Yatmazdan əvvəl isti vanna yuxu keyfiyyətini artırır
Tibb 25 Mart 2026, 10:16
310
Mütəxəssislərin qənaətinə görə, yatmazdan əvvəl qəbul edilən isti vanna xüsusilə yaşlı insanlarda yuxu keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Aparılan müşahidələr göstərir ki, bu sadə axşam vərdişi daha dərin yuxuya getməyə, gecə oyanmalarının azalmasına və yuxusuzluq şikayətlərinin minimuma enməsinə səbəb olur.
Citypost.az xəbər verir ki, araşdırmada iştirak edən şəxslər arasında mütəmadi olaraq yatmazdan əvvəl vanna qəbul edənlərdə yuxu göstəricilərinin daha stabil olduğu müşahidə edilib. Eyni nəticə adi duş qəbul edənlərdə qeydə alınmayıb.
Mütəxəssislər bildirirlər ki, vannanın optimal effekti üçün müəyyən şərtlərə əməl olunmalıdır. Belə ki, vanna müddəti 18 dəqiqəni keçməməli, suyun temperaturu isə 41,7 dərəcədən yuxarı olmamalıdır. Xüsusilə soyuq fəsillərdə bu vərdişin təsiri daha qabarıq şəkildə özünü göstərir.
Həmçinin oxuyun
Qeyd olunur ki, ən uyğun vaxt yatmazdan 1–2 saat əvvəldir. İsti vannadan sonra bədənin istiliyi daha sürətlə azalır ki, bu da orqanizmin rahatlaşmasına və daha tez yuxuya getməsinə şərait yaradır.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Testosteron yaşlı qadınlarda piy paylanmasını yaxşılaşdıra bilər
Yeni araşdırmalar göstərir ki, testosteron yaşlı qadınlarda piyin daha sağlam paylanmasına kömək edə bilər, xüsusilə zədələnmələrdən sonra bərpa dövründə.Citypost.az-ın məlumatına görə, araşdırmada, hip sümüklərində qırıq keçirmiş yaşlı qadınlarda fiziki məşq ilə testosteron terapiyasının bədən tərkibinə təsiri öyrənilib. 66 qadın (orta yaşları təxminən 76–79) iki qrupa bölünüb:Birinci qrup fiziki məşq proqramı ilə yanaşı testosteron geli qəbul edib.İkinci qrup eyni məşq proqramını izləyib, lakin plasebo alıb.Altı ay davam edən müşahidələr zamanı piy toxumasındakı dəyişikliklər dual-enerji rentgen absorpsiometriyası (DXA) vasitəsilə qiymətləndirilib.Nəticələr göstərib ki, ümumi piy miqdarında əhəmiyyətli dəyişiklik olmayıb. Lakin testosteron qrupu daxili orqanlar ətrafında toplanan və sağlamlığa ən çox zərər verən visseral...
24 Mart 2026, 12:20
Stress xərçəng riskini artırmır
Yeni elmi araşdırmalar göstərir ki, stress və digər psixososial faktorlar xərçəngin yaranma riskini artırmır.Citypost.az-ın məlumatına görə tədqiqatçılar iştirakçıların sosial dəstək səviyyəsi, ailə vəziyyəti, yaxın itkilər, şəxsiyyət xüsusiyyətləri (məsələn, nevrotiklik) və ümumi psixoloji gərginlik kimi göstəriciləri qiymətləndiriblər.Nəticələr göstərib ki, bu psixososial faktorların heç biri ümumi xərçəng riskini artırmır. Ən çox rast gəlinən xərçəng növləri, o cümlədən süd vəzin xərçəngi, prostat xərçəngi və kolorektal xərçəng ilə də heç bir əlaqə aşkarlanmayıb.Ağciyər xərçəngi ilə bağlı bəzi ilkin statistik əlaqələr müşahidə olunub. Məsələn, yaxın itkinin yaşanması və ya aşağı sosial dəstək səviyyəsi olan şəxslərdə müəyyən zəif əlaqələr görünsə də, risk faktorları—xüsusilə siqaret çəkilməsi və...
24 Mart 2026, 09:45
Eynək təyini niyə vacibdir? Həkim RƏYİ
Gözlərimizi gün ərzində daim yükləyirik, kompüter ekranına baxır, telefonla işləyir, sürətli həyat tərzi içində yoruluruq. Amma bəzən elə olur ki, baş ağrısı, göz yorğunluğu və görmə problemləri həyatımızın gündəlik ritmini pozur. Belə hallarda çoxlarımız düşünürük: “Bəs eynək taxsam görməm daha da zəifləyəcəkmi?”Citypost.az-ın məlumatına görə, həkimlər bildirirlər ki, görmə zəif olduqda gözlər daha çox gərginləşir və bu gərginlik gözün qan dövranına təsir edə bilər. Nəticədə, görmə qabiliyyəti daha da zəifləyə və baş ağrısı ilə yorğunluq yarana bilər.Təcrübələr göstərir ki, uzun illər nevroloq müalicəsi alan pasientlər belə baş ağrısından xilas ola bilmirlər, amma düzgün təyin olunmuş eynək sayəsində bu problem həll olunur....
23 Mart 2026, 17:30
Damar tutulması: Erkən xəbərdarlıq siqnalları
Həkimlər xəbərdarlıq edirlər ki, damar sağlamlığına diqqət etməmək ciddi nəticələrə səbəb ola bilər. Citypost.az-ın məlumatına görə, damar tutulması adətən damar divarındakı iltihabla başlayır və bu iltihabın əsas səbəbləri üç faktorla bağlıdır:Siqaret – tərkibindəki zərərli maddələr damar divarını zədələyir və iltihab prosesini sürətləndirir.Yüksək qan təzyiqi – damar divarına davamlı təzyiq damar toxumasını incidir və iltihabı artırır.Şəkər və şəkərə meyillilik – qanda şəkərin yüksək olması damar divarını daha tez sərtləşdirir və iltihaba yol açır.Həkimlər bildirirlər ki, damardakı iltihabı müəyyən etmək üçün high-sensitive CRP (yüksək həssaslıqlı seriaktiv zülal) analizindən istifadə olunur. Bu test ən adi CRP analizinin göstərmədiyi iltihabı belə erkən mərhələdə aşkarlaya...
23 Mart 2026, 16:27
Mütəxəssislər: Uşaqlıq stressi həzmə təsir edir
Uşaqlıq dövründə yaşanan stressin insanın yetkinlik həyatında həzm sistemi ilə bağlı müxtəlif problemlərə yol aça biləcəyi bildirilir.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, erkən yaşlarda baş verən psixoloji gərginlik sonrakı dövrlərdə bağırsaq funksiyalarında və sinir sistemində ciddi dəyişikliklər yarada bilər.Bağırsaqla beyin arasında daimi əlaqə mövcuddur və bu sistemdə yaranan pozuntular qıcıqlanmış bağırsaq sindromu, qarın ağrısı, qəbizlik və ishal kimi problemlərlə özünü göstərə bilər. Mütəxəssislər hesab edirlər ki, erkən yaşlarda formalaşan stress reaksiyası uzunmüddətli təsir göstərərək həzm sisteminin işinə mənfi təsir edir.Aparılan müşahidələrə əsasən, uşaqlıq dövründə stressə məruz qalan fərdlərdə yetkinlik çağında həm psixoloji narahatlıq, həm də bağırsaq həssaslığı daha çox müşahidə...
23 Mart 2026, 10:08
Uşaqlarda sidik qaçırma: Nevroloq Qalib Əsədov izah edir
Nevroloq Qalib Əsədov bildirir ki, uşaqlarda sidik ifrazı sistemi beynin nəzarəti altında fəaliyyət göstərir və bu proses iradi idarəetməyə bağlıdır. Citypost.az xəbər verir ki, həkim bildirib ki, uşaqlarda sidik mərkəzi 5 yaşadək tam formalaşmadığından, bu yaşa qədər sidik ifrazının tam idarəsi mümkün olmur. 5 yaşdan sonra isə uşaqlar artıq sidiklərini iradə ilə tənzimləyə bilirlər.Həkim qeyd edir ki, bəzi hallarda 5 yaşdan sonra da sidik qaçırma müşahidə oluna bilər. Bunun səbəbləri arasında:Sinir sistemi xəstəlikləri – onurğa və ya beyin şişləri nəticəsində beyindən gələn siqnallar sidik kisəsinə çatmaya bilər;Hormon pozuntuları – gecə sidik ifrazını tənzimləyən vazopressin hormonunun kifayət qədər sintez olunmaması, şəkərli...
20 Mart 2026, 14:25