən artıq gərginlik, cərəyan, faza itkisi...

06 Mart 2026, 17:10