Bizə yazın

Baku

-°C

USD

-

Heydər Oğuz: İran proksilərini özü ilə uçuruma aparır  

Siyasət 25 Mart 2026, 10:19

236

Tanınmış jurnalist, Ovqat.com saytının rəhbəri Heydər Oğuz sosial şəbəkə hesabında İranın regiondakı siyasəti ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

Citypost.az xəbər verir ki, jurnalist  bildirib ki, İran uzun illər ərzində Livan kimi ölkələrdə mühüm təsir gücünə malik olub. Bir vaxtlar bu ölkədə müxtəlif dini qrupların – xristianların və sünnilərin də İranı dəstəklədiyini xatırladan jurnalist qeyd edib ki, son hadisələr fonunda vəziyyət ciddi şəkildə dəyişib.

Onun sözlərinə görə, Livan hökuməti İran səfirini “persona non grata” elan edərək ölkədən uzaqlaşdırıb. Məsələyə münasibət bildirən Livanın Baş naziri Nəvaf Salam bu addımın səbəbini belə izah edib: İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livan ərazisində həyata keçirilən əməliyyatlara faktiki nəzarət edir və rəsmi hökumətin razılığı olmadan ölkəni təhlükəli qarşıdurmaya sürükləməyə çalışır.

Heydər Oğuz hesab edir ki, baş verənlər İranın ən yaxın hesab olunan qüvvələrinə belə münasibətinin dəyişdiyini göstərir. Onun fikrincə, Tehran “cəhənnəmə gedən özünə yoldaş axtarar” məntiqi ilə hərəkət edərək regiondakı tərəfdaşlarını da risk altına atır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şahin Nəcəfov: Yaxın Şərqdə müharibə qlobal böhran riski yaradır  

Tanınmış siyasi şərhçi Şahin Nəcəfov regionda baş verən hadisələrin dünya miqyasında ciddi siyasi və iqtisadi sarsıntılar yaratdığını bildirib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarının uzanması və gözlənilən nəticəni verməməsi münaqişənin miqyasını genişləndirir. Ekspert hesab edir ki, bu savaş əvvəlki münaqişələrdən fərqli olaraq yalnız bir ölkənin taleyini deyil, eyni zamanda böyük güclərin siyasi, hərbi və iqtisadi nüfuzunu da sual altına alır.Şərhçi qeyd edir ki, İran müharibənin ilk mərhələsində ciddi itkilər versə də, həm müdafiə, həm də əks-hücum imkanlarını qoruyub saxlayıb. Xüsusilə Körfəz bölgəsindəki ABŞ hərbi bazalarına və enerji xətlərinə yönələn hücumlar münaqişənin...

25 Mart 2026, 09:55

İsrailin hədəfi və Azərbaycanın səylərinə maneə – Aydın Quliyev açıqladı

Heyf....Azərbaycanın və şəxsən İlham Əliyevin o qiymətli səylərindən ki..... İsrail Yaxın və Orta Şərqdə on illər boyu çalışdığı daha bir hədəfinə çatmaq üzrədir - müsəlman dövlətlərini bir-biri ilə vuruşdurmaq.... 1948 və 1967-ci illər müharibəsində Misir, Suriya, İordaniya və digərlərinin İsrailə qarşı vahid cəbhədə çıxış etməsi İsrail liderlərini çox narahat etdi və islam ölkələrinin birliyini pozmaq bir strateji hədəf kimi önə çıxarıldı. Az sonra buna nail olundu. Fələstinin dövlətçilik haqqını açıq müdafiə edən tək-tək müsəlman ölkələri qaldı. Hərəni bir cür neytrallaşdırdılar....Bu sözlər "Bakı Xəbər" media qrupunun rəhbəri, politoloq Aydın Quliyevin sosial media hesabındakı statusundandır. A.Quliyev daha sonra yazır:- Daha sonra isə -...

25 Mart 2026, 09:22

Ədalət Verdiyev: İranın yanlış siyasəti ölkəni ağır vəziyyətə sürükləyib  

Ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev İranın mövcud vəziyyəti ilə bağlı geniş təhlilini bölüşüb. Citypost.az xəbər verir ki, ekspertin sözlərinə görə, İran rejiminin perspektivsiz və regional, həmçinin beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan nüvə proqramından vaxtında imtina etməməsi ölkə üçün ağır nəticələr doğurub.Ekspert bildirir ki, bu gün İran ərazisində müxtəlif təyinatlı on minlərlə obyekt dağıdılıb, güc strukturlarının minlərlə əməkdaşı, eləcə də yüzdən çox siyasi və hərbi rəhbər şəxs həyatını itirib. Qeyd olunur ki, bəzi vəzifələr üzrə təyinatlar qısa müddət ərzində bir neçə dəfə dəyişib.Onun fikrincə, İranın hərbi hava qüvvələri, hava hücumundan müdafiə sistemləri, hərbi dəniz və aerokosmik qüvvələri artıq funksional...

25 Mart 2026, 09:05

Mətanət Ağamirli: ABŞ-ın hərəkətləri ikili standartdır  

Jurnalist, Əməkdar jurnalist Mətanət Ağamirli ABŞ-ın beynəlxalq siyasətini tənqid edib. Citypost.az xəbər verir ki, jurnalist  bildirib ki, ABŞ-ın etdiyi hərəkətlər başqa bir ölkə tərəfindən edilsəydi, “müharibə cinayəti” sayılardı. Türkiyə, Rusiya, Çin və digər ölkələrin hərəkətləri dünya tərəfindən sərt tənqid edilərkən, ABŞ-ın hərəkətləri “beynəlxalq təhlükəsizlik” kimi təqdim olunur.Mətanət Ağamirli qeyd edib ki, ABŞ illərdir dünyaya məcburi dollar siyasətini qəbul etdirir, yeraltı sərvətlərə iddialıdır və beynəlxalq hüquq normalarını pozur. O əlavə edib ki, ABŞ rəhbərliyi Epstein dosyaları və digər əxlaqsızlıq halları ilə də ictimaiyyətin diqqətini yayındırır və dünyanın idarə olunmasına cəhd edir.Jurnalist vurğulayıb ki, hər kəsin öz zamanı var və Trampın da...

24 Mart 2026, 12:00

Heydər Oğuz: SEPAH ABŞ-İran danışıqlarını boykot edir  

Jurnalist Heydər Oğuz ABŞ-İran danışıqları barədə bildirib ki, Tramp administrasiyasının İran rəsmiləri ilə danışıqlara başladığını bəyan etməsinə cavab yalnız SEPAH-dan gəlir. SEPAH məlumatın yanlış olduğunu bildirir, Tehran rəsmiləri isə hələ susmaqda davam edir.Citypost.az xəbər verir ki, Heydər Oğuz qeyd edib ki, SEPAH-ın bu mövqeyi, İranla ABŞ arasında əldə olunacaq razılaşmalarda onların tamamilə məhv olunacağı və proksi dəstələrinin buraxılacağı ehtimalı ilə bağlıdır. Onlar mövqelərini və milyardlarla pul gətirən imkanlarını itirməmək üçün danışıqları boykot etməyə çalışırlar.Jurnalist vurğulayıb ki, SEPAH həm özlərini, həm də İran xalqını özləri ilə bərabər riskə ataraq ABŞ-dan güzəşt qoparmağa çalışır.Əli...

24 Mart 2026, 11:32

Fikrət Fərəməzoğlu: Qalibaf ABŞ-la danışıqlarda əsas fiqurdur  

Jurnalist Fikrət Fərəməzoğlu İran və ABŞ arasında aparılan danışıqları şərh edib. Onun sözlərinə görə, danışıqlarda əsas şəxs İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafdır. Varlı və dindar ailədən olan Qalibaf mühafizəkar qanadın nümayəndəsi olsa da, sərt xəttin tərəfdarı deyil və orta xətt nümayəndəsi kimi qəbul olunur.Citypost.az xəbər verir ki, Fikrət Fərəməzoğlu bildirib ki, Qalibaf ABŞ-la danışıqlarda müəyyən şərtləri qəbul edə bilər, lakin onları reallaşdırmaq imkanı sual altındadır, çünki İranın faktiki nəzarətini əlində saxlayan SEPAH və sərt xətt tərəfdarları bu şərtləri qəbul etməyə hazır görünmür. Ötən gün açıqlanan 6 şərt də məhz SEPAH-ın tələbləridir.Jurnalist vurğulayıb ki, ABŞ-ın son açıqlaması daxili bazarı sakitləşdirmək...

24 Mart 2026, 11:08