Zara Məmmədova vəfat etdi
Cəmiyyət 31 Mart 2026, 10:19
242
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib.
Citypost.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.
Zara Məmmədova 1929-cu il dekabrın 12-də Moskvada anadan olub. 1947-ci ildə Bakının Səbail rayonunda 134 nömrəli orta məktəbi, 1952-ci ildə BDU-nun Kimya fakültəsini bitirib. 1956-cı ildə Kimya fakültəsinin Üzvi kimya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. Elə həmin ildə “Tsikloparafinlərin olefinlərlə alkilləşməsi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi və dosent elmi adı alıb. 1958-ci ildən Kimya fakültəsinin Üzvi kimya kafedrasında müəllim kimi fəaliyyət göstərib. 1961-2023-cü illərdə Üzvi kimya kafedrasının dosenti olub. 2023-cü ildən indiyədək Kimya fakültəsinin Zərif üzvi sintez ETL-də aparıcı elmi işçi idi.
Dosent Zara Məmmədovanın tədqiqat sahəsi kükürd və azot üzvi birləşmələr – korroziya əleyhinə əlavələr, tio-klayzen qruplaşması olub. O, respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 90-dan çox elmi işin müəllifi idi, onlardan 15-i müəlliflik şəhadətnaməsinə malik olub.
Həmçinin oxuyun
BDU rəhbərliyi və kollektivi Zara Məmmədovanın ailəsinə və yaxınlarına başsağlığı verib.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib.
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib.APA-nın Türkiyə bürosu xəbər verir ki, paylaşımda soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların xatirəsi yad olunub.“Tarixə qara ləkə kimi düşən bu faciəli günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirildi. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq, unutdurmayacağıq! Şəhidlərimizi rəhmət və ehtiramla anırıq”, - paylaşımda deyilir.
31 Mart 2026, 11:15
Azərbaycan Ordusunda yeni hərbi obyektlər istifadəyə verilib
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, bölmələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Citypost.az-a verilən xəbərə görə, MN-in rəhbər heyəti Mühəndis Qoşunlarının Mühəndis-İstehkam Mərkəzinin, Psixoloji Təminat İdarəsi və Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin, eləcə də Hüquq İdarəsinin inzibati binalarının açılışında iştirak edib. Həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbi yardım bölməsində görülən işlərlə tanış olub.Yeni istifadəyə verilən Mühəndis-İstehkam Mərkəzində kiçik mütəxəssislərin hazırlanması və ərazinin minalardan təmizlənməsi üçün...
31 Mart 2026, 10:06
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.CityPost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət:1. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;6. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;7. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro...
31 Mart 2026, 08:54
Prezidentin sosial media hesablarında 31 Martla bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilibCitypost.az paylaşımı təqdim edir: 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü pic.twitter.com/CI14YOBKW3— İlham Əliyev (@azpresident) March 31, 2026
31 Mart 2026, 08:32
Deputat:31 Mart Soyqırımı – bəşər tarixinin ən qanlı faciələrindən biridir
31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir.Daha əvvəl Qafqaz xalqları sırasında olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları mürəkkəb bir tarixə malikdir. Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı...
31 Mart 2026, 08:05
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb.CityPost.az xəbər verir ki, nekroloqda deyilir:Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Əhməd oğlu Balayev 2026-cı il martın 29-da ömrünün 78-ci ilində vəfat etmişdir.Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1965–1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində təhsil almış, 1969–1972-ci illərdə həmin institutun Tədris Teatrında aktyor kimi fəaliyyət göstərmişdir.Rasim Balayev 1972-ci ildən etibarən “Azərbaycanfilm” kinostudiyasının aktyoru olmuş, eyni zamanda 1990-cı...
30 Mart 2026, 13:33