Nadir Azəri: Üçüncü qüvvələrin prosesə daha aktiv şəkildə qoşulması ehtimalı artır
Siyasət 26 Mart 2026, 11:39
1025
“Yaxın Şərqdə baş verən proseslər getdikcə daha mürəkkəb və dağıdıcı xarakter almağa başlayıb. Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp artıq bir neçə gündür İranla, daha dəqiq desək, İranda müəyyən qüvvələrlə danışıqlar aparıldığını bəyan edir. Bunun fonunda Pakistan, Türkiyə və digər region ölkələrinin vasitəçilik təşəbbüsləri ilə bağlı xəbərlər yayılır. Hətta Pakistan ABŞ-İran danışıqları üçün öz ərazisini təklif etdiyini açıqlayıb. Lakin bütün bunlara baxmayaraq, İran rəsmi şəkildə bildirir ki, heç bir danışıqlar aparılmayıb və ABŞ tərəfindən irəli sürülən şərtlərin heç biri qəbul edilmir”.
Bu fikirləri Citypost.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Nadir Azəri hesab edir ki, əgər İran ABŞ və onun müttəfiqlərinə qarşı sərt mövqeyini, həmçinin körfəsdəki ərəb ölkələrinə hücumları davam etdirərsə, yəni atəşkəs əldə edilməzsə, üçüncü qüvvələrin prosesə daha aktiv şəkildə qoşulması ehtimalı artır: “Bu isə o deməkdir ki, bəzi ərəb ölkələri, xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də İrana qarşı formalaşan cəbhəyə qoşula bilər. Bununla yanaşı, regionda daha bir təhlükəli ssenari də istisna olunmur. Yəni İranın vəziyyət gərginləşəcəyi təqdirdə Bəhreyn istiqamətində hərbi-siyasi təzyiqləri artırması, hətta bu ölkəyə qarşı mümkün işğal planlarını gündəmə gətirməsi ehtimalı da nəzərdən qaçmamalıdır. Bu isə körfəz regionunda vəziyyəti daha da partlayış həddinə çatdıra bilər. Bu məqamda “Bloomberg”in öz mənbələrinə istinadən yaydığı məlumatı da xatırlatmaq yerinə düşər. Həmin məlumatda deyilir ki, ABŞ və İsrailin İrana qarşı apardığı hərbi kampaniyaya Fars körfəzindəki ərəb ölkələrinin qoşulmasının qarşısını almaq məqsədilə Türkiyə intensiv diplomatik səylər göstərir. Mənbələr qeyd edib ki, körfəzdəki ərəb ölkələri limanları, enerji obyektlərini və hava limanlarını hədəf alan İran hücumları qarşısında tədricən səbrlərini itirirlər. Eyni zamanda bundan bir neçə gün əvvəl "Wall Street Journal" (WSJ) qəzeti də, müntəzəm ballistik raket və dron hücumlarına görə Körfəz ölkələrinin İrana qarşı aparılan müharibəyə qoşulmaq niyyətində olduğunu yazmışdı”.
Baş verənlərin regionda daha dəhşətli ve genişmiqyaslı müharibəyə yol açaçağı ehtimalını artırdığını deyən N.Azəri qeyd edib ki belə bir ssenari isə uzun illərdir Qərbdəki müəyyən dairələrin hazırladığı planın reallaşmasına yəni müsəlman dünyası daxilində qarşıdurmanın daha da dərinləşməsinə səbəb ola bilər: “Bu isə nə region, nə də ümumilikdə dünya üçün arzuolunan hal deyil. Əksinə, vəziyyətin daha da gərgin və nəzarətdən çıxan bir mərhələyə keçməsi riskini artırır”.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elxan Şahinoğlu: ABŞ-İran müharibəsi Çin və Hindistanın maraqlarına ciddi təsir göstərir
Politoloq Elxan Şahinoğlu ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki geosiyasi proseslərlə bağlı geniş açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin dayandırılması imkanlarını nəzərdən keçirir, lakin hazırkı şərtlərdə tərəflərin birbaşa masa arxasına oturması real görünmür. Onun sözlərinə görə, ABŞ-ın həyata keçirdiyi hərbi zərbələr İranın uran zənginləşdirmə imkanlarını məhdudlaşdırsa da, bu, ölkədə rejim dəyişikliyi üçün kifayət etməyib və yalnız hava əməliyyatları ilə belə bir nəticəyə nail olmağın çətinliyi əvvəlcədən də bəlli idi.Elxan Şahinoğlu qeyd edib ki, Trampın Çinə planlaşdırılan səfərinin təxirə salınması və sonradan mayın 14-də həyata keçirilməsi ehtimalı müharibənin həmin tarixədək başa çatdırılması ilə...
26 Mart 2026, 11:54
Yeganə Hacıyeva: “ALTORA” hadisəsi Qara dənizi yüksək risk zonası kimi göstərir
Politoloq Yeganə Hacıyeva Qara dənizdə “ALTORA” tankeri ilə bağlı baş verən hadisəni şərh edib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Rusiyadan çıxan və təxminən 140 min ton xam neft daşıyan Türkiyəyə məxsus “ALTORA” tankeri İstanbul boğazına yaxın Qara dəniz akvatoriyasında dron hücumuna məruz qalıb.Yeganə Hacıyeva qeyd edib ki, hadisənin Türkiyə sahillərinə yaxın ərazidə baş verməsi məsələnin artıq yalnız dəniz təhlükəsizliyi deyil, həm də Türkiyənin milli təhlükəsizliyi, enerji tranziti və regional balans məsələsinə çevrildiyini göstərir.Neft daşıyan tankerlərin Qara dənizdə hədəfə alınması müharibənin artıq cəbhə xəttindən çıxaraq dəniz logistikasına, enerji axınlarına və ticarət marşrutlarına sirayət etdiyini göstərir.Politoloq əlavə edib ki, bu cür...
26 Mart 2026, 11:24
Vüsal Məmmədov: “İran düşməndir, amma hörmətə layiq müqavimət göstərir”
AzVision.az saytının baş redaktoru, jurnalist Vüsal Məmmədov İranla bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, İranın dəyərləri, yolu və əqidəsi ona tamamilə yaddır və bu ölkəni hər zaman düşmən hesab edib, gələcəkdə də belə yanaşacağını vurğulayıb.Bununla yanaşı, Vüsal Məmmədov qeyd edib ki, İranın ABŞ və İsrailə qarşı müqaviməti alqışa layiqdir. Onun sözlərinə görə, İran dünyanın ən güclü gücləri qarşısında tək dayanaraq zərbələr alsa da, sınmayıb və geri çəkilməyib.O, həmçinin İran rəhbərliyinin ölüm qorxusundan qaçmamasını və sistemin davamlılığını diqqətə çatdıraraq, buna hörmətlə yanaşmağın vacibliyini qeyd edib.Əli...
26 Mart 2026, 11:22
Məhəmməd Əsədullazadə: SEPAH generalları sui-qəsdlə aradan götürüldü
SEPAH-ın bir neçə generalının danışıqlara qarşı çıxmasından qısa müddət sonra sui-qəsd nəticəsində aradan götürüldüyü iddia edilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə sosial şəbəkə paylaşımında yazıb.O bildirib ki, generalların öldürülməsi danışıqlar prosesinin yolunu açan addım kimi qiymətləndirilir.M. Əsədullazadənin sözlərinə görə, SEPAH daxilində danışıqlara qarşı çıxan bir neçə yüksək rütbəli hərbçinin hədəfə alınması İsrail kəşfiyyatının əməliyyatları ilə əlaqələndirilir. O iddia edir ki, bu proses İsrail kəşfiyyatının SEPAH generallarını hədəf alması və təhlükəsizlik sistemində boşluqlardan istifadə etməsi ilə bağlıdır.Siyasi şərhçi həmçinin qeyd edib ki, növbəti hədəflərdən biri Milli Təhlükəsizlik Şurasına yeni təyin edilən katib...
26 Mart 2026, 10:56
Heydər Oğuz: BƏƏ ilə İran arasında tarixi və strateji gərginlik davam edir
Siyasi şərhçi Heydər Oğuz BƏƏ-nin İrana qarşı ABŞ-ı dəstəkləməsinin səbəblərini şərh edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, böyük ehtimalla ABŞ sabah axşam və ya şənbə günü İrana hücum edərək Hörmüz boğazını ələ keçirməyə çalışacaq və hücum əməliyyatına BƏƏ-dən başlanacağı güman olunur. Onun sözlərinə görə, ABŞ hərbçiləri ilk növbədə Böyük Tunb, Kiçik Timb və Əbu Musa adalarını ələ keçirməklə əməliyyata başlayacaq.Heydər Oğuz qeyd edib ki, BƏƏ ilə İran arasında 14 əsrlik məzhəb qarşıdurması mövcuddur və tərəflər bir-birini fərqli dini baxışlara görə qəbul etmir. O bildirib ki, İran BƏƏ-də sünnilərə, BƏƏ isə İrandakı şiələrə münasibətdə ciddi siyasi və dini ziddiyyətlər saxlayır.Siyasi...
26 Mart 2026, 09:43
Ədalət Verdiyev: ABŞ-ın təklifləri formal xarakter daşıyır
ABŞ-ın İrana müharibəni dayandırmaqla bağlı təqdim etdiyi təkliflər dekorativ xarakter daşıyır.Citypost.az xəbər verir ki, bunu ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev bildirib.Onun sözlərinə görə, ABŞ və İsrail qarşısında tək qalan İran bu ağır şərtləri hələlik qəbul etməyəcək və öz mövqeyini qorumaq üçün qarşılıqlı tələblər irəli sürür. Ekspert hesab edir ki, Vaşinqton gələcək mümkün tənqidlərdən yayınmaq və özünü sülhpərvər tərəf kimi göstərmək üçün belə addımlar atır.Ədalət Verdiyev qeyd edib ki, İran eyni zamanda ABŞ tərəfindən mümkün quru əməliyyatlarına hazırlaşır. Bu çərçivədə Tehran ilk növbədə Xarq adasının müdafiəsini gücləndirməyə çalışır.Son həftələrdə İran ABŞ-ın ada üzərində nəzarəti ələ keçirmək üçün mümkün əməliyyatına...
26 Mart 2026, 08:49