Bizə yazın

Baku

-°C

USD

-

Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq 

Cəmiyyət 10 Mart 2026, 12:29

203

Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin yeni nizamnamələri hazırlanacaq.

Citypost.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Agentliyin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Mərkəzin yeni nizamnaməsinin layihəsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir Rusiya klassiki… 

Citypost.az xəbər verir ki, analitik Turab Rzayev bildirib ki, Rusiya çətin vəziyyətlə üzləşdikdə Yaxın Şərqdə müharibə tendensiyası yaranır. Son günlər Körfəz ölkələrinin neft infrastrukturu dağıdılıb, dünya bazarında həm neft, həm də qaz çatışmazlığı müşahidə olunur və qiymətlər sürətlə artır.T.Rzayev vurğulayıb ki, bu gərginlik ABŞ-ı Rusiyaya qarşı tətbiq olunan sanksiyaları yumşaltmağa məcbur edir. “Hələlik bu yumşaltma baş verir, amma vəziyyət dinamikdir,” – deyə o əlavə edib.Analitik qeyd edir ki, enerji bazarındakı bu gərginlik qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər və regiondakı siyasətçilər diqqətli olmalıdır.Əli...

10 Mart 2026, 13:06

Zaur Mikayılovun vətəndaş qəbulunun tarixi dəyişdirilib 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun martın 13-də Abşeron rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.Citypost.az-a bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, qəbulun tarixi martın 18-nə keçirilib. Görüş Abşeron və Zəngilan rayonlarının sakinləri üçün nəzərdə tutulub.

10 Mart 2026, 12:22

Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sabah  hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 779 mm civə sütunundan 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi...

10 Mart 2026, 12:20

Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Dizə kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

10 Mart 2026, 11:42

İrandan Azərbaycana 2097 nəfər təxliyə edilib 

Fevralın 28-i saat 08:00-dan martın 10-u saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2097 nəfər təxliyə edilib.Citypost.az xəbər verir ki, təxliyə olunanların 365-si Azərbaycan vətəndaşıdır.

10 Mart 2026, 11:29

Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi - Foto 

Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib.“Qafqazinfo” xəbər verir ki, Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.Qeyd edək ki, Z.Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb.O, 1982-ci ildə Azərbaycan ədəbiyyatının dahi şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş 3 nəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə Ümummilli Lider Heydər Əliyev böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama uyğun olaraq Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü Həmid Nəsirov, daxili işlər nazirinin müavini Telman Əliyev və...

10 Mart 2026, 11:05