Süt pulu boşananda geri qaytarılır?
Hüquq 26 Mart 2026, 12:33
271
Son günlər sosial müzakirələrdə və ailə mübahisələri kontekstində “süt pulu” və ya toyqabağı verilən maddi hədiyyələrin boşanma zamanı geri tələb olunub-olunmaması məsələsi gündəmə gəlib. Xüsusilə “2 min manat süt pulu məhkəmə yolu ilə geri qaytarıla bilərmi?” sualı cəmiyyətdə maraq doğurur.
Citypost.az xəbər verir ki, hüquqşünasların fikrincə, “süt pulu” adlandırılan ödəniş ənənəvi olaraq toy ərəfəsində gəlin tərəfinə verilən maddi və ya simvolik hədiyyə kimi qəbul edilir. Lakin bu anlayışın Azərbaycan qanunvericiliyində ayrıca hüquqi statusu yoxdur.
Məsələyə hüquqi baxımdan yanaşıldıqda, əsas meyar həmin vəsaitin hədiyyə (bağışlama) kimi verilib-verilməməsidir. Əgər pul və ya digər maddi dəyər qarşı tərəfə hədiyyə kimi təqdim olunubsa, bu halda Mülki Məcəlləyə uyğun olaraq həmin əmlakın geri tələb olunması, ümumiyyətlə, mümkün sayılmır.
Hüquqşünasların qeyd etdiyinə görə, boşanma hallarında da hədiyyə xarakterli əşyalar — o cümlədən toy zamanı verilmiş qızıl-zinət əşyaları və digər təqdimatlar — adətən geri qaytarılmır və xanımın mülkiyyətində qalır.
Eyni yanaşma “süt pulu” kimi adlandırılan ödənişlərə də şamil oluna bilər. Əgər bu məbləğ qarşılıqsız hədiyyə kimi verilibsə, onun məhkəmə qaydasında geri tələb olunması hüquqi əsaslarla çətinlik yaradır və praktik məhkəmə təcrübəsində belə iddialar nadir hallarda təmin edilir.
Lakin hüquqşünaslar bildirirlər ki, əgər pulun verilməsi konkret şərtlərlə, müqavilə və ya razılaşma əsasında olubsa (məsələn, müəyyən öhdəliyin icrası ilə bağlı), o zaman artıq məsələ mülki mübahisə kimi qiymətləndirilə və məhkəmə baxışına çıxarıla bilər.Ümumilikdə, toy və nişan mərasimlərində verilən hədiyyələr, o cümlədən “süt pulu” adlandırılan ödənişlər hədiyyə kimi qəbul olunduqda geri tələb edilmir. Məhkəmə təcrübəsində də bu tip iddiaların təmin olunması üçün ciddi hüquqi əsasların olması tələb olunur.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ağızdan çıxan sözlər mənəvi zərərə səbəb ola bilər
Həyat yoldaşına hörmətsiz sözlər deyən şəxs artıq məsuliyyət daşıya bilərCitypost.az-ın məlumatına görə, həyat yoldaşına qarşı hörmətsiz davranış məsələn, “sən köksən, mən səni bəyənmirəm” və ya “sən kişi deyilsən” kimi ifadələr – artıq mənəvi zərərə səbəb ola bilər və hüquqi məsuliyyət yaradır.Əvvəllər belə hallar qanunla tənzimlənmirdi, lakin son qərarlara görə, əgər bu tip davranışlar varsa, vətəndaşlar məhkəməyə müraciət edə bilərlər. Bunun üçün isə subut və dəlillər toplanmalıdır. Məhkəmə yalnız möhkəm əsaslarla qərar qəbul edir, buna görə aşağıdakı sübutlar əhəmiyyətlidir:Psixoloq və ya mütəxəssis rəyi,Həkim kağızları və müalicə qeydləri,Həmin dövrdə qəbul edilən dərman preparatlarının qəbzləri,Video görüntülər, WhatsApp və digər yazışmalar.Bu dəlillər məhkəmədə təqdim...
25 Mart 2026, 12:16
İşsiz qalmaq aliment öhdəliyini aradan qaldırmır !– Hüquq nə deyir?
Artıq bir çox valideyn işsiz qaldıqda aliment ödəmək məsələsi ilə üzləşir. Bu, sosial şəbəkələrdə və məhkəmələrdə tez-tez müzakirə olunan mövzulardan biridir. Hüquqşünasların açıqlamasına görə, işsiz qalmaq aliment ödənişindən azad olmaq üçün əsas sayılmır.Citypost.az-ın məlumatına görə, hüquqşünaslar bildirir ki, aliment uşağın saxlanması və təminatı üçün müəyyən olunmuş puldur və valideyn işsiz olsa belə, bu məbləği ödəməlidir. “Uşaq hüquqları hər zaman üstün tutulur və dövlət tərəfindən qorunur. İşdən çıxmaq və ya müvəqqəti işsiz qalmaq aliment öhdəliyini aradan qaldırmır. Ödənilmədiyi halda isə müvafiq icra tədbirləri tətbiq olunur,” – deyə hüquqşünas qeyd edir.Qanuna əsasən, qarşı tərəf razılaşarsa və ya məhkəməyə müraciət olunarsa, alimentin ödənişi...
24 Mart 2026, 16:36
Sosial mediada təhqir: Hüququ nə deyir?
Son zamanlar sosial şəbəkələrdə təhqir, şərəf və ləyəqətə xələl gətirən paylaşımlar artıb. Hüquqşünaslar bildirir ki, belə hallarda vətəndaşlar birbaşa məhkəməyə müraciət edə bilər.Citypost.az xəbər verir ki, Məhkəmə prosesində təqsirli şəxslər bir il müddətinə qədər azadlıqdan məhrum edilə, həmçinin yüksək məbləğdə maddi və mənəvi təzminat ödəməyə məcbur edilə bilərlər. Ekspertlər vurğulayır ki, vətəndaşlar bu hüquqlarından çəkinmədən istifadə etməli, nəticədə təqsirkarların gələcəkdə belə hallardan çəkindiyini təmin etməlidirlər.Beləliklə, sosial şəbəkələrdə təhqir və alçaldıcı paylaşımlar yalnız hüquqi məsuliyyətsiz qalmır, hüquqi müdaxilə vasitəsilə şəxsiyyətin qorunması mümkündür.Əli...
24 Mart 2026, 12:34
Ev satışında qeydiyyatlı ailə üzvlərinin razılığı: nə bilmək lazımdır?
Ev sahibi öz mülkiyyətində olan mənzili satmaq istədikdə, bəzi hallarda ata, ana, bacı və qardaş kimi qeydiyyatda olan ailə üzvlərinin razılığı tələb olunur. Citypost.az xəbər verir ki, Qanunvericiliyə görə, əgər ev yalnız sahibin adınadırsa, qeydiyyatda olan şəxslərin razılığı məcburi deyil.Amma notariyyat kontorları praktikada onların razılığını tələb edir. Bunun məqsədi gələcəkdə mübahisələrin qarşısını almaqdır. Evdə qeydiyyatda olan, amma faktiki olaraq orada yaşamayan şəxslərin istifadə hüquqları qüvvədə qalır. Sahib, məhkəməyə müraciət etməklə, həmin şəxslərin istifadə hüququnun itirilmiş hesab edilməsini təmin edə bilər. Belə qərar qəbul edildikdə, qeydiyyatda olan şəxsin razılığı artıq tələb olunmur.Əgər məhkəmə tərəfindən istifadə hüququnun itirilməsi təsdiqlənibsə, həmin şəxslərə kompensasiya...
23 Mart 2026, 16:10
Vergi tələblərində vətəndaşların hüquqları
Son dövrlərdə bəzi vətəndaşlar torpaq və əmlak vergilərinin hesablanması ilə bağlı çaşqınlıq yaşayır. Bu məsələ xüsusilə çoxmərtəbəli binalarda yaşayan vətəndaşların diqqətini çəkir.Citypost.az xəbər verir ki, hüquqşünasların açıqlamasına görə, ilk növbədə vətəndaşlar yerli vergi orqanına müraciət etməli və soruşmalıdırlar ki, onlardan vergi hansı əsasla tələb edilir. Məsələn, bir sahədə 16 mərtəbəli bina tikilib, hər mərtəbədə bir neçə ailə yaşayırsa, bəzi hallarda hər ailədən torpaq vergisi tələb olunması vətəndaşlar üçün anlaşılmaz görünə bilər.Ekspertlər bildirir ki, vergi qanunvericiliyi tələblərin əsaslarını göstərməli və hər vətəndaşın hüququ qorunmalıdır.Vətəndaşlar sorğu verərək ödənişin hüquqi əsasını öyrənə, əgər tələb qanunsuz və ya səhv hesab edilirsə, bunu hüquqi yollarla...
23 Mart 2026, 12:18
30 illik pensiya üçün yenidən həkim müayinəsi tələb olunur?
Son dövrlərdə bir sıra vətəndaşlar 30 il və daha uzun müddət pensiya aldıqları halda, indi yenidən həkim müayinəsindən keçməyə məcbur edilir. Vətəndaşların iddiasına görə, onlar pensiyanı ömürlük alıblar və əlavə müayinə tələb olunması məntiqli görünmür.Citypost.az xəbər verir ki, hüquqi baxımdan, ömürlük təyin edilmiş pensiyalar üçün müvafiq sənədlər və qərarlar mövcuddur. Əgər pensiya artıq ömürlük olaraq verilibsə, əlavə yoxlama yalnız xüsusi səbəblər olduqda tələb oluna bilər. Hər hansı sənəd və ya prosedur səhvi aşkar edildikdə, vətəndaş təkrar olaraq müvafiq inzibati orqana müraciət edə və pensiyanın bərpasını tələb edə bilər.Ekspertlər bildirirlər ki, inzibati orqanlar tərəfindən pensiyanın bərpası təmin olunmazsa, vətəndaş məhkəmə qaydasında...
23 Mart 2026, 12:05