Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda pensiya yaşını keçən icra başçıları - SİYAHI 

Cəmiyyət 25 Mart 2026, 09:21

299

Azərbaycanda bir sıra şəhər və rayon icra hakimiyyəti başçıları pensiya yaşına çatıb, bəziləri isə bu həddi artıq geridə qoyub. Mövcud vəziyyət göstərir ki, ölkədə yerli icra strukturlarında pensiya yaşına çatan başçıların sayı kifayət qədər çoxdur.

Modern.az 65 yaşı keçən və pensiya yaşında olan icra başçılarını araşdırıb.

65 yaş həddinə çatanlar

Hazırda bəzi icra başçıları məhz bu il pensiya yaşına çatır və ya bu həddi yeni keçir. Onların arasında həm bölgə, həm də paytaxt ətrafı rayonların rəhbərləri yer alır.

Astara İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev və Tovuz İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bu il 65 yaşına çatacaq. Pirallahıya rəhbərlik edən Vasif İmanov da 1961-ci il təvəllüdlüdür və bu il pensiya yaşına çatır.

Şəkinin icra başçısı Elxan Usubovun və Zəngilandan olan həmkarı Ramiz Həsənov isə bu il 66 yaşını qeyd edəcək.

Pensiya yaşını çoxdan keçənlər

Digər qrupda isə artıq illərdir pensiya yaşını keçməsinə baxmayaraq vəzifədə qalan icra başçıları yer alır. Bu siyahıda ölkənin ən böyük şəhərlərinin rəhbərləri də var.

Bakı meri Eldar Əzizov iyun ayında 69 yaşını qeyd edəcək. Gəncə icra başçısı Niyazi Bayramov isə yaxın günlərdə 70 yaşını tamamlayır.

Sumqayıt icra hakimi Zakir Fərəcovun ötən ay 72 yaşı tamam olub. Lənkəranın icra başçısı Taleh Qaraşov isə 67 yaşını qeyd edəcək.

Şirvan şəhərinə rəhbərlik edən İlqar Abbasov 68 yaşını tamamlayıb. Həmkarlarından Ağcəbədi İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 72, Ağdam İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov isə 67 yaşındadır.

Bərdədə icraedici orqanın başçısı Vidadi İsayev gələn ay 67 yaşını qeyd edəcək. Onun Füzulidən olan həmkarı Alı Alıyev isə 71 yaşındadır.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubovun 72 yaşı var. Xocavəndin icra hakimi Eyvaz Hüseynov isə bu il 67 yaşını tamamlayıb.

Qobustan İcra Hakimiyyətinin başçısı Adil Məmmədov gələn ay 74 yaşını qeyd edəcək. Qubadlı icra başçısı Malik İsaqovun 72 yaşı var.

Qusara rəhbərlik edən Sahir Məmmədxanov və Sabirabadın icra başçısı Siraqəddin Cabbarov bu il 67 yaşını tamamlayır.

Siyəzən İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun 71, Şuşadan olan həmkarı Bayram Səfərovun isə 75 yaşı var. 

Zaqatala İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin 79 yaşı tamam olub. Zərdab İcra Hakimiyyətinin başçısı Mərdan Cəlalov isə 70 yaşını qeyd edəcək. 

Maaşla bərabər pensiya alırlar:

Qeyd edək ki, icra başçılarının pensiya yaşı barədə birbaşa xüsusi norma mövcud deyil və onlar dövlət qulluqçusu statusunda olduqları üçün “Əmək pensiyaları haqqında” Qanunun ümumi pensiya yaşı tələbləri tətbiq edilir. Hazırda Azərbaycanda yaşa görə əmək pensiyası hüququ kişilər üçün 65 yaş, qadınlar üçün isə mərhələli şəkildə artırılmaqla müəyyən edilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququ yaranan şəxs işləməyə davam edərsə, ona əmək pensiyası təyin olunur və ödənilməsi davam etdirilir. Yəni, pensiya yaşına çatmış icra başçısı vəzifəsini icra etməyə davam etdiyi halda, həm əməkhaqqı, həm də əmək pensiyası almaq hüququnu saxlayır. Qanunvericilikdə əmək pensiyasının ödənilməsinin yalnız müəyyən hallar baş verdikdə (məsələn, vəfat, nikah, pensiya şərtlərinə uyğun olmamaq və s.) dayandırılması nəzərdə tutulur, işləmək bu hallar sırasına daxil deyil. Eyni zamanda, işləyən pensiyaçıların pensiyası hər 6 ildən bir yenidən hesablanır və əlavə sığorta kapitalı nəzərə alınır 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tıxacların əsas səbəbi məktəb saatlarıdır - Eksperdən AÇIQLAMA

Psixoloq-konsultant Kamil Həmidov Bakıdakı tıxacların əsas səbəbini açıqladıCitypost.az xəbər verir ki, Bakı şəhərində nəqliyyat sıxlığı ilə bağlı müzakirələr davam edərkən, psixoloq-konsultant Kamil Həmidov mövzuya fərqli prizmadan yanaşıb. O bildirib ki, tıxac probleminin həlli üçün tez-tez səsləndirilən universitetlərin və ya paytaxtın köçürülməsi kimi təkliflər reallıqdan uzaqdır.Onun sözlərinə görə, əhatəli monitorinq aparılarsa, tıxacların əsas səbəbini müəyyən etmək çətin deyil. “Hansı saatlarda tıxac yaranır və şəhərin hansı hissələrində hərəkət dayanır?” suallarının cavabı əslində aydındır: əsas sıxlıq orta məktəblərin dərsə giriş və çıxış saatlarında müşahidə olunur.Kamil Həmidov qeyd edir ki, universitetlərin bu problemdə rolu şişirdilir. Çünki tələbələrin böyük hissəsi ictimai nəqliyyatdan istifadə edir. Bundan...

25 Mart 2026, 10:10

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək 

Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.Citypost.az xəbər verir ki, bu gün 5 vaqon buğda Ermənistana yola salınacaq.Qeyd edək ki, Azərbaycandan tranzit keçməklə Ermənistana mütəmadi olaraq taxıl, gübrə və digər məhsullar göndərilir. (APA)

25 Mart 2026, 10:03

FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib 

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Həmçinin, mülayim qərb küləyinin güclənməsi və temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.CityPost.az  xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla...

25 Mart 2026, 09:33

Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ”

Proqram təminatı ilə işləyən avtomobillər bir müddət sonra sıradan çıxa bilər.Müasir avtomobillər artıq sadəcə mühərrikdən ibarət deyil. Onlar indi həm də proqram təminatı ilə işləyir. İstehsalçılar hər il yeni funksiyalar əlavə edir. Amma, 5 il əvvəlki avtomobilin prosessoru bu yükü qaldıra bilmir.Avtomobil elektriki Xaliq Əliməmmədov deyir ki, bəzi hallarda proqram yenilənmələri elektrikli avtomobillərin batareya ömrünü qorumaq adı ilə onun sürətlənmə gücünü və ya şarj sürətini gizlicə azalda bilir. Bəs ustanın "dolur" dediyi yaddaşı artırmaq mümkündürmü?Xaliq Əliməmmədov bildirib ki, avtomobilin əyləc və təhlükəsizlik sistemləri bu yavaşlamadan sığortalanıb, yəni proqram donanda sükan kilidlənmir. Görünən odur ki, gələcəkdə avtomobil alarkən artıq mühərrik gücü ilə...

24 Mart 2026, 22:13

Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Martın 25-də paytaxtın Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq.Bu barədə CityPost.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət saat 08:00-dan 26 mart saat 22:00-dək məhdudlaşdırılacaq.Sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

24 Mart 2026, 20:39

MN rəhbərliyi hərbi hospitalda olub 

Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.MN-dən  verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi ziyarət olunub.Müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.Hərbi tibb müəssisəsində yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər....

24 Mart 2026, 18:26