Dövrümüzün Hürrü kim olacaq?! Elxan Şükürlü
Söz adamı 27 Mart 2026, 11:22
2604
Dövrümüzün Hürrü kim olacaq?!
Dünən Qəzza – Fələstin torpaqları, bu gün Tehran, Təbriz, Məşhəd, Şiraz, İsfahan... – külli-İran! Dünən Qəzzada sünni, bu gün İranda şiə müsəlmanlar eyni bir gücün – səlibçi-si*o*nist ittifaqının bombardmanıyla qətl edilir!
Bilirsiniz, niyə?!
Çünki hər iki ünvan bu lənətlənmiş gücün iradəsinə boyun əyməyən, parça-parça edilmiş İslam aləminin əsas dirəniş cəbhələri, müqavimət qalaları, ölümün özünə qalib gəlməyin örnəyini göstərən savaş meydanları, hər an külündən közərib alovlanan ocaqlar, məğlubedilməz bir düşüncənin dərin kök atdığı və yayıldığı ideya məkanlarıdır!
Oradakıların da iradəsini qırdılarsa, təslim etdilərsə, o ocaqları söndürdülərsə, əmin olun ki, bütün müsəlman dünyasını dizə gətirəcək, bütün İslam coğrafiyasına daha bir neçə əsr hökm edəcəklər!
Bacaracaqlarmı?! Mən inanmıram! Və bu inancımın əsasında da 14 əsrlik zəngin bir tarixin öyrətdiyi dərslər yatır!
Şərin oxlarının – bu səlibçi-si*o*nist zehniyyətin, "Epşteyn koalisiyası"nın müasir raket zərbələrinin yönəldiyi Qəzza da, günümüzün İranı da hər halıyla mənə yenidən 14 əsr əvvəli – 680-ci ilin Kərbəlasını xatırladır, gözlərim önündə o səhnələri canlandırır!
Baxın: Yezidin Hüseyndən istəyi nə idi?! Beyət! Təslimiyyət! Onun şərtlərinin qəbulu!
Bu gün ABŞ-İsrail tandeminin Qəzzadan, İrandan istəyi nədir?! Eynisi - beyət, təslimiyyət!
...14 əsr əvvəl susuz Mərəya düzündə Yezidin sağ qalmaq təkliflərinə “Mənim kimi birisi sənin kimi birisinə heç vaxt beyət etməz”, - demişdi Hüseyn və tək-tənha qalsa da, öldürüləcəklərini bilsə də öz övladları, qardaşı, bacısı, qardaşının və bacısının balalarıyla birgə son damla qanınadək vuruşmuşdu! Onun ölümü isə Əməvilərə və ondan sonrakı bütün zalım hakimiyyətlərə qarşı etirazların, qiyam və üsyanların nüvəsinə, ideya qaynağına, əsas hərəkətverici qüvvəsinə çevrilmişdi!
Heç uzağa getməyin, bircə fakta diqqət yetirin: 14 əsr əvvəl Hüseynin qətlə yetirildiyinin 40-cı günü onun məzarının tək bir kor səhabə ziyarətçisi varıydısa, 14 əsr sonra eyni gündə o məzarı azı 30 milyon insan ziyarət edir və ilbəil də bu rəqəm artır artır!
İndi İmam Hüseynin bu dirənişini özünün rəsmi ideologiyasına çevirmiş bir dövlət - İran özünün dövlət ağlı və qürurlu xalqıyla düz 14 əsr sonra, 1 aylıq savaşda rəhbərlərinin və bütün komandan heyətinin öldürülməsinə baxmayaraq, eyni qətiyyət və iradəni iki hərbi-texnoloji qüdrət maşınına qarşı və bütün dünyaya nümayiş etdirir!
Bəli, həddən artıq riskli, ancaq eyni zamanda, olduqca cəsarətli, ləyaqətli və təqdirəşayan addımdır - ideyasına sadiq insanların nəyə qadir olduqlarını Allah 14 əsr sonra da hər kəsə göstərir!
Bax, indi bu göstəriləni – o İlahi dirənişi birdəfəlik qırmaq, sünnili-şiəli bütün müsəlman ümmətinə gözdağı vermək, daha bir də bu coğrafiyada bir kimsənin onlara yenidən baş qaldırmağa cürət etməməsi xofunu yaratmaq üçün ABŞ-İsrail cütlüyü hər hiyləyə və zorakılığa əl atır, o boyda qoşunu okeanın o tayından bu tayına daşıyıb gətirir!
... 14 əsr əvvəl Peyğəmbərimizin (s) sevimli nəvəsi Hüseyni və azsaylı təfdarlarını qətlə yetirənlər də əbalı-əmmaməli, özünə müsəlman deyən, “Quran”ı əzbər bilən şəxslər idi, bu gün Qəzzanı və İranı vurmaq üçün ərazilərini ABŞ-İsrail qoşunlarının ixtiyarına verənlər, üstəlik, böyük şövqlə onlara informasiya-təbliğat xidməti göstərənlər də özlərini müsəlman sayan, “Quran”a əl basıb and içənlərdir...
Hərəsinin də əlində-dilində bir bəhanəsi! Bu savaşda düşmənin yanında yer aldığını, onu güclü göstərmək üçün gizlicə anlaşdığını pərdələmək üçün hərəsi bir yalana, bir bəhanəyə sığınıb-bürünüb!
Necə də 14 əsr əvvəlki Kufə əhlini, Kufə əyanlarını xatırladırlar, deyilmi?!
Bəli, Yezidin şirin vədlərinə aldanan, onunla gizlicə anlaşan pul-vəzifə-içki düşkünü olan Kufə əyanları da eynən belə davranmışdılar – Hüseynin imdadına yetməmək üçün hərəsi bir bəhanə gətirərək, aradan çıxmışdılar!
İndiki “Kufə əyanları”nın - o ərəb şeyxlərinin kimliyini də biz yaxşı bilirik və onların əlamətlərini, gerçək simalarını və aqibətlərini isə yolgöstəricimiz “Qurani-Kərim” bizə əla tanıdır: “...Onlar bir-birlərinin dostlarıdır. Sizdən hər kim onlarla dostluq edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım tayfanı doğru yola yönəltməz”. (Maidə, 51)
... Düz 14 əsr sonrakı bu təlatümdə isə mənim gözlərim və rahat qəlbim yalnız və yalnız Hürrü – o məşhur sərkərdəni axtarır!
O Hürrü ki, Yezidin qoşununun başında Hüseynə beyət şərtlərini gətirmiş, onun yolunu kəsmişdi. Ancaq Peyğəmbərimizin (s) əziz nəvəsiylə söhbətdən sonra səhv etdiyini, belə bir ləyaqətli kişiyə qarşı çıxmağın doğru olmadığını, Yezidin cinahında yer almağınsa axirətini satmaq olduğunu anlayaraq, dərhal tövbə etmiş, qılıncını da götürərək “Dininiz yoxdursa, heç olmasa qeyrətiniz olsun!” deyən Hüseynin çağırışına qoşulmuş, İmamın tərəfinə keçmişdi! Hüseynin yanında ilk şəhid də məhz Hürr olmuşdu!
... Gözləyək, görək, bəs dövrümüzün Hürrü kim olacaq?!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
SABİR RÜSTƏMXANLI: DƏYİŞMƏZ VƏ ƏBƏDİ ÜNVANIMIZ — Sabir Abdin YAZIR
Əslində Sabir Rüstəmxanlı dünyaya göz açdığı, çırağı haqdan yanan o balaca qartal yuvası ev, ocaq, böyüdüyü, qol-qanad açdığı kənd, o taylı, bu taylı böyük Azərbaycan, qüdrətli, nəhəng Türk dünyası və nəhayət, ucsuz-bucaqsız kainatımızın özü boyda bir coğrafiyadır, silinməz, bölünməz bir xəritədir, yeriyən, yürüyən Vətəndir.Sabir Rüstəmxanlı əbədidir.Biz Sabir bəyin bənzərsiz, dillər əzbəri olan şeirləriylə, sözlərinə yazılmış nəğmələrlə böyümüşük, pərvazlanmışıq, o uzaq dağ kəndlərindən bu adın, bu odun işığını tutub gəlmişik. Sabir Rüstəmxanlının bənzərsiz yaradıcılığı, şəxsiyyəti, Azərbaycan uğrunda mübarizə dolu həyatı gəncliyimiz üçün, şəxsən mənim üçün nümunə olmuşdur.Yaxşı yadımdadır, ağır və təlatümlü 90-cı illərin əvvəllərində Kürdəmir rayon prokurorluğunda çalışırdım. Bir nəfər barəsində aparılan...
20 May 2026, 11:53
Fatimə Novruzova: “Yalan insanı öz həqiqətindən uzaqlaşdırır”
İnsan həyatda çox seçimlərlə qarşılaşır. Bu seçimlərdən ən önəmlilərindən biri isə doğru ilə yalan arasında edilən seçimdir. Bəzən bir söz insanın taleyini dəyişə, bir həqiqət münasibətləri qoruya, bir yalan isə illərlə qurulan etibarı məhv edə bilər. Müasir dövrdə insanlar çox zaman həqiqəti gizlətməyi çıxış yolu hesab etsələr də, dürüstlük hər zaman insanın mənəvi dəyərini müəyyən edən əsas xüsusiyyətlərdən biri olaraq qalır. Mənim fikrimcə, yalan yalnız başqasını aldatmaq deyil, həm də insanın öz vicdanına qarşı etdiyi ən böyük haqsızlıqdır. Məhz buna görə “Yalan mənim üçün nədir?” sualı mənim daxili dünyamda xüsusi məna daşıyır.Citypost.az xəbər verir ki, Azərbaycan Turizm və Menecment Universitetinin...
19 May 2026, 10:21
O, rəhbər olmaq üçün doğulub... Elman Eldaroğlu yazır...
"Yardımlı Xeyriyyə Cəmiyyəti"nə rəhbərlik etdiyim vaxtlarda Yardımlı rayon Mərkəzi Xəstəxanasında çox olmuşam. Həmin vaxtlar hər il ramazan bayramında oraya həkim briqadaları apararaq cərrahiyyə əməliyyatlarına, müxtəlif xəstəliklərdən əziyyət çəkən onlarla yerli sakinin təmənasız şəfa tapmasında vasitəçi olmuşam. Onda mərkəzi xəstəxananın baş həkimi, hörmətli eloğlum Rasim Əkbərov, direktoru isə Mir Əbülfəz ağa idi. Haqqında söhbət açmaq istədiyim Ravil Qənbərov ilə isə tanışlığım olmayıb. Buna baxmayaraq, 2025-ci ildə Yardımlı rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilən Ravil bəy haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Axı, mayın 14-ü Ravil Qənbərovun ad günüdür. Gənclərə diqqət göstərmək biz yaşlı nəslin borcudur...Ravil bəy 1988-ci ilin may ayına düşən şənbə...
14 May 2026, 08:56
Ağrı və iradənin dialoqu. Şəmsi Qoca yazır...
Gecənin ən qatı sükutunda, saatın əqrəbləri "üç"ün üzərində donub qalanda, otağın küncündə iki kölgə üz-üzə gəldi. Biri ağır, boğucu və amansız idi – Ağrı. Digəri isə yorğun, amma gözlərində sönməz bir atəş daşıyan İradə.Ağrı qəddar bir gülümsəmə ilə pıçıldadı:— "Hələ də yorulmadınmı? Artıq bir il yarımdır ki, mən sənin bədənində hər hüceyrəyə bir zəncir vurmuşam. Gecələrini yuxusuzluğa, gündüzlərini isə mənə məhkum etmişəm. Niyə hələ də o qələmi əlindən yerə qoymursan? Görürsən ki, mən hər gün bir az daha böyüyürəm, sən isə hər gün bir az daha kiçilirsən."İradə sakit, amma sarsılmaz bir səslə cavab verdi:— "Sən mənim bədənimi zəncirləyə bilərsən, amma...
11 May 2026, 12:29
Bolşeviklər Gəncə üsyanından sonra Bülbülü niyə öldürmədilər ? Zaur Əliyev yazır...
Bülbül – Murtuza Məşədi Rza oğlu 1897-ci ildə Şuşada anadan olmuşdur. 1914-cü ildə Bülbül Gəncəyə köçür və Gəncə həyatı onun müğənnilik həyatında böyük rol oynayır. O, ilk dəfə Gəncədə böyük sənətkar Cəmil Əmirovun “Seyfəlmülk ” adlı opera tamaşasında çıxış edir. Murtuza Məmmədov "Bülbül" adını Gəncədə alıb. Cavad Xanın nəvəsi Şirinbəyim xanım Ziydxanlı o adı verib.1920-ci ildə 28 mayı Gəncədə böyük coşğu ilə keçirildiyi zaman orda mahnı ifa edir. Belində silahla Bülbül Azərbaycan himnin ifa edir. Qeyd edim ki, Nuru Paşanın rəhbərliyi ilə Türk ordusu Bakını azad etməyə gələndə, Bülbül onları "Azərbaycan marşı" və milli mahnılarla qarşılayan şəxslərdən biri idi. Rusların Gəncəni bombalaması,...
11 May 2026, 12:07
Əhmədağa Muğanlınin 100 illiyi: “İllər keçəcək, onu filmləri yaşadacaq”
Bu gün Əhmədağa Muğanlının 100 illiyidir…“Kaş oğlu Araz Qurbanov atasının 100 illiyi ilə bağlı hər hansı bir tədbir keçirib, oxucularını dəvət edəydi. Heç olmazsa, mərasim evlərinin birində ehsan süfrəsi açıb, Əhmədağasevərləri bir araya gətirəydi…”XX əsr Azərbaycan ədəbiyyatının tərəqqi dövrü olub. Sözsüz ki, həmin dövr ədəbiyyatımıza çox böyük şəxsiyyətlər bəxş edib. Onlardan Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Məmməd Səid Ordubadinin, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Əliağa Vahidin, Səməd Vurğunun, Məmməd Arazın, İlyas Əfəndiyevin, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Musa Yaqubun, Əhmədağa Muğanlının və s. yazarlarımızın adlarını çəkə bilərik...Bildiyiniz kimi “Atları yəhərləyin” filmi Süleyman Rüstəmin “Qaçaq Nəbi” mənzum pyesinin...
11 May 2026, 11:50