Elxan Şahinoğlu: ABŞ-İran müharibəsi Çin və Hindistanın maraqlarına ciddi təsir göstərir
Siyasət 26 Mart 2026, 11:54
361
Politoloq Elxan Şahinoğlu ABŞ-İran müharibəsi və Yaxın Şərqdəki geosiyasi proseslərlə bağlı geniş açıqlama verib.
Citypost.az xəbər verir ki, politoloq bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin dayandırılması imkanlarını nəzərdən keçirir, lakin hazırkı şərtlərdə tərəflərin birbaşa masa arxasına oturması real görünmür. Onun sözlərinə görə, ABŞ-ın həyata keçirdiyi hərbi zərbələr İranın uran zənginləşdirmə imkanlarını məhdudlaşdırsa da, bu, ölkədə rejim dəyişikliyi üçün kifayət etməyib və yalnız hava əməliyyatları ilə belə bir nəticəyə nail olmağın çətinliyi əvvəlcədən də bəlli idi.
Elxan Şahinoğlu qeyd edib ki, Trampın Çinə planlaşdırılan səfərinin təxirə salınması və sonradan mayın 14-də həyata keçirilməsi ehtimalı müharibənin həmin tarixədək başa çatdırılması ilə bağlı siyasi gözləntiləri artırır. Onun fikrincə, ABŞ Prezidenti bu səfərə “qalib lider” kimi getmək istəyir, lakin Pekin və digər böyük güclər regionda ABŞ-ın qələbə görüntüsü ilə çıxış etməsini istəmir. Çinlə yanaşı Hindistan da Yaxın Şərqdə gərginliyin uzanmasında maraqlı deyil, çünki bu region onların enerji təhlükəsizliyi və iqtisadi layihələri üçün strateji əhəmiyyət daşıyır. O, Hindistanın baş naziri Narendra Modinin ABŞ Prezidenti ilə telefon danışığını da bu kontekstdə qiymətləndirib.
Elxan Şahinoğlu vurğulayıb ki, Çin uzun illərdir Yaxın Şərqdə iqtisadi layihələr və investisiyalar vasitəsilə mövqelərini gücləndirməyə çalışır və “Bir Kəmər, Bir Yol” təşəbbüsü bu strategiyanın əsas hissəsidir. Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Pekinin regionda qurduğu balansı poza bilər.
O, həmçinin qeyd edib ki, Çin 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpasında vasitəçilik etməklə regionda diplomatik rolunu artırmağa çalışıb. Lakin hazırkı münaqişə Çinin həm enerji təhlükəsizliyi, həm də iqtisadi maraqları üçün ciddi risklər yaradır.
Həmçinin oxuyun
Politoloqun fikrincə, İran Çin üçün Yaxın Şərqdə mühüm geosiyasi qovşaq və vacib enerji tədarükçüsüdür. Sanksiyalara baxmayaraq, iki ölkə arasında enerji və ticarət əlaqələri müxtəlif mexanizmlərlə davam edir və İranın strateji mövqeyi onu Çin üçün “Bir Kəmər, Bir Yol” layihəsində mühüm mərkəzə çevirir.
Elxan Şahinoğlu sonda qeyd edib ki, mövcud münaqişə Pekinin regiondakı təsir imkanlarını məhdudlaşdırır və Çinin münaqişədən kənarda qalması onun diplomatik aktivliyinə baxmayaraq, real güc balansına təsir etmək imkanlarını azaldır. Onun sözlərinə görə, müharibə bitdikdən sonra İranın yenidən Rusiya və Çinə hərbi-texniki baxımdan üz tutacağı ehtimalı da qalmaqdadır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Nadir Azəri: Üçüncü qüvvələrin prosesə daha aktiv şəkildə qoşulması ehtimalı artır
“Yaxın Şərqdə baş verən proseslər getdikcə daha mürəkkəb və dağıdıcı xarakter almağa başlayıb. Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp artıq bir neçə gündür İranla, daha dəqiq desək, İranda müəyyən qüvvələrlə danışıqlar aparıldığını bəyan edir. Bunun fonunda Pakistan, Türkiyə və digər region ölkələrinin vasitəçilik təşəbbüsləri ilə bağlı xəbərlər yayılır. Hətta Pakistan ABŞ-İran danışıqları üçün öz ərazisini təklif etdiyini açıqlayıb. Lakin bütün bunlara baxmayaraq, İran rəsmi şəkildə bildirir ki, heç bir danışıqlar aparılmayıb və ABŞ tərəfindən irəli sürülən şərtlərin heç biri qəbul edilmir”.Bu fikirləri Citypost.az-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri...
26 Mart 2026, 11:39
Yeganə Hacıyeva: “ALTORA” hadisəsi Qara dənizi yüksək risk zonası kimi göstərir
Politoloq Yeganə Hacıyeva Qara dənizdə “ALTORA” tankeri ilə bağlı baş verən hadisəni şərh edib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, Rusiyadan çıxan və təxminən 140 min ton xam neft daşıyan Türkiyəyə məxsus “ALTORA” tankeri İstanbul boğazına yaxın Qara dəniz akvatoriyasında dron hücumuna məruz qalıb.Yeganə Hacıyeva qeyd edib ki, hadisənin Türkiyə sahillərinə yaxın ərazidə baş verməsi məsələnin artıq yalnız dəniz təhlükəsizliyi deyil, həm də Türkiyənin milli təhlükəsizliyi, enerji tranziti və regional balans məsələsinə çevrildiyini göstərir.Neft daşıyan tankerlərin Qara dənizdə hədəfə alınması müharibənin artıq cəbhə xəttindən çıxaraq dəniz logistikasına, enerji axınlarına və ticarət marşrutlarına sirayət etdiyini göstərir.Politoloq əlavə edib ki, bu cür...
26 Mart 2026, 11:24
Vüsal Məmmədov: “İran düşməndir, amma hörmətə layiq müqavimət göstərir”
AzVision.az saytının baş redaktoru, jurnalist Vüsal Məmmədov İranla bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, İranın dəyərləri, yolu və əqidəsi ona tamamilə yaddır və bu ölkəni hər zaman düşmən hesab edib, gələcəkdə də belə yanaşacağını vurğulayıb.Bununla yanaşı, Vüsal Məmmədov qeyd edib ki, İranın ABŞ və İsrailə qarşı müqaviməti alqışa layiqdir. Onun sözlərinə görə, İran dünyanın ən güclü gücləri qarşısında tək dayanaraq zərbələr alsa da, sınmayıb və geri çəkilməyib.O, həmçinin İran rəhbərliyinin ölüm qorxusundan qaçmamasını və sistemin davamlılığını diqqətə çatdıraraq, buna hörmətlə yanaşmağın vacibliyini qeyd edib.Əli...
26 Mart 2026, 11:22
Məhəmməd Əsədullazadə: SEPAH generalları sui-qəsdlə aradan götürüldü
SEPAH-ın bir neçə generalının danışıqlara qarşı çıxmasından qısa müddət sonra sui-qəsd nəticəsində aradan götürüldüyü iddia edilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə sosial şəbəkə paylaşımında yazıb.O bildirib ki, generalların öldürülməsi danışıqlar prosesinin yolunu açan addım kimi qiymətləndirilir.M. Əsədullazadənin sözlərinə görə, SEPAH daxilində danışıqlara qarşı çıxan bir neçə yüksək rütbəli hərbçinin hədəfə alınması İsrail kəşfiyyatının əməliyyatları ilə əlaqələndirilir. O iddia edir ki, bu proses İsrail kəşfiyyatının SEPAH generallarını hədəf alması və təhlükəsizlik sistemində boşluqlardan istifadə etməsi ilə bağlıdır.Siyasi şərhçi həmçinin qeyd edib ki, növbəti hədəflərdən biri Milli Təhlükəsizlik Şurasına yeni təyin edilən katib...
26 Mart 2026, 10:56
Heydər Oğuz: BƏƏ ilə İran arasında tarixi və strateji gərginlik davam edir
Siyasi şərhçi Heydər Oğuz BƏƏ-nin İrana qarşı ABŞ-ı dəstəkləməsinin səbəblərini şərh edib.Citypost.az xəbər verir ki, jurnalist bildirib ki, böyük ehtimalla ABŞ sabah axşam və ya şənbə günü İrana hücum edərək Hörmüz boğazını ələ keçirməyə çalışacaq və hücum əməliyyatına BƏƏ-dən başlanacağı güman olunur. Onun sözlərinə görə, ABŞ hərbçiləri ilk növbədə Böyük Tunb, Kiçik Timb və Əbu Musa adalarını ələ keçirməklə əməliyyata başlayacaq.Heydər Oğuz qeyd edib ki, BƏƏ ilə İran arasında 14 əsrlik məzhəb qarşıdurması mövcuddur və tərəflər bir-birini fərqli dini baxışlara görə qəbul etmir. O bildirib ki, İran BƏƏ-də sünnilərə, BƏƏ isə İrandakı şiələrə münasibətdə ciddi siyasi və dini ziddiyyətlər saxlayır.Siyasi...
26 Mart 2026, 09:43
Ədalət Verdiyev: ABŞ-ın təklifləri formal xarakter daşıyır
ABŞ-ın İrana müharibəni dayandırmaqla bağlı təqdim etdiyi təkliflər dekorativ xarakter daşıyır.Citypost.az xəbər verir ki, bunu ehtiyatda olan mayor, hərbi ekspert Ədalət Verdiyev bildirib.Onun sözlərinə görə, ABŞ və İsrail qarşısında tək qalan İran bu ağır şərtləri hələlik qəbul etməyəcək və öz mövqeyini qorumaq üçün qarşılıqlı tələblər irəli sürür. Ekspert hesab edir ki, Vaşinqton gələcək mümkün tənqidlərdən yayınmaq və özünü sülhpərvər tərəf kimi göstərmək üçün belə addımlar atır.Ədalət Verdiyev qeyd edib ki, İran eyni zamanda ABŞ tərəfindən mümkün quru əməliyyatlarına hazırlaşır. Bu çərçivədə Tehran ilk növbədə Xarq adasının müdafiəsini gücləndirməyə çalışır.Son həftələrdə İran ABŞ-ın ada üzərində nəzarəti ələ keçirmək üçün mümkün əməliyyatına...
26 Mart 2026, 08:49